Icma.az
close
up
RU
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq

Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında avqustun 8-də Vaşinqtonda keçirilən görüş Cənubi Qafqaz qonşuları arasında onilliklər boyu davam edən mübarizədə dönüş nöqtəsi oldu.

İki ölkə Sovet İttifaqından müstəqillik əldə etməmişdən əvvəl yaranmış münaqişəyə son qoyacaq, regional ticarət və investisiya imkanları açacaq və ABŞ-ı uzun müddət Rusiya, Türkiyə və İranın dominantlıq etdiyi regionda əsas oyunçu kimi bərqərar edə biləcək çərçivə sazişi imzalayıb”.

“Cebheinfo.az”-ın məlumatına görə, nüfuzlu “Foreing Policy” jurnalı belə yazıb.

“İlkin razılaşmanın hazırlanması bir neçə ay çəkdi və Vaşinqtonun postsovet məkanında ən böyük təşəbbüslərindən birinə çevrildi. Müqavilənin imzalanması Tramp administrasiyasının ABŞ-ı beynəlxalq öhdəliklərdən çıxarmaq və ya təsir dairəsini Kremlə vermək istədiyinə dair məşhur narrativləri mürəkkəbləşdirir. Lakin  saziş natamam olaraq qalır və həm region, həm də ABŞ üçün real risklər daşıyır”. 

ABŞ Milli Müdafiə Universitetinin Milli Strateji Araşdırmalar İnstitutunun görkəmli elmi işçisi Cefri Mankof “Foreing Policy”-də dərc olunan məqaləsində belə qeyd edib.Prosesdə iştirak edən bir məmurun sözlərinə görə, Tramp administrasiyası yekun sülh müqaviləsinin 2026-cı ilin sonuna qədər imzalanacağını və ratifikasiya olunacağını gözləyir. 

Bu məqsədə nail olmaq üçün bütün tərəflər, o cümlədən ABŞ öz öhdəliklərini yerinə yetirməli, eyni zamanda bir sıra həll olunmamış məsələləri nizamlamalıdır. “Ermənistan və Azərbaycan arasındakı münaqişə uzun müddətdir ki, Cənubi Qafqazın parçalanmasına və onun strateji marginallaşmasına səbəb olub. Bu, həm də Rusiyanın regionda dominantlıq etməsinə şərait yaradıb.

Çünki Moskva 1990-cı illərdən bəri istənilən yekun həll yollarını əngəlləyib, həm Bakını, həm də İrəvanı arbitr və təhlükəsizlik təminatçısı kimi Kremlə müraciət etməyə məcbur edib.Rusiyanın müdaxiləsi münaqişədə eskalasiyanın qarşısını alsa da, eyni zamanda onun uzunmüddətli həllinə mane oldu ki, bu da hər iki ölkəyə öz gələcəklərini təyin etməyə imkan verirdi.

Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində sarsıdıcı qələbəsi, ardınca 2023-cü ilin sonunda əvvəllər Ermənistanın nəzarətində olan qalan ərazilərə nəzarəti geri qaytarması prinsipial olaraq yeni reallıq yaratdı. Paşinyanın böyük xidmətlərinə gəlincə, o, başa düşürdü ki, sarsıdıcı hərbi məğlubiyyət, “Dağlıq Qarabağ”ın itirilməsi və etnik ermənilərin bu ərazilərdən “qaçması” yalnız sülhü zəruri etmir, həm də onun daimi qurulmasına nail olmaq imkanı yaradıb”. 

Məqalə müəllifinin fikrincə, bununla belə, sülh sazişinin konturları çoxdan bəllidir: ərazi bütövlüyünün qarşılıqlı tanınması (o cümlədən Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti), sərhədlərin demarkasiyası, hüquqi iddialardan imtina, diplomatik münasibətlərin normallaşdırılması.

“Mart ayında Bakı və İrəvan bu şərtlərlə razılaşmanın əsas müddəalarını razılaşdırdıqlarını elan etdilər. İndi Ermənistan və Azərbaycan ABŞ-nin köməyi ilə çərçivə sazişindən tam hüquqlu sülh müqaviləsinə keçməlidir. 

Yenə də bir sıra əsas problemlər qalır. Danışıqları çoxdan çətinləşdirən iki məsələ Bakının Azərbaycanın materik hissəsini Naxçıvan anklavı ilə birləşdirən, Ermənistan ərazisindən dəhliz tələb etməsi və gələcək Ermənistan hökumətinin “Dağlıq Qarabağ”ın itirilməsi ilə barışmasını təmin edəcək Ermənistan Konstitusiyasına dəyişikliklərdir.

Mankofun fikrincə, Ermənistan və Azərbaycan arasında tam sülh, ilk növbədə, yeni müharibədən müdafiəni təmin etməklə region xalqlarına böyük fayda gətirəcək.

“Foreing Policy”-nin təhlilində diqqəti cəlb edən əsas məqam, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin dəqiq tarixinin göstərilməsi ilə bağlıdır. ABŞ rəsmi mənbələrinə istinadən yazılan məqalə üç nəticəyə gəlməyə əsas verir. 

Birincisi, paraflanma prosesində olduğu kimi, yekun sülh sazişinin imzalanmasın da ABŞ  Prezidenti Donald Tramp iştirak etmək istəyir. ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Ağ Evdə imzalanmasını istəyir. 

İkincisi, sülh müqaviləsinin mətninin müəyyənləşməsi üzərində ABŞ-nin gizli iştirakı ilə iş aparılır. Üçüncüsü, sülh müqaviləsinin 2026-cı ilin sonuna qədər yekunlaşdırılmasına dair tərəflər arasında razılaşma əldə olunub. Yekun imzalanma və ratifikasiya prosesinin məhz 2026-cı ilin sonuna təyin edilməsi çox güman ki, Ermənistan Konstitusiyasına ediləcək dəyişikliklərlə bağlıdır.

Bu isə Ermənistanda 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində sonra mümkün ola bilər. Nikol Paşinyan hakimiyyətinin növbəti seçkilərdə qalib gəlmək  şansı yüksəkdir. Ona görə də yeni hökumət və parlament formalaşdıqdan sonra, yəni 2026-cı ilin payız aylarında Ermənistanda konstitusiya referendumunun keçiriləcək.

Hətta Nikol Paşinyan ümumxalq səsverməsinin 2027-ci ilin əvvəlində baş tutacağını bildirir. Lakin “Foreing Policy”-də dərc olunan məqalə konstitusiyaya dəyişiklik məsələsində ABŞ-nin Ermənistanı tələsdirdiyini, hətta bu prosesi 2026-cı ilin sonuna qədər yekunlaşdırıb ratifikasiya etmək üçün Nikol Paşinyana təzyiq göstərdiyini deməyə əsas verir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Ermənistansülh tarix imza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri