Icma.az
close
up
RU
Deputat ərzaq təhlükəsizliyi üçün yol göstərdi

Deputat ərzaq təhlükəsizliyi üçün yol göstərdi

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Dünyada ərzaq qiymətlərinin artımı son illərdə artıq sırf iqtisadi hadisə olmaqdan çıxaraq geosiyasi proseslərin birbaşa nəticəsinə çevrilib.  Xüsusilə Hörmüz boğazı ətrafında baş verən gərginliklər və İran–İsrail–ABŞ xəttində mümkün və ya real qarşıdurmalar bu prosesin mərkəzində dayanır. Bu, təkcə region ölkələrini deyil, qlobal iqtisadi sistemin bütün iştirakçılarını birbaşa təsirləndirən amildir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O bildirib ki, məsələnin mahiyyətini anlamaq üçün ilk növbədə enerji faktoruna diqqət yetirmək lazımdır:

"Dünya neft tədarükünün təxminən 20 faizi məhz Hörmüz boğazından keçir. Bu strateji arteriyanın hər hansı səbəbdən bağlanması və ya risk altında qalması dərhal dünya bazarlarında neft qiymətlərinin kəskin artımına səbəb olur. Neft isə sadəcə enerji mənbəyi deyil, həm də kənd təsərrüfatının əsas dayaqlarından biridir. 

Yanacaq bahalaşdıqca, kənd təsərrüfatı texnikasının işlədilməsi, məhsulun daşınması, gübrə istehsalı və logistika xərcləri artır. Bu zəncirvari təsir nəticəsində ərzaq qiymətləri də qaçılmaz olaraq yüksəlir".

O qeyd edib ki, digər tərəfdən, müharibə və ya hərbi gərginliklər tədarük zəncirlərini pozur:

"Qlobal bazarlar artıq əvvəlki kimi sabit və proqnozlaşdırıla bilən deyil. Məsələn, Yaxın Şərqdə hər hansı eskalasiya dəniz yollarının təhlükəsizliyini şübhə altına alır, sığorta xərclərini artırır, daşımaları ləngidir və nəticədə məhsulun son qiymətinə təsir edir. Bu isə ən çox inkişaf etməkdə olan ölkələrdə hiss olunur, çünki həmin ölkələr idxaldan daha çox asılıdır. Belə mürəkkəb və çoxqatlı risklərin fonunda Azərbaycan vəziyyəti passiv şəkildə izləyən deyil, əksinə, bu təsirləri minimuma endirmək üçün sistemli və məqsədyönlü addımlar atır. 

Dövlət səviyyəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub və bu sahədə ardıcıl siyasət həyata keçirilir. Kənd təsərrüfatının modernləşdirilməsi, suvarma sistemlərinin yenilənməsi, yeni texnologiyaların tətbiqi və aqrar istehsalın genişləndirilməsi istiqamətində konkret proqramlar icra olunur və təbii ki, bu sahədə işlərin daha da sürətləndirilməsi və yeni alətlərin tətbiqi də nəzərdən keçirilməlidir".

Onun sözlərinə görə, eyni zamanda, ölkəmiz idxaldan asılılığı azaltmaq və daxili istehsalı artırmaq üçün yeni layihələr həyata keçirməkdədir:

"İnanıram ki, yaxın zamanlarda insanlarımız bunun müsbət tərəflərini hiss edəcəklər. Aqroparkların yaradılması, iri fermer təsərrüfatlarının formalaşdırılması, logistik mərkəzlərin qurulması və məhsulun saxlanması imkanlarının genişləndirilməsi bu siyasətin mühüm elementləridir. Bu layihələr təkcə mövcud vəziyyəti sabitləşdirmək məqsədi daşımır, həm də gələcəkdə qlobal şoklara qarşı daha dayanıqlı iqtisadi model qurmağa xidmət edəcəkdir.

Lakin burada ən vacib məqamlardan biri odur ki, qarşıya qoyulan vəzifələr aidiyyəti qurumlar tərəfindən daha məsuliyyətli, daha çevik və daha sürətli icra olunsun. Mövcud siyasi iradə, istək və imkanlar bu prosesləri tam şəkildə reallaşdırmağa kifayət edir. Ona görə də hər hansı süni maneələr, bürokratik gecikmələr və səmərəsiz yanaşmalar aradan qaldırılmalı, qərarların icrası real nəticəyə yönəlməlidir. Bu, artıq təkcə iqtisadi deyil, həm də strateji məsələdir.

Bugünkü şərait hər birimizdən daha yüksək məsuliyyət tələb edir. Dövlət qurumları, özəl sektor, fermerlər və bütövlükdə cəmiyyət olaraq hamımız bu prosesdə iştirak etməli, sözün həqiqi mənasında “qolumuzu çırmayıb” səylərimizi birləşdirməliyik. Çünki ərzaq təhlükəsizliyi yalnız hökumətin deyil, ümummilli məsuliyyətdir. Hər kəs öz üzərinə düşən vəzifəni dərk etməli və onu vicdanla yerinə yetirməlidir.

Nəticə etibarilə, dünyada baş verən proseslər göstərir ki, xarici təsirləri tam aradan qaldırmaq mümkün olmasa da, onları maksimum dərəcədə azaltmaq və idarə etmək mümkündür. Azərbaycan da məhz bu yolu seçərək həm daxili dayanıqlığını gücləndirməyə, həm də qlobal risklər fonunda sabitliyini qorumağa çalışır. Bu istiqamətdə atılan addımlar nə qədər koordinasiyalı, sürətli və məsuliyyətli olarsa, ölkəmiz bu çağırışlardan bir o qədər az itki ilə çıxacaq və daha güclü mövqedə dayanacaq". 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 May 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri