Icma.az
close
up
RU
Ərşad Hüseynov: “Bir əllə sükan saxlamaq qayda pozuntusu deyil”

Ərşad Hüseynov: “Bir əllə sükan saxlamaq qayda pozuntusu deyil”

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cərimə yox, tövsiyə olmalıdır


 Qəzaların qarşısının alınmasında sürücülərin yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda da bu məqsədlə qanunvericilikdə sürücülərin davranışlarına dair konkret tələblər müəyyən olunub. Xüsusilə, sükan idarəetməsi zamanı təhlükəsizlik qaydalarına əməl etməmək həm sürücünün, həm də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atır və inzibati məsuliyyətə səbəb olur.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib ki, bəzi sürücülər avtomobildə hərəkət zamanı əlini pəncərədən çölə çıxarır. Bu, həm idarəetməni çətinləşdirir, həm də qəza riskini artırır.  Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq ediləcək.


Sürücülər tətbiq olunan cərimə ilə bağlı narazılıqlarını bildirib, iddia ediblər ki, bu cərimə qanunvericilikdə nəzərdə tutulmayıb.



“Digesta” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da Sherg.az-a açıqlamasında deyib ki, məsələnin hüquqi aspektindən çox təhlükəsizlik aspektinə yanaşmaq lazımdır. Onun sözlərinə görə, qanunvericilikdə belə bir cərimə növü olmadığı üçün məsələnin ictimai müzakirəyə çıxarılmasına da ehtiyac yoxdur: 

“Sürücü sükanı bir əli ilə tutursa, idarə etmək üçün yetərli haldır. Digər əlini pəncərədən çıxarırsa, bu hərəkət müəyyən təhlükəsizlik risklərini yarada bilər. Ancaq buradakı əsas məqam belədir ki, sürücünün avtomobili təhlükəsiz idarə etməsi üçün həmişə iki əlini sükanın üzərində saxlaması zəruri deyil. Praktik olaraq, adi vəziyyətlərdə bir əli ilə sükanı tutmaq kifayətdir. İki əl yalnız yolda ekstremal vəziyyətlərdə, qəza və ya qəfil manevr zamanı lazım olur. Yəni mən bu xəbərdarlığı sırf təhlükəsizliklə əlaqələndirirəm. Sürücünün əlini pəncərədən çıxarıb sallaması yol-nəqliyyat hadisəsi zamanı onun qolunu itirməsi ilə nəticələnə bilər. Yandan sürətli keçən digər avtomobil qəza zamanı sürücünün qoluna zərər verə bilər.

Bir var, yandan ötən maşın qəza zamanı nəqliyyat vasitəsinə dəyib, güzgüsünü sındıra, qapısını əzə, 200 manatlıq zərər verə. Biri də var ki, qolunu çölə çıxaran sürücünün qolu iki maşın arasında qalıb “xınc-mınc” ola. DYP-nin tövsiyəsi də məhz bu risklərdən qaynaqlanır yəqin ki?! Sürücülərin mümkün qədər hər iki əlini sükan arxasında saxlaması daha təhlükəsizdir. Lakin qeyd etdiyim kimi, bunlar sadəcə tövsiyə xarakterli bir çağırış olmalıdır və heç bir cərimələmədən söhbət gedə bilməz”.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri