Icma.az
close
up
RU
Bakının altında “gizli dəniz”: təhlükə var Gerçəklər bir bir üzə çıxır

Bakının altında “gizli dəniz”: təhlükə var Gerçəklər bir bir üzə çıxır

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər paytaxt Bakıda və ətraf ərazilərdə müşahidə olunan subasma hallarının təkcə mövsümi yağışlarla əlaqəli olmadığı deyilir. Xüsusilə Abşeron yarımadasında təbii tarazlığın pozulması, vaxtilə su hövzəsi olan ərazilərin yaşayış massivlərinə çevrilməsi bu problemləri daha da dərinləşdirib. Ekoloqların da vurğuladığı kimi, göllərin qurudulması torpağın suyu qəbuletmə qabiliyyətini azaldır və nəticədə yağış suları çıxış yolu tapmayaraq evlərə, küçələrə dolur. Bu isə insanları düşündürən daha böyük təhlükələrin xəbərçisidir.

Bəs göllərin qurudulduğu ərazilərdə tikilən evlərdə yaşamaq gələcəkdə hansı ekoloji və sağlamlıq problemlərinə səbəb ola bilər?

Globalinfo.az-a danışan ekspert, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, Bakıdakı tikinti bumu, eləcə də ümumilikdə drenaj sistemlərinin kobud şəkildə məhv edilməsi öz təsirini göstərir:

“Çünki ərazidə əvvəllər mövcud olan təbii drenaj sistemləri yağış sularının torpaq vasitəsilə süzülərək yeraltı su hövzələrinə və çaylara yönəlməsini təmin edir, bununla da torpağın özünü təmizləməsinə şərait yaradırdı. Lakin hazırda bu sistem ciddi şəkildə pozulub. Bir çox ərazilərdə torpağın suyu hopdurma qabiliyyəti azalıb, geniş sahələr asfaltlanıb, sıx tikinti aparılıb. Nəticədə yağış sularının sorulması üçün nəzərdə tutulan torpaq sahələri xeyli dərəcədə məhdudlaşıb, eyni zamanda bir sıra təbii drenaj yolları dağıdılıb və ya bağlanıb. Digər tərəfdən, yeni salınan küçə və prospektlərdə yağış sularının kanalizasiya vasitəsilə axıdılması üçün qurulan aktiv drenaj sistemləri də yetərincə keyfiyyətli deyil”.

A.Qeybulla bildirib ki, mövcud kanalizasiya infrastrukturu yerüstü su axınının real həcminə uyğun layihələndirilmədiyindən, azacıq intensiv yağıntı zamanı belə yaranan yükü qarşılaya bilmir:

“Bu baxımdan hesab edirəm ki, Bakının kanalizasiya və drenaj infrastrukturu köklü şəkildə yenidən nəzərdən keçirilməli və müasir tələblərə uyğun qurulmalıdır. Dünyanın əksər ölkələrində yeni yaşayış massivi salınarkən, təkcə binalar deyil, eyni zamanda aktiv drenaj və kanalizasiya sistemləri, məktəblər, uşaq bağçaları, poliklinikalar və digər sosial-texniki infrastrukturlar kompleks şəkildə planlaşdırılır. Bakıda isə tez-tez köhnə tikililər sökülür və onların yerində dərhal yeni binalar inşa edilir. Lakin bu binaların infrastrukturu necə təmin olunacaq, tullantılarının və yağış sularının hara yönləndiriləcəyi nəzərə alınmır. Təəssüf ki, Bakı şəhəri bu gün ciddi ekoloji problemlərlə üz-üzədir və mövcud yanaşma dəyişmədiyi təqdirdə bu problemlər gələcəkdə də vaxtaşırı özünü göstərəcək”.

Sağlamlıq məsələsinə gəlincə, A.Qeybulla deyib ki, binaların alt mərtəbələrində, xüsusilə ventilyasiya şaxtası adlandırılan sahələrdə havalandırmanın təmin edilməsi və düzgün qurulması son dərəcə vacib şərtdir:

“Çünki binada daimi nəmişlik olduqda beton konstruksiyalar rütubəti özünə çəkir və bu da müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Sovet dövründə bu hallar əsasən revmatik xəstəliklərlə – oynaq ağrıları ilə müşayiət olunan narahatlıqlar kimi qeyd edilirdi. Hərçənd bu termin hazırda beynəlxalq tibdə geniş istifadə olunmasa da, problemin özü mövcuddur və ciddi narahatlıq doğurur. Xroniki xəstəliklər baxımından rütubətli mühitlər xüsusilə təhlükəlidir. Belə yerlərdə ağcaqanadların çoxalması, müxtəlif mikroorqanizmlərin və göbələklərin inkişafı insan sağlamlığı üçün ciddi risk yaradır. Divarlarda göbələk və kifin əmələ gəlməsi, hətta az miqdarda olsa belə, orqanizmə mənfi təsir göstərir. Bundan əlavə, ventilyasiya şaxtaları olmayan binalarda boru xətlərinin zamanla çürüməsi baş verir ki, bu da öz növbəsində müxtəlif mikroorqanizmlərin yayılmasına şərait yaradır. Hesab edirəm ki, drenaj sistemi adekvat olmayan ərazilərdə bina tikintisi və insanların yaşayışı son dərəcə zərərlidir və belə hallara yol verilməməlidir. Bu, mövcud sanitar normalara tamamilə ziddir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri