Icma.az
close
up
RU
“Nyukasl” matçı öncəsi “Qarabağ”a pis xəbər Gerçəklər üzə çıxır...

“Nyukasl” matçı öncəsi “Qarabağ”a pis xəbər Gerçəklər üzə çıxır...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Qarabağ”ın “Nyukasl”la oyun ərəfəsində “Neftçi” ilə qarşılaşmanın təxirə salınması ilə bağlı müraciəti futbol ictimaiyyətində müzakirələrə səbəb olub. “Neftçi”nin bu müraciətə razılıq verməməsi “Qarabağ” azarkeşləri tərəfindən tənqidlə qarşılanıb və məsələ sosial şəbəkələrdə ciddi polemika yaradıb.

İndiki məqamda “Neftçi”nin belə bir qərar verməsi doğrudurmu?

Globalinfo.az-a danışan idman eksperti Natiq Muxtarlı deyib ki, peşəkar baxımdan yanaşsaq, əlbəttə, “Neftçi”nin “Qarabağ”a “yox” deməsi tamamilə normaldır və dünyanın əksər ölkələrində bu praktika mövcuddur:

“Lakin Azərbaycan cəmiyyətində bu addım birmənalı qarşılanmır. Əsas səbəbi isə ölkəmizdə futbolun rəqabət səviyyəsinin yüksək olmamasıdır. Klublar arasında rəqabət, demək olar ki, dərin və prinsipial xarakter daşımır. Avropada isə vəziyyət tam fərqlidir. Məsələn, “Barselona” – “Real Madrid” rəqabəti təkcə iki klubun qarşıdurması deyil, az qala, dəyərlər sisteminin toqquşmasıdır. Ona görə də bu klubların bir-birinə güzəşt etməməsi normal qəbul olunur. Hətta güzəşt olarsa, azarkeşlər klublara etiraz edirlər. Yəni orada prinsipiallıq futbol mədəniyyətinin bir hissəsidir. Azərbaycanda isə futbol hələ o mərhələyə yüksəlməyib. Rəqabət səviyyəsi zəif olduğu üçün azarkeşlər məsələyə fərqli yanaşırlar”.

Natiq Muxtarlı

Ekspert deyib ki, indiyə qədər Azərbaycan klubları bir-birinə dəfələrlə güzəştə gediblər:

“Təkcə “Qarabağ” yox, digər klublar da oyunların təxirə salınmasını tələb edib və qarşı tərəf buna razılaşıb. Hətta böyük ehtimalla “Neftçi” də avrokuboklarda oynayarkən hansısa oyunun təxirə salınmasını tələb edib və qarşı tərəf razılıq verib. Ona görə də bu dəfə “Neftçi”nin razılaşmaması azarkeşlər tərəfindən birmənalı qarşılanmır. Azarkeşlər hesab edir ki, bu addım “Qarabağ”a yox, ümumilikdə Azərbaycan futboluna zərbədir. Çünki “Neftçi”nin bu oyunda qalib gəlməsi mümkündür, amma “Qarabağ” böyük ehtimalla əsas heyəti Avropa oyununa saxlayacaq. Əsas zərbə isə “Qarabağ”ın Avropadakı nəticəsinə dəyə bilər və bu da ölkənin reytinqinə təsir edir. Digər tərəfdən, “Neftçi”nin çempionatda iddiası yoxdur və “Qarabağ”ın əsas rəqibi sayılmır. Bu kontekstdə iddiası olmayan komandanın güzəştə getməməsi azarkeşlər tərəfindən qəbul edilmir. Əgər bunu “Sabah” klubu etsəydi, vəziyyət daha fərqli qəbul oluna bilərdi. Çünki “Sabah” çempionluq uğrunda mübarizədə “Qarabağ”ın əsas rəqibidir və belə halda azarkeşlər bu addımı daha normal qarşılayardı. Mən bu yanaşmanı peşəkarlıq baxımdan normal hesab edirəm, lakin azarkeşlərin emosional reaksiyasını da anlamaq lazımdır”.

N.Muxtarlı əminliklə deyib ki, “Qarabağ” azarkeşləri arasında da “Neftçi”ni qınamayan, əksinə qərarı anlayışla qarşılayanlar var:

“Eyni zamanda, belə suallar da yaranır: əgər vəziyyət tərsinə olsaydı, “Qarabağ” eyni addımı atardımı? Bu suala birmənalı cavab vermək mümkün deyil. Fikirlər müxtəlif ola bilər. Amma bütün hallarda belə polemikalar Azərbaycan futbolunun inkişafı və populyarlaşması baxımından faydalıdır. Əsas odur ki, bu müzakirələr futbolun daha geniş auditoriyaya çatmasına xidmət edir”.

Xatırladaq ki, Ağdam klubu oyunun təxirə salınması üçün PFL-ə müraciət edib. “Neftçi” isə bu tələblə razılaşmayıb. Nəticədə matçın 21 fevral 19:00-da “Palms Sports Arena”da baş tutmasına qərar verilib. Fevralın 24-də isə “Qarabağ” “Sent Ceyms Park” stadionunda “Nyukasl”la qarşılaşacaq.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Fevral 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri