Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Ermənistan və Azərbaycan kommunikasiyaların açılması ilə bağlı razılaşmalar çərçivəsində işçi qrupları yaradacaq.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib.
Nazir jurnalistlərin “Tramp marşrutu” adlandırılan layihə çərçivəsində yolun nəzarət mexanizmi barədə sualına cavabında qeyd edib ki, iş prosesləri işçi qrupların yaradılmasını nəzərdə tutur və onlar əlavə məlumat təqdim edəcəklər.
Xudatyan nəzarət və gömrük prosedurları ilə bağlı suala cavab verməkdən yayınıb, yalnız yolun Ermənistanın yurisdiksiyasında olacağını və bununla bağlı bütün texniki və məzmun məsələlərinin bu çərçivədə həll ediləcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 14 Avqust 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















