Icma.az
close
up
RU
Əsas hədəf iqlim maliyyəsinin təminatına nail olmaqdır Yeb Sano

Əsas hədəf iqlim maliyyəsinin təminatına nail olmaqdır Yeb Sano

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“COP29 konfransında atmosferin çirkləndirilməsinə kimin məsuliyyət daşıdığı barədə suala cavab axtarmaq niyyətimiz yoxdur. Əsas hədəf iqlim maliyyəsinin təminatına nail olmaqdır”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu “Greenpeace South Asia” Təşkilatının icraçı direktoru Yeb Sano COP29 çərçivəsində “Greenpeace International” tərəfindən təşkil olunan mətbuat konfransında deyib.

Tədbirdə həmçinin Bakıda keçirilən bu genişmiqyaslı sammitdən gözləntilər açıqlanıb:

“Filippin iqlim dəyişikliyi ilə mübarizəyə 11 əvvəl başlayıb. Bizim iştirak etdiyimiz bugünkü COP29 konfransında atmosferin çirkləndirilməsinə kimin məsuliyyət daşıdığı barədə suala cavab axtarmaq niyyətimiz

yoxdur. Əsas məqsəd iqlim maliyyəsinin təminatına nail olmaq, İtki və Zərərlərə Cavab Verən Fondun büdcəsini formalaşdırmaqdır. Bir çox insan Yeni Kollektiv Kəmiyyət Hədəfinə nail olmaqdan ibarətdir”.

O da qeyd edilib ki, Çin bir müddət əvvəl atmosferə atılan karbon qazı emissiyalarının azaldılması üzrə milli öhdəliklərini müəyyən edib:

“Atmosferə buraxılan karbon qazı emissiyaları həddindən artıq çoxdur. Bizim ölkəmizin də milli səviyyədə müəyyən edilmiş öhdəlikləri mövcuddur. Mən düşünürəm ki, bu, bir ölkənin təkbaşına mübarizə aparacağı problem deyil. İqlim dəyişikliyinin qarşısını almaq üçün kollektiv məqsədlərin müəyyənləşdirilməsinə ehtiyac var”.

“Greenpeace Brasil” təşkilatının icraçı direktoru Karolina Paskuali isə vurğulayıb ki, Braziliya bu sahədəki təşəbbüsünü COP29 çərçivəsində sabah elan edəcək:

“İqlim dəyişikliyi problemindən çıxış yolu dərhal tapılmalıdır. Çünki dünya istər tullantı qazları, istərsə də karbon qazı emissiyalarının atmosferə buraxılmasından əziyyət çəkir”.

Tədbirdə “Greenpeace USA” Təşkilatının icraçı direktoru Suşma Ramanın videomüraciəti səsləndirilib: “İqlim dəyişikliyi ilə mebarizənin aktuallaşmasında xalqlar, vətəndaş cəmiyyətləri, media nümayəndələri və hüquq müdafiəçiləri effektiv rol oynamalıdır. Cəmiyyətlər ilə növbədə müstəmləkəçiliyə qarşı mübarizəni gücləndirməlidir. Bəşəriyyəti xilas etmək üçün bizim çox az vaxtımız var. Bu səbəbdən də yaradılmış imkandan ən səmərəli şəkildə istifadə etməliyik. Bizim başqa çıxış yolumuz yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri