Icma.az
close
up
RU
“Əsas məsələ dezinformasiyaların yayılmasına imkan verməməkdir” DEPUTAT

“Əsas məsələ dezinformasiyaların yayılmasına imkan verməməkdir” DEPUTAT

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Türkiyə və Azərbaycan münasibətləri nə qədər yaxın və səmimidirsə, bir o qədər də həssasdır. Bu münasibətləri pozmaq istəyən qüvvələr, təxribatçı qruplar az deyil. Onlar istənilən hadisədən istifadə edərək qardaş ölkələr arasında nifaq toxumu səpməyə çalışırlar. Üstəlik, bu proses təkcə xaricdən qaynaqlanmır — qardaş ölkənin özündə də Azərbaycan-Türkiyə münasibətlərinin indiki səviyyəsindən narahat olan qruplar var və onlar hər vəchlə bu əlaqələri korlamağa çalışırlar”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Deputat qeyd edib ki, əsas məsələ dezinformasiyaların yayılmasına imkan verməməkdir:

“Bunun üçün isə boşluqları doldurmaq, cəmiyyətə doğru və vaxtında məlumat vermək vacibdir. Təbii ki, araşdırmalar aparılmalı, müxtəlif versiyalar səsləndirilməlidir, lakin bu versiyalar yalnız peşəkarlar tərəfindən, faktlara əsaslanaraq irəli sürülməlidir. Burada çox incə bir xətt var — dezinformasiya ilə real informasiya arasında.

Bu “qızıl sərhədi” tuta bilən insanlar, hətta hadisənin bütün təfərrüatlarını bilməsələr də, konspiroloji nəzəriyyələrə və “fəlakət dəllalığı”na yol vermədən, faktlara söykənən fikirlər səsləndirməli və ictimai məlumat boşluğunu doldurmalıdırlar.

Eyni zamanda sosial şəbəkə istifadəçiləri, xüsusilə fəal vətəndaşlar da bu məsələdə məsuliyyətli davranmalıdırlar. Çünki müxtəlif qruplar — Ermənistan, xaricdəki anti-Azərbaycan dairələr və bəzən Türkiyənin özündəki bəzi çevrələr — bu hadisədən sui-istifadə etməyə çalışırlar”.

Elçin Mirzəbəyli vurğulayıb ki, belə vəziyyətdə yeganə düzgün yanaşma yanlış məlumatların qarşısını almaq, dərhal reaksiya vermək və Azərbaycan–Türkiyə birliyinə fokuslanmaqdır:

“Unutmaq olmaz ki, biz tarix boyu bu kimi sınaqlardan birlik və həmrəyliklə çıxmışıq. Azərbaycan hər zaman Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub.

Real məlumatlar ortaya çıxana qədər səbirli olmaq, emosional deyil, faktlara əsaslanan mövqe tutmaq ən doğru yoldur. Şübhə etmirəm ki, həm Azərbaycan, həm Türkiyə, həm də dost Gürcüstan bu prosesdə real həqiqətlərin üzə çıxmasında maraqlıdır və hər üç ölkə çalışacaq ki, bu vəziyyətdən üçüncü qüvvələr sui-istifadə etməsin”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri