Icma.az
close
up
RU
Ermənistanla sərhəddə gərginlik kəskin ARTDI

Ermənistanla sərhəddə gərginlik kəskin ARTDI

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan ordusu yenidən aktivləşməyə başlayıb. Bir müddət öncə ermənilərin Naxçıvan istiqamətində istehkamlar tikdiyi, səngərlər qazdığı haqda məlumat yayılırdı, indi isə Kəlbəcər istiqamətində xəndəklər qazıldığına dair görüntülər paylaşılıb.

Ermənistan nəyə hazırlıq görür?

News24.az xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Azərbaycanın Ermənistandan gözləntiləri sülh sazişinin imzalanması yönündədir, lakin rəsmi İrəvan müharibədən sonrakı dövrü həm ön xəttə mühəndis-istehkam qurğularının yaradılmasına, həm də sürətli silahlanmanın həyata keçirilməsinə xərclədi:

“Bu səbəbdən Ermənistanın indiki mərhələdə də birinci eşelon bölmələrimizin qarşısında, xüsusən də Kəlbəcər və bir neçə istiqamətdə dərinləşdirilmiş komanda məntəqələri, betonlaşdırılmış bunkerlər, mühəndis-istehkam qurğuları tikdiyinin şahidi oluruq. Ermənistan yeni aldığı silahları yeni yaradılan mövqelərdə yerləşdirməyə çalışır. Ermənistan hər nə qədər müdafiə məqsədilə silah aldığını desə də, həmin texnikaların daxilində ölkəmizə qarşı istifadə oluna biləcək ağır texnikaların olduğu da məlumdur. Artilleriya sistemləri və reaktiv yaylım atəş sistemləri də buna daxildir. Sülh sazişi imzalanmırsa, bu o deməkdir ki, biz Ermənistanla atəşkəs vəziyyətindəyik. Bu mərhələ sülhə, yaxud da yeni bir münaqişəyə çevrilə bilər”.

Hərbi ekspertin sözlərinə görə, Ermənistanı silahlandıran, cəsarətləndirən, onunla yeni yol xəritəsində müqavilə bağlayan ölkələr regionda müharibənin başlamasında maraqlıdır:

“ABŞ-la imzalanan strateji əməkdaşlıq xartiyası və digər razılaşmalara əsasən böyük güclər növbəti mərhələdə NATO-nun Şərqə doğru genişlənmə planı çərçivəsində Ermənistan seçilib. Ermənistanın Baş naziri Nikol Paşinyanın Davosda NATO-nun baş katibi Mark Rutte ilə görüşü də bundan xəbər verir. Regionda Azərbaycan, Türkiyə, İran və s. yanaşması nəzərə alınmadan Ermənistan üzərindən müəyyən planlar hazırlanır. Xüsusilə də rəsmi İrəvanı Rusiyadan ayırıb NATO-nun təhlükəsizlik çətiri altına salmaq istəyirlər. Sözügedən proses tarixdə bir neçə dəfə olub və sonu müharibə ilə nəticələnib. Buna Gürcüstan, Moldova və Ukraynanı misal göstərmək olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Yanvar 2025 04:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see283

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see267

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see261

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see259

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see256

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see255

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see244

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see236

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see233

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see225

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see210

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see210

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see205

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see192

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see187

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see180

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see169

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri