Icma.az
close
up
RU
Yaxın Şərqdəki münaqişənin bazara təsiri: Ərzaq qiymətlərinin artması riski varmı?

Yaxın Şərqdəki münaqişənin bazara təsiri: Ərzaq qiymətlərinin artması riski varmı?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Yaxın Şərqdəki münaqişə qlobal gübrə və enerji təchizatı zəncirlərini poza, bu da ərzaq qiymətlərinin artmasına səbəb ola bilər".

Oxu.Az xəbər verir ki, bunu "Yara" şirkətinin icraçı direktoru Sveyn Tore Holseter "Financial Times"a bildirib.

Onun sözlərinə görə, karbamidin 40%-i və mayeləşdirilmiş təbii qazın 20%-i Hörmüz boğazından keçir və bölgədəki gərginlik bu tədarük yollarını təhlükəyə ata bilər. Eyni zamanda, enerji qiymətlərinin uzun müddət yüksək qalması Ukraynadakı müharibə zamanı olduğu kimi, qlobal ərzaq sisteminə ciddi təsir edə bilər.

Bəs bu proseslərin Azərbaycana təsiri necə qiymətləndirilir? Ərzaq məhsulları bahalaşa bilərmi?

İqtisadçı Xalid Kərimli Oxu.Az-a açıqlamasında hazırkı vəziyyətin qiymət artımına hər hansı təsirinin olmayacağını bildirib:

"Hesab edirəm ki, bu məsələ keçən həftə daha aktual idi. Müharibənin şiddətli dövründə İranın Hörmüz boğazını bağlama, yəni yükdaşımaları dayandırma riski var idi. İndi isə məlum müharibə artıq dayanıb. Bu risk baş tutmadı və dünya bazarında neftin qiyməti də azaldı. Ona görə də hesab edirəm ki, hazırda Yaxın Şərqdəki vəziyyət qiymət artımını zəruri etmir. Sabah nə baş verəcəyini söyləmək çətindir, lakin indiki halda Yaxın Şərqdə baş verən proseslərin qiymətlərə təsiri yoxdur".

İqtisadçı Rəşad Həsənov isə Oxu.Az-a açıqlamasında ərzaq məhsullarının qiymətinin artması riskini istisna etmədiyini bildirib:

"Aydındır ki, geosiyasi gərginlik istənilən halda iqtisadiyyatın bütün sahələrində, o cümlədən ərzaq istehsalı və tədarükündə müəyyən risklər yaradır. Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazının fəaliyyətinin dayanması ilə bağlı potensial təhlükələr təchizat zəncirində fasilələrə, alternativ marşrutlardan istifadə zərurətinə, daşınma xərclərinin artmasına və gecikmələrin yaratdığı qısamüddətli bazar şoklarına səbəb ola bilər. Bu isə aralıq və son istehlak məhsullarının, o cümlədən ərzaq məhsullarının qiymətinin artmasına şərait yaradır.

Digər tərəfdən, ərzaq məhsullarının istehsalında enerjinin xüsusi çəkisi böyükdür. Enerji xərcləri bəzi kənd təsərrüfatı məhsullarında 10%-dən 45%-ə qədər yüksələ bilir. Belə şəraitdə geosiyasi gərginlik enerji bazarlarında qiymət artımına səbəb olarsa, bu da ərzaq inflyasiyasını artıracaq".

R.Həsənov vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi də fundamental ərzaq məhsullarının təchizatında problemlərə gətirib çıxarır:

"Hər iki ölkə tam istehsal potensialını ortaya qoya bilmir, bu isə əlavə risklər yaradır. Hazırda Hörmüz boğazı bağlı deyil və bu baxımdan qısamüddətli də olsa, müəyyən sabitlik müşahidə olunur. Lakin ərzaq inflyasiyası riskləri, eyni zamanda, qlobal iqlim dəyişiklikləri və quraqlıq fonunda ciddi çağırış olaraq qalır. Bu risklərin adekvat şəkildə idarə olunması üçün Azərbaycan hökuməti mümkün təkliflərlə çıxış edərək prosesi nəzarətdə saxlamalıdır".

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyun 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri