Ərzaq qiymətlərinin artması qanunauyğun prosesdir Deputat
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ərzaq qiymətlərinin artması qanunauyğun prosesdir. Ona görə ki, Yaxın Şərqdə baş verən hadisələr fonunda Hörmüz boğazının bağlanması qlobal bazarlarda enerji qiymətlərinin sürətlə artmasına yol açıb".
Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki, istehlak olunan bütün malların dəyərinin tərkbində enerji qiymətləri əsas rol oynayır:
"Bu baxımdan enerji qiymətlərinin artması qeyri-neft məhsullarının qiymətlərinin artmasını məcbur edib. Azərbaycanın daxili bazarı 100% özünü təmin etməyə keçməyib. Ölkəmizə idxal olunan malların qiymətləri qlobal bazarlardan asılıdır və ona görə qiymət artımları baş verir. Dövlət bazarlarda qiymət artımlarının əhalinin sosial vəziyyətinə təsirlərini azaltmaq üçün tədbirlər görür. Bu tədbirlər vergi güzəştləri, müəyyən malların istehsalı və idxalına subsidiyaların verilməsi və ya sosial paketlərin icrası şəklində həyata keçirlir".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 09 Aprel 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















