Icma.az
close
up
RU
Üzeyirin musiqisini duyan gənc Fikrət Əmirov Ərtoğrol Cavid haqqında nə yazmışdı?

Üzeyirin musiqisini duyan gənc Fikrət Əmirov Ərtoğrol Cavid haqqında nə yazmışdı?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Hüseyn Cavidin ev muzeyinin əməkdaşı Nübar Məmmədovanın “Üzeyirin musiqisini duyan gənc: Ərtoğrol Cavid” yazısını təqdim edir.


Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri Hüseyn Cavidin ailəsi ölkəmizin mədəniyyət tarixində xüsusi yer tutur.
Onun yeganə oğlu – Ərtoğrol Cavid (1919–1943) – istedadı, zəkası və sənət eşqi ilə milli mədəniyyətimizdə öz izini qoymağa müvəffəq olsa da, gənc yaşında dünyadan köçərək böyük bir potensialı həyata keçirmədən aramızdan ayrıldı.
Ərtoğrol Cavid 22 oktyabr 1919-cu ildə Bakıda doğulmuşdur. Uşaqlıqdan atası Hüseyn Cavidin yüksək mədəni mühitində böyüməsi onun dünyagörüşünə, sənətə marağına güclü təsir göstərmişdir.
Cavid ailəsinin evində daim ziyalılar, şairlər, sənət adamları toplaşar, ədəbi-mədəni mühitin canlı nəfəsi hiss olunardı. Bu mühit gənc Ərtoğrolun formalaşmasında böyük rol oynamışdır.Ərtoğrol musiqiyə xüsusi maraq göstərirdi.
O, Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Sonradan Konservatoriyada təhsil almışdır. Onun ifaçılıq bacarığı, incə duyumu və klassik musiqiyə sevgisi müəllimləri və həmkarları tərəfindən yüksək qiymətləndirilirdi.
Ərtoğrol təkcə ifaçı deyil, həm də bəstəkar kimi özünü sınamağa başlamışdı. Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu 1941-1942 –ci illərdə Fikrət Əmirovla dahi bəstəkar Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinifində dərs almışdır və fortopiano üçün yazılmış “9 Variasiya” əsərini öz müəlliminə həsr etmişdir.
Azərbaycan Dövlət Konservatoriyasında dahi vokal ustası Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış. Burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmişdir.
Fikrət Əmirov Ərtoğrol haqqında xatirələrində qeyd edirdi: “Mən onun sənətini də, şəxsiyyətini də açılmamış gözəl bir fidana, pöhrəyə bənzədə bilərəm. Qəti əminəm, qalsaydı, musiqimizin ən görkəmli xadimlərindən biri olacaqdı...”
Nizami Gəncəvinin “ Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, Tahir Rasizadənin “səninlə olaydım” və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. “Şeyx Sənan”, “Məhsəti” operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır.
Təəssüf ki, onun bəstəkarlıq irsi çox az qalmış, bəzi əsərləri isə repressiya illərinin keşməkeşlərində itib getmişdir.
1937-ci ildə Hüseyn Cavidin həbs olunması və sürgün həyatı bütün ailənin taleyinə ağır təsir göstərdi.
Ərtoğrol atasının məhrumiyyətlərindən dərin sarsıntı keçirmiş, ailə yükünü çiyinlərinə götürmək məcburiyyətində qalmışdı. O, bir tərəfdən öz sənət yolunu davam etdirməyə, digər tərəfdən ailəsinə sahib çıxmağa çalışırdı.
Ərtoğrol Cavidin ömrü çox qısa oldu. O, 1 oktyabr 1943-cü ildə, cəmi 24 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.
Onun vaxtsız ölümü Azərbaycan musiqi və mədəniyyət tarixində böyük bir itkidir. Əgər yaşasaydı, musiqi sahəsində yeni əsərlər yarada, atasının ideyalarını incəsənət dili ilə davam etdirə bilərdi. Ərtoğrolun həyatı və taleyi sonrakı illərdə tədqiqatçıların diqqətini cəlb etmiş, onun haqqında məqalələr, xatirələr yazılmışdır.
Turan Cavidin fədakar fəaliyyəti nəticəsində həm Hüseyn Cavidin, həm də ailə üzvlərinin xatirəsi qorunmuşdur.

Bu gün Hüseyn Cavidin Ev Muzeyində Ərtoğrolun həyat və yaradıcılığını əks etdirən materiallar da nümayiş olunur.
Ərtoğrol Cavid Azərbaycan gəncliyinə yarımçıq qalmış, lakin işıqlı bir ömür nümunəsi olaraq yad edilir. O, milli mədəniyyətimizdə “görünməyən, amma hiss edilən” izlər buraxmışdır.

Hollivud aktyoru həbs olundu Keramika muzeyində böyük soyğun baş verdi "Qorxu seansı" filminin ssenaristləri bəlli oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Sentyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri