Icma.az
close
up
RU
“Əsas istəyim UFC də çıxış etməkdir” Vüqar Kərəmovun ə AÇIQLAMASI

“Əsas istəyim UFC də çıxış etməkdir” Vüqar Kərəmovun ə AÇIQLAMASI

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Əsas məsələ mənim bu son döyüşümü qazanmağımdır. Çünki uduzduğun halda UFC-nin səni heyətinə cəlb etməsi çətin olur”.

Bunu azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov gələcək karyerası, “Super RIZIN 5” turniri və UFC-yə keçid ehtimalı barədə İdman.Biz-ə açıqlamasında danışarkən deyib.

34 yaşlı idmançımız dekabrda keçiriləcək “Super RIZIN 5” turnirindəki qarşılaşmanın detallarını və kəmər uğrunda mübarizə şansını dəyərləndirib:

“Yaponiyanın nüfuzlu “Super RIZIN 5” turnirində ilin sonuna qədər döyüş keçirməyimlə bağlı müqaviləm var. Qarşılaşmanın dekabrın sonlarında keçirilməsi planlaşdırılır. Vaxtın az qalmasına baxmayaraq, rəqibim hələ müəyyənləşməyib. Bu döyüşüm kəmər uğrunda olmayacaq. Çünki həmin turnirdə yapon və qırğızıstanlı idmançılar kəmər uğrunda üz-üzə gələcəklər. Mən isə kəmərə namizəd kimi mübarizə aparacağam. Yəni qarşılaşmada qalib gəlsəm, növbəti mərhələdə kəmər uğrunda döyüşmək şansı əldə edəcəyəm”.

V.Kərəmov “RIZIN”lə müqavilə bitdikdən sonra başqa təşkilatlardan, xüsusən də UFC-dən gələn təkliflərə baxacaqlarını vurğulayıb:

“Döyüşdən sonra hansı addımı atacağımız hələ tam bəlli deyil. UFC ilə də danışıqlar aparmışıq. İlk növbədə bu döyüşü qazanmalıyam. Bundan sonra gələn təklifləri dəyərləndirəcəyik. Məsələn, “RIZIN” də bizə daha yaxşı təklif verə bilər. Buna da baxacaq və məsləhətləşəcəyik. Amma çox güman ki, danışıqlar apardığımız təşkilatlar arasında UFC də olacaq. Mənim əsas istəyim də UFC-də çıxış etməkdir. İnşallah, dekabrda keçiriləcək döyüşdən sonra hər şey daha aydın olacaq”.

Qeyd edək ki, Vüqar Kərəmov ötən ay “Super RIZIN 5” turniri çərçivəsində 66 kq çəki dərəcəsində yaponiyalı Ryo Takagi ilə qarşılaşıb. Azərbaycan təmsilçisi üç raund davam edən döyüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib. Hakimlər görüşü 29:28, 30:27, 30:27 hesabları ilə Kərəmovun xeyrinə qiymətləndiriblər.

Xatırladaq ki, Vüqar Kərəmov 2023-cü ildə Mikuru Asakuranı məğlub edərək “RIZIN”in 66 kq çəki dərəcəsində çempionluq kəmərini qazanıb. Həmin il Çihiro Suzukiyə məğlub olaraq titulunu itirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Oktyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri