Icma.az
close
up
RU
İnsanlar qaydalara məhəl qoymurlar Ərşad Hüseynov

İnsanlar qaydalara məhəl qoymurlar Ərşad Hüseynov

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Bir neçə gün əvvəl elm və təhsil naziri brifinqdə ona verilən suala cavab olaraq bildirdi ki, orta məktəblərdə yol hərəkəti qaydalarının ayrıca fənn kimi tədrisinə ehtiyac görmür. Şagirdlərin tədris yükünün kifayət qədər ağır olduğunu nəzərə aldıqda hörmətli Emin müəllimin bu mövqeyi başadüşüləndir. Nazir öz mövqeyini şərh edərkən maraqlı bir fikir səsləndirdi. Təxminən belə dedi ki, ölkəmizdə yol hərəkəti qaydaları var və cəmiyyət bundan az-çox məlumatlıdır. Sadəcə əksəriyyət bu qaydalara laqeyd yanaşır, onalara məhəl qoymur. Ən böyük problemimiz məhz budur: qaydalar, özü də təkcə yol hərəkəti qaydaları yox, gündəlik həyatımızda riayət etməli olduğumuz əksər qaydalar  barədə məlumatımız var. Məsələn, orta statistik sürücünün svetoforun qırmızı işiğının nə demək olduğunu, təhlükəsizlik kəmərini bağlamaığın məcburiliyini və s. bildiyinə şübhə etmirəm. Amma ən böyük dərdimiz odur ki, az-çox bildiyimiz həmin qaydalara əməl etmirik”.

Bu fikirləri 525.az-a nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O bildirib ki, bunun iki əsas səbəbi var. Birinci səbəb odur ki, qaydalar haqqında məlumatı olan şəxs onun nə üçün olduğunu, nəyə lazım olduğunu, niyə nəzərdə tutulduğunu ya bilmir, ya da lazımı dərəcədə dərk etmir. Hətta bəziləri bu barədə tamamilə yanlış fikrə malikdirlər:

“Qaydalara laqeyd yanaşmanın ikinci səbəbi isə uzun müddət formalaşan və nəsildən-nəslə ötürülən pis nümunələrdir. Məsələn, sinifdə şagirdlərə yolu piyada olaraq necə keçmək lazım olduğunu izah edən müəllim dərsdən sonra yolu keçiddən kənar necə gəldi keçirsə, uşaqların yadında dərsdə deyiləndən çox, gözləri ilə gördükləri mənzərə qalacaq. Eyni səhvləri valideyn, böyük qardaş-bacı, əmi-dayı, xala-bibi, qonşu və s. olaraq da buraxırıq. Həyatda etdiklərimizin mütləq əksəriyyətinin təqlidlərdən ibarət olduğunu nəzərə alanda aydın olur ki, bu pis nümunələr də intizamsızlığı nəsildən-nəslə ötürür. Lakin yollarda və hər yerdə intizamlı və mədini davranış tərzinin formalaşmasında məktəbin, təhsilin rolu həlledicidir. Ona görə də orta məktəblərdə, hətta bağçalarda uşaqlara yol hərəkəti qaydaları da öyrədilməlidir. Ayrıca fənn kimi olmasa da, hər hansı fənn daxilində zəruri həyati vərdişlər, bacarıqlar kimi qaydalar mütləq öyrədilməlidir, özü də həm nəzəri olaraq, həm də yaxşı davranış nümunələri ilə. Bunun üçün yol hərəkəti qaydaları ilə bağlı şagirdlərin dünyagörüşünə uyğun dərslik də olmalıdır. Bu dərslik həm də müəllimlərin qaydaları öyrətməsini asanlaşdıracaq. Unutmaq olmaz ki, bağçada və orta məktəbdə formalaşan dünyagörüşü sonrakı yaşlarda əxz edilən biliklərin ümumi zəminidir. Bu dövrdə yaranan zəmini sonra dəyişmək çox çətin olur. Uşaqların və gələcək nəsillərin intizamlı olması üçün həm də onlara yaxşı nümunə olmalıyıq. Ona görə də hər kəs yollarda və hər yerdə intizamlı və mədəni olmaq üçün sadacə özündən başlasa, belə davranışı həyat tərzinə çevirsə, həm də başqalaraını öyrətmiş olacaq”.

Sevinc QARAYEVA
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:309
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Sentyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri