Icma.az
close
up
RU
“erüsum” informasiya sistemi yaradılacaq, dövlət rüsumları “ebildiriş” əsasında ödəniləcək

“erüsum” informasiya sistemi yaradılacaq, dövlət rüsumları “ebildiriş” əsasında ödəniləcək

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

- +

“Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)” informasiya sistemi yaradılacaq və dövlət rüsumları “e-bildiriş” əsasında ödəniləcək.

Bu, Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təklif edilən “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

“e-bildiriş” dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sənəddir. “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları, “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qeyd edilib ki, Dövlət büdcəsinə dövlət rüsumu üzrə daxilolmaların izlənilməsi, operativliyin, səmərəliliyin və proqnozlaşdırmanın keyfiyyətinin artırılması, dövlət rüsumu üzrə dövlət büdcəsinə hesablanmış vəsaitlərin təyinatı üzrə köçürülməsinə nəzarətin təkmilləşdirilməsi məqsədilə dövlət rüsumlarının e-bildiriş əsasında ödənilməsi və bu sahədə “Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)” informasiya sisteminin yaradılması təklif olunur.

İnformasiya sisteminin yaradılması və dövlət rüsumunun sistem vasitəsilə təqdim edilən “e-bildiriş” əsasında ödənilməsi uçotun təşkilində rəqəmsallaşmanın tətbiqini, dövlət rüsumu üzrə hesablanmış məbləğlərin vaxtında və düzgün olaraq dövlət büdcəsinə köçürülməsini, bu prosesə elektron nəzarətin və uçotun təşkil edilməsini, dövlət rüsumu üzrə hesablanmış daxilolmalarla bağlı məlumatların rüsum tutan orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsini mümkün edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Dekabr 2024 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see198

Biləcəridə şəhid adına olan küçənin təmiri yekunlaşır VİDEO

03 İyun 2025 15:14see114

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

03 İyun 2025 13:22see114

Yaxın gələcəkdə üçtərəfli danışıqlar olmayacaq

03 İyun 2025 15:47see113

Kılıçdaroğlu CHP sədrliyinə dönmək üçün hazırlıqlara başladı

03 İyun 2025 15:21see113

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see113

Attestat üçün əlavə ödəniş tələb olunur? RƏSMİ

03 İyun 2025 15:21see113

Çelsi Sançodan imtina etdi

03 İyun 2025 15:37see113

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Fransa Azərbaycan sərhədində kəşfiyyat yuvası açdı Parisin Zəngəzur gedişi

03 İyun 2025 14:36see110

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see110

Anar Ələkbərov Yaponiyada Nazirlə görüş olub + FOTOLAR

03 İyun 2025 15:26see110

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see109

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri