Icma.az
close
up
RU
“Əsas hədəf Venesuela neftidir” ABŞ ın hücum planı ilə bağlı EKSKLÜZİV AÇIQLAMA

“Əsas hədəf Venesuela neftidir” ABŞ ın hücum planı ilə bağlı EKSKLÜZİV AÇIQLAMA

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Venesuela sahillərinə yaxın ərazilərdə ABŞ-ın böyük hərbi qüvvəsi toplanıb. Bu, son onilliklərdəki ən böyük hərbi yerləşdirmə, Kubanın raket böhranından bəri görülən ən böyük hərbi əməliyyatdır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında venesuellalı jurnalist və siyasi analitik Rikardo Vaz deyib.
 

MÖVZU İLƏ BAĞLI:
Venesuela ABŞ-ın hücumuna hazırlaşır?


ABŞ-Venesuela gərginliyini şərh edən analitik, Maduro-Tramp arasında müsbət telefon danışığına rəğmən gərginliyin davam etdiyini qeyd edib:
“Tramp administrasiyası əsas məqsədlərinin narkotik ticarətinə qarşı mübarizə aparmaq olduğunu bildirir, amma Maduro və digər yüksək səviyyəli liderlərə qarşı irəli sürülən “narkoterroizm” ittihamlarını zəiflədən və əksini göstərən kifayət qədər dəlil mövcuddur. Əksər analitiklər və administrasiyadakı mənbələr isə əsas məqsədin rejim dəyişikliyi olduğunu iddia edirlər. Niyə Venesuela? Ən açıq cavab neftdir”.
Vaz bildirib ki, Venesuela planetdəki ən böyük neft ehtiyatlarına sahibdir.
Bu ehtiyatlar ABŞ-ın neft emalı zavodlarına yalnız bir neçə günlük məsafədədir. Buna görə də, ABŞ maraqları üçün, uzunmüddətli proqnozlar və Çinlə mümkün qarşıdurma hazırlıqları baxımından bu enerji mənbəyinin təmin edilməsi strateji baxımdan həyati əhəmiyyət kəsb edir:
“Bundan əlavə, Bolivariya İnqilabının (Venesuelada Uqo Çavesin 1998-ci ildə prezident seçilməsindən sonra yaradılmış kütləvi ictimai-siyasi hərəkat – red) devrilməsi, bütün ziddiyyətlərinə baxmayaraq, yarımkürədə ABŞ hegemonluğuna açıq təhdid hesab olunan siyasi layihədən xilas olmaq deməkdir.

Lakin məsələ yalnız Venesuela ilə məhdudlaşmır. ABŞ xarici siyasətində strateji bir dönüş baş verir ki, məqsəd Qərb yarımkürəsində üstünlük və hegemonluğunu bərpa etməkdir”.


Vaz əlavə edib ki, ölkə daxilində iqtidara qarşı olan insanların da olması, ABŞ-nin maraqlarına tam dəstək kimi qiymətləndirilir:
“Venesuela daxili siyasəti baxımından hökuməti dəstəkləyən, dəstəkləməyən və laqeyd qalan insanlar mövcuddur. Amma hətta hökuməti dəstəkləməyənlər arasında belə ABŞ-ın hərbi müdaxiləsi ehtimalına əksəriyyət qarşı çıxır. Rəy sorğuları göstərir ki, əhalinin əksəriyyəti xarici müdaxilə perspektivini rədd edir”, - deyə R.Vaz əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Dekabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri