Icma.az
close
up
RU
Ermənistanın sülhə sadiqliyinin potensial qazancları Təhlil

Ermənistanın sülhə sadiqliyinin potensial qazancları Təhlil

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda uzun illər davam edən münaqişə və gərginliklər təkcə siyasi deyil, həm də iqtisadi, sosial və geosiyasi inkişafı məhdudlaşdıran əsas amillərdən biri olub. Ermənistan üçün bu vəziyyət xüsusilə ağır nəticələr doğurub – ölkə həm regional əməkdaşlıqdan kənarda qalıb, həm də iqtisadi blokada şəraitində inkişaf imkanlarını itirib. Bu gün isə sülhə sadiqlik Ermənistan üçün tarixi bir fürsət pəncərəsi yaradır. Bu fürsətin formalaşmasında həlledici aktor heç şübhəsiz, müharibəni bitirən, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində iradə göstərən və regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.

İqtisadi blokadadan çıxış və ticarət yollarının açılması

Ermənistanın sülh prosesinə sadiqliyi, onun uzun illər davam edən iqtisadi blokadadan çıxmasına real imkan yarada bilər. Azərbaycanın sülh təşəbbüsləri və Türkiyə ilə paralel mövqeyi, sərhədlərin açılması üçün əsas zəmin formalaşdırır.

Rəsmi məlumatlara görə, Ermənistanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45% azalaraq 9 milyard 668 milyon ABŞ dolları təşkil edib. Bu azalma, ölkənin mövcud nəqliyyat marşrutlarının məhdudluğu və yüksək logistik xərcləri ilə də bağlıdır. Hazırda Ermənistanın xarici ticarətinin əsas hissəsi Gürcüstan və İran üzərindən həyata keçirilir. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qalması isə nəqliyyat məsrəflərini əhəmiyyətli dərəcədə artırır.

Nəzərə alsaq ki, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini illik 8-10 milyon tona qədər artıracaq, bu, Ermənistan üçün ucuz və səmərəli ticarət yolları deməkdir. Bu isə Ermənistana tranzit ölkə statusu qazandıracaq və hər il yüz milyonlarla dollar əlavə gəlir gətirəcək. Regional inteqrasiya Ermənistanın ÜDM-ni nəzərə çarpacaq dərəcədə artıra bilər.

Beləliklə, “Zəngəzur dəhlizi – Tramp yolu” kimi strateji nəqliyyat xətləri yalnız Azərbaycan üçün deyil, Ermənistan üçün də mühüm geoiqtisadi və geosiyasi kapitallar qazandıra bilər. 

Beynəlxalq imic və diplomatik etimadın bərpası

Sülh yolu seçən və münaqişəni tarixə gömən Ermənistan, beynəlxalq ictimaiyyətdə müsbət imic qazana bilər. Bu, həm Avropa İttifaqı, həm də ABŞ başda olmaqla Qərb ölkələri ilə münasibətlərin dərinləşməsinə, beynəlxalq maliyyə institutlarının dəstəyinə yol aça bilər. Ancaq bu diplomatik üstünlüklər, yalnız Azərbaycanın sülh masasında qalması və Ermənistanın öhdəliklərinə əməl etməsi fonunda gerçəkləşə bilər. Əks halda, Cənubi Qafqazda gərginlik Ermənistanı yenidən təcrid olunmuş vəziyyətə qaytarar.   

İnvestisiya axını və iqtisadi inkişaf

Müharibə riski azaldıqca xarici investorların Ermənistana marağı arta bilər. Xüsusilə enerji, logistika və turizm sektorları bu prosesdən fayda görə bilər. 2025-ci ilin ilk yarısında Ermənistan iqtisadiyyatına xarici investisiyanın cəlbediciliyi kifayə qədər aşağı olub. Əsas sərmayə mənbələri Rusiya, Fransa və ABŞ olduğunu nəzərə alsaq, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması investisiyaların ən azı 20-25% artıracağından xəbər verir. Sərhədlərin açılması həmçinin, ildə 500 min əlavə turist potensialı deməkdir. Azərbaycanın bölgədə yaratdığı təhlükəsizlik mühiti, beynəlxalq investorlar üçün zəmanət rolunu oynayır. İnvestorlar yalnız sabit və proqnozlaşdırıla bilən mühitdə uzunmüddətli layihələrə vəsait yatırır, bu mühit isə sülhün təmin olunması ilə mümkündür.

Regiondaxili əməkdaşlıq imkanları

Sülh yolu, Ermənistanı Azərbaycan, Türkiyə, Gürcüstan və Orta Asiya ölkələri ilə birgə layihələrə qoşula biləcək vəziyyətə gətirir. Bakı-Tbilisi-Qars dəmir yolu kimi mövcud infrastruktur layihələri, gələcəkdə Ermənistanın da istifadə edə biləcəyi strateji marşrutlara çevrilə bilər. Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükgötürmə qabiliyyəti 2024-cü ildə 5 milyon ton olub. Ermənistanın da qoşulacağı halda, bu xətdən öz ixrac-idxal əməliyyatları üçün istifadə edə bilər. Şimal-Cənub nəqliyyat dəhlizinə inteqrasiya, Ermənistana Orta Asiya-Avropa marşrutlarında pay əldə etmək imkanı yarada bilər. Lakin bu imkanların reallaşması, Azərbaycanın Ermənistanı regional əməkdaşlıq formatlarına qəbul etməsinə bağlıdır. 

Sosial və siyasi sabitlik

Müharibə riski ortadan qalxdıqca Ermənistan daxilində sosial-siyasi gərginlik də azalacaq. Hərbi xərclərə yönələn resursların iqtisadi və sosial inkişaf layihələrinə yönəldilməsi, əhalinin rifah səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. 2025-ci il üçün Ermənistan hərbi xərclərini ÜDM-in 6 %-i səviyyəsində olacağını elan etmişdi. Sülh şəraitində bu xərclərin yarısının sosial-iqtisadi sahələrə yönəldilməsi, təhsil və səhiyyə büdcələrində illik yüz milyonlarla dollar əlavə vəsait deməkdir.

Ermənistanda əhalinin real gəlirləri 2024-cü ildə artırılsa da, inflyasiya bu artımı zəiflədib.

Azərbaycanın irəli sürdüyü sülh müqaviləsi layihəsi Ermənjstan üçün sabitliyin təmin olunmasında fundamental hüquqi baza rolunu oynayır. 

Azərbaycanın həlledici rolu

Bütün bu imkanların mərkəzində Azərbaycanın rolu dayanır. Ermənistanın sülh yolu ilə əldə edə biləcəyi iqtisadi, diplomatik və sosial qazanclar Azərbaycanın siyasi iradəsi, təhlükəsizlik təminatı və regional inteqrasiya təşəbbüsləri ilə birbaşa bağlıdır.

Nəzərə almaq lazımdır ki, 2024-cü ildə Azərbaycan Respublikasında ÜDM 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib və bu göstərici Cənubi Qafqazın hər iki ölkəsinin birlikdə ÜDM-dən daha yüksəkdir. Belə nəticəyə gəlmək olar ki, Azərbaycan həm qalib dövlət, həm də regionun enerji, nəqliyyat və logistika mərkəzi olaraq Ermənistan üçün yeganə açar tərəfdaş rolunu oynayır.   

Ermənistan üçün sülh sadəcə siyasi bir seçim deyil – ölkənin gələcək iqtisadi inkişafı, beynəlxalq nüfuzu və daxili sabitliyi üçün yeganə çıxış yoludur. Lakin bu yol, yalnız Azərbaycanla səmimi əməkdaşlıq, öhdəliklərə riayət və qarşılıqlı etimad əsasında reallaşa bilər. Sülh yolu Ermənistanı iqtisadi blokadadan çıxarır, sərhədləri açır, tranzit gəlirlərini artırır, beynəlxalq imicini yaxşılaşdırır və investisiya axını üçün real şərait yaradır.

Bütün bu imkanları təmin edən isə regionun sabitlik və əməkdaşlıq təşəbbüslərinin müəllifi Azərbaycan, onun qalib lideri Prezident cənab İlham Əliyevdir.

Nicat Quliyev

Naxçıvan Televiziyasının baş redaktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri