Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Ərtoğrol Cavid Yarımçıq qalmış işıqlı ömür

Ərtoğrol Cavid Yarımçıq qalmış işıqlı ömür

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri olan böyük Hüseyn Cavidin özü kimi, ailəsi də keşməkeşli bir həyat yolu keçib. Onun yeganə oğlu - Ərtoğrol Cavid (1919-1943), istedadı, zəkası və sənət eşqi ilə milli mədəniyyətimizdə öz izini qoymağa müvəffəq olsa da, gənc yaşında dünyadan köçərək böyük bir potensialı reallaşdıra bilmədən həyatdan ayrılıb.

Ərtoğrol Cavid 1919-cu il oktyabrın 22-də Bakıda dünyaya gəlmişdi. Uşaqlıq illərindən etibarən atası Hüseyn Cavidin yüksək mədəni mühitində böyüməsi onun dünyagörüşünə və sənətə olan marağına dərin təsir göstərmişdi. Cavidlər ailəsinin evində daim ziyalılar, şairlər, sənət adamları toplaşar, ədəbi-mədəni mühitin canlı nəfəsi duyulardı. Məhz bu mühit gənc Ərtoğrolun formalaşmasında mühüm rol oynamışdı.

O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdi. Eyni zamanda şairlik istedadı da üzə çıxmağa başlamış, bir neçə şeir qələmə almışdı:

...Mənim ömrüm, həyatım pək paslanmış...

Çürük, zəif, yanmış, teldən asılmış...

Mən ulu tanrıdan yardım dilərkən,

Bədbinlik fikrini başdan silərkən,

Bilmədim ki, ömrüm neçin qaraldı,

Gül açmadan qönçə kimi saraldı...

"Göyərçin naləsi" adlı bu əsəri balaca Ərtoğrol 1931-ci ildə yazmışdı. Maraqlıdır ki, elə bil bu şeirdə cəmi 12 yaşı olan Cavid Əfəndinin oğlu gələcəkdə yaşayacağı nakam taleyini vəsf edirdi.

Ərtoğrol musiqiyə xüsusi maraq göstərirdi. Sonralar Konservatoriyada təhsil aldığı illərdə o, musiqi biliklərini və bacarıqlarını mükəmməlləşdirmək üçün var gücü ilə çalışırdı. Onun zərif musiqi duyumu və klassik musiqiyə olan dərin sevgisi müəllimləri və həmkarları tərəfindən yüksək qiymətləndirilirdi.

Ərtoğrol həm də bəstəkar kimi özünü sınamağa başlamışdı. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı 1941-1942-ci illərdə o, görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov, Boris Zeydman və Fikrət Əmirovun siniflərində təhsil almış, fortepiano üçün yazdığı "9 variasiya" əsərini öz müəllimi Üzeyir bəyə həsr etmişdi.

O, eyni zamanda Azərbaycan Dövlət Konservatoriyasında dahi vokal ustası Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplanmasında fəal iştirak etmişdi.

Fikrət Əmirov isə Ərtoğrol haqqında xatirələrində belə yazırdı:

"Mən onun sənətini də, şəxsiyyətini də açılmamış gözəl bir fidana, pöhrəyə bənzədə bilərəm. Qəti əminəm, qalsaydı, musiqimizin ən görkəmli xadimlərindən biri olacaqdı".

Ərtoğrol Cavid Nizami Gəncəvinin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Tahir Rasizadənin "Səninlə olaydım" və digər müəlliflərin şeirlərinə romans və mahnılar bəstələmişdir. Onun "Şeyx Sənan", "Məhsəti" operaları, eləcə də bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır. Təəssüf ki, Ərtoğrolun bəstəkarlıq irsi çox az sayda nümunələrlə günümüzə gəlib çatmış, bəzi əsərləri isə repressiya illərinin keşməkeşli dövrlərində itib getmişdir.

Hüseyn Cavidin Ev-Muzeyinin ekspozisiya zallarında Ərtoğrolun qələm texnikası ilə çəkdiyi və babası Hüseyn Cavidə həsr olunmuş portret, eləcə də Azərbaycanın böyük teatr aktyoru və rejissoru, daha bir repressiya qurbanı Abbas Mirzə Şərifzadəni "İblis" və "Şeyx Sənan" rollarında təsvir edən əsərləri sərgilənməkdədir. Bundan başqa, hələ nümayiş olunmayan, müxtəlif dövrlərdə ərsəyə gətirdiyi rəsm işləri də onun rəssamlıq bacarığının göstəricisidir.

Ərtoğrol şahmatı da mükəmməl bilirmiş. Bu isə onun yalnız yaradıcı deyil, eyni zamanda iti zəkaya və analitik düşüncəyə malik fitri istedad sahibi olduğunu göstərir. O, şahmatı ən sadiq dostlarından biri - texnika elmləri doktoru Ətaulla Qasımovla oynamağı xüsusilə sevərmiş. Yaşasaydı, bəlkə də böyük qrossmeyster və ya məşhur rəssam kimi tanınardı.

1937-ci ildə Hüseyn Cavidin həbs olunması və sürgün həyatı bütün ailənin taleyinə ağır təsir göstərmişdi. Ərtoğrol atasının bu faciəli aqibətindən dərin sarsıntı keçirmiş, ailənin yükünü çiyinlərinə götürmək məcburiyyətində qalmışdı. Bir tərəfdən sənət yolunu davam etdirməyə çalışır, digər tərəfdən ailəsinə sahib çıxırdı.

Ərtoğrol Cavidin ömrü çox qısa oldu. O, 1943-cü il oktyabrın 14-də, cəmi 24 yaşında vərəm xəstəliyindən vəfat etdi. Onun vaxtsız ölümü Azərbaycan musiqi və mədəniyyət tarixində böyük bir itki kimi qiymətləndirilir. Əgər yaşasaydı, musiqi sahəsində yeni əsərlər yarada, atasının ideyalarını incəsənət dili ilə davam etdirə bilərdi.

Ərtoğrolun həyat və yaradıcılığı sonrakı illərdə tədqiqatçıların diqqətini çəkmiş, onun haqqında məqalələr, xatirələr yazılmışdır. Bacısı Turan Cavidin fədakar fəaliyyəti nəticəsində yalnız Hüseyn Cavidin deyil, həm də ailə üzvlərinin xatirəsi qorunub saxlanılmışdır.

Bu gün Hüseyn Cavidin Ev-Muzeyində Ərtoğrol Cavidin həyat və yaradıcılığına dair materiallar da nümayiş olunur. O, Azərbaycan gəncliyi üçün yarımçıq qalmış, lakin işıqlı bir ömür nümunəsi olaraq yad edilir. Ərtoğrol milli mədəniyyətimizdə "görünməyən, amma hiss edilən" izlər buraxmış sənətkar kimi xatırlanır.

Nübar MƏMMƏDOVA
Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri