Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Ermənistanla sülh sazişi kreditlərə də təsir edəcək HESABAT

Ermənistanla sülh sazişi kreditlərə də təsir edəcək HESABAT

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Ermənistan (BB-/Sabit) və Azərbaycan (BBB-/Stabil) arasında sülh çərçivəsi haqqında saziş hərtərəfli sazişə doğru müsbət addımdır. Bu, maneələr qalmasına baxmayaraq, yeni hərbi əməliyyatların riskini azaldır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu,”Fitch Ratings”-in hesabatında yer alıb. 

 Hesabat müəllifəri bildirirlər ki, sülh razılaşmasının əldə edilməsi hər iki ölkənin reytinqinə dərhal təsir göstərə bilməz: “Lakin müsbət ortamüddətli kredit tendensiyalarını dəstəkləyə bilər, bunun kəmiyyətini müəyyən etmək çətin olsa da, ticarəti artıra bilər”.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə imzalanmış birgə bəyannamədə ölkələrin Sovet sərhədlərini qəbul etməsi, güc tətbiqindən çəkinməsi və Ermənistan vasitəsilə Azərbaycanı digər bölğələri ilə Naxçıvan arasında maneəsiz əlaqəyə icazə verilməsi nəzərdə tutulur. 

“Bəyannamə bizim gözləntilərimizə uyğundur, hərbi münaqişəyə qayıdış ehtimalı azdır, lakin bu, dəhlizin tikintisi üçün razılaşdırılmış vaxt qrafiki və ya məcburi müqavilə olmayan yalnız ilkin çərçivə sazişidir. İqtisadi artım, fiskal gəlirlər və ticarət üçün nəzərəçarpacaq faydalar bir neçə il ərzində görünməyəcək”,-deyə “Fitch” vurğulayıb. 

Qeyd olunub ki, Ermənistan  ABŞ şirkətləri tərəfindən tikiləcək və idarə olunacaq “Tramp Beynəlxalq Sülh və Rifah Boru Kəməri” kimi tanınan dəhliz üzərində suverenlikdən imtina etməyəcək: “Bakının digər tələbi olan Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi üçün referendum siyasi baxımdan həssasdır və 2026-cı ilin ortalarında keçiriləcək parlament seçkilərinə qədər baş tutması ehtimalı azdır.

Geosiyasi risklərin uzunmüddətli azalması Ermənistanın iqtisadi artımını artıra, həmçinin orta müddətli müdafiə xərclərini azaltmaqla valyuta dəyişkənliyini və fiskal riskləri azalda bilər. Azərbaycan üçün gərginliyin azaldılması iqtisadiyyatın şaxələndirilməsi və idarəetmənin gücləndirilməsi kimi daxili islahatlara daha çox diqqət ayırmağa kömək edə bilər”.

Mütəxəssislər hesab edirlər ki, Ermənistan üçün geosiyasi risklərin davamlı şəkildə azaldılması və Türkiyə ilə münasibətlərin normallaşması yekun sülh şərtlərindən və sazişin həyata keçirilməsindən asılı olacaq: 

Ermənistan Dünya Bankı Qrupunun Qlobal Siyasət Göstəricilərində (WBGI) “BB” medianına uyğun gəlir, amma onun Siyasi Sabitlik və Zorakılığın olmaması üzrə reytinqi azdır. Bu sahədə uzunmüddətli təkmilləşdirmə çox güman ki, vaxt aparacaq.

Dənizə çıxışı olmayan Ermənistan ticarətinin böyük hissəsi üçün Gürcüstana güvənir. Ona görə də Avropa bazarlarına daha sürətli alternativ marşrutlar (xüsusən də Türkiyə vasitəsilə) ölkənin ortamüddətli inkişaf perspektivlərini dəstəkləyəcək”. 

Sülh prosesindəki yüksək qeyri-müəyyənlik və maneələri nəzərə alaraq, “Fitch” bu amilləri cari makroiqtisadi proqnozlarına daxil etməyib.

Bildirilib ki, otuz illik münaqişəyə son qoyan davamlı sülh Ermənistanın valyuta və fiskal risklərini də azalda bilər: “Son illərdə dram gərginliyin artdığı dövrlərdə ucuzlaşıb (baxmayaraq ki, 2022-24-cü illərdə ABŞ dollarına nisbətdə nominal ifadədə 17,4% bahalaşıb). Belə davamlı ucuzlaşma Ermənistanın əsas kredit göstəricilərinə, o cümlədən xarici valyuta borcunun yüksək payını nəzərə alaraq dövlət borcuna mənfi təsir göstərə bilər.
Böyük büdcə kəsirlərini (2026-27-ci illərdə ÜDM-in orta hesabla 4,4%-i) nəzərə alaraq, sülh sazişi 2025-ci ildə 0,7 faiz bəndi artaraq ÜDM-in 6,1%-nə çatması nəzərdə tutulan müdafiə xərclərini azaltmaqla büdcə təzyiqlərini azalda bilər. Bununla belə, bu, davamlı gəlirlər və kifayət qədər güclü iqtisadi artımla qismən kompensasiya edilir”.

Hesabatda sülh razılaşması olacağı təqdirdə onun Azərbaycan iqtisadiyyatına təsirindən də bəhs edilir:

 “Qarabağı Azərbaycanın nəzarətinə qaytarmaq kimi milli məqsədə nail olduqdan sonra qonşusu ilə gərginliyin azaldılması qeyri-neft iqtisadi artımı və diversifikasiyanı dəstəkləmək üçün biznes mühitinin yaxşılaşdırılmasına diqqət ayırmağa imkan verə bilər”. 
Xəzər
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri