Icma.az
close
up
RU
Əsas məsələ inanmaqdır

Əsas məsələ inanmaqdır

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Həyata keçirmək istədiyiniz hansı fikirləriniz var? Həyatda uğur qazanan insanlara münasibətiniz necədir? Bəlkə onların xüsusi qabiliyyətlərə malik olduğunu düşünürsünüz? Əgər belə düşünürsünüzsə, yanılırsınız. Təəssüf ki, əksər insanlar bu səhvə yol verirlər. Halbuki, həyatda uğur qazanan insanların başqalarından fərqi onların möhkəm inama malik olmaları, yüksəlməyə, inkişaf etməyə can atmaları, mövcud imkanlarından maksimum istifadə etmələri, nəyin doğru, nəyin vacib olduğunu ayırd etmələri, fiziki və mənəvi enerjiyə malik olmaları, insanlarla ünsiyyət qurmaq qabiliyyətləridir.
Unutmaq olmaz ki, həyatda uğur qazanan insanların problemləri uğur qazanmayan insanların problemlərindən az deyil. Burada fərq yalnız həmin problemləri qavramaq formasında və bu problemlərə reaksiya göstərmək şəklindədir. Bəzən eyni insanlar oxşar hadisələr qarşısında müxtəlif reaksiyalar göstərirlər. Bəzən də eyni insanlar oxşar imkanlarla müxtəlif nəticələr əldə edirlər. Bu isə, şübhəsiz ki, insanın vəziyyəti ilə birbaşa bağlıdır. İnsanın vəziyyətini müəyyən edən əsas iki amil mövcuddur. Bu amillərdən birincisi inam, ikincisi isə fizioloji imkanlardır (əlbəttə ki, burada bu fizioloji imkanlardan istifadə etmək bacarığını da unutmaq olmaz). İnsanın inamı və fizioloji imkanları bir-biri ilə sıx bağlıdır. Birinə təsir göstərən hər hansı amil, mexaniki olaraq o birinə də təsir göstərir...
...Kolorado ştatında yaşayan V. Mitçell adlı bir nəfər motosikletlə qəzaya düşür. Motosikletin benzin bakı partlayır və... V. Mitçell gözünü xəstəxanada açır. Çox çətinliklə nəfəs alan V. Mitçell yanıqların ağrısından dayana bilmir. Bədəninin yarısından çoxunun yanmasına baxmayaraq, yaşamaq və həyata yenidən qayıtmaq üçün mübarizə aparır. Çox keçmir ki, bu bəla başqa bir bəla ilə əvəz olunur. V. Mitçell təyyarə qəzasına düşür və beldən aşağı iflic olur. Ancaq o yenə inamını, ümidini itirmir. Amerikada bir çox tanınmış insanlarla ünsiyyət qurur. Bir müddətdən sonra o, Amerikanın ən varlı adamlarından birinə çevrilir. Amerika Konqresinə üzv olmaq üçün namizədliyini verir. Koloradonun vitse-qubernatoru olmaq üçün seçkilərə gedir. Bütün əzab-əziyyətlərə baxmayaraq, həyatda xoşbəxt bir insan kimi yaşamağı bacarır. Çünki o başına gələn hadisələrin bir hikmətin nəticəsi olduğunu qəbul edir. Bu həm də onu bədbinlikdən, ümidsizlikdən xilas edir. Ən əhəmiyyətlisi isə o, bu hadisələri həyatını istiqamətləndirmək üçün bir fürsət kimi qiymətləndirir.
Hər hansı bir hadisəni bu və ya başqa şəkildə qavramaq nə üçün nəticəyə təsir göstərir və ya hadisələri qavramaq nə üçün bu qədər əhəmiyyətlidir? Çünki insan uğur qazanacağına inandıqda sinir sisteminə xüsusi siqnallar göndərilir. Bu siqnallar isə beynimizi qıcıqlandırır. Beləliklə, uğur qazanmaq üçün qarşımızda bütün qapılar açılır. Bir sözlə, biz necə inanırıqsa, hadisələri (ya da imkanlarımızı) necə qiymətləndiririksə, beynimiz də o səviyyədə işləyir. İnam dinlərdən və ya ideologiyalardan danışarkən istifadə etdiyimiz bir anlayış olmaqla yanaşı, ümumilikdə həyata istiqamət verən prinsipdir. Başqa sözlə, inam ağlın əşya və hadisələri necə dərk etdiyini göstərən bir amildir. İnam həm də konkretlik və müəyyənlik hissidir. Çünki bir şeyin nə qədər aydın olduğunu hiss etsək, ona bir o qədər çox inanarıq. Şübhə isə bunun əksinə inamı zəiflədir (hətta öldürür desək, yəqin ki, səhv etmərik). İnamı ağ, şübhəni isə qara rəngə bənzətmək olar. Ağ rəng qara rənglə qarışdıqda ağ rəng itməyə başladığı kimi şübhə də inamla qarışdıqda inam itməyə başlayır.
İnamla bağlı mühüm məsələlərdən biri də müsbət fikirlər, müsbət hisslərdir. İstər müsbət fikirlər, istərsə də, müsbət hisslər həyatımızdakı uğurların nəticələri yox, səbəbləridir. “Uğur müsbət fikirlər, müsbət hisslər doğurur” fikri həmişə doğru deyil. Çünki uğur müsbət fikirləri, müsbət hissləri gücləndirir. Böyük yarışlarda, böyük olimpiadalarda qazanılan rekordlar (ya da uğurlar) nəticədir. Bunların səbəbi isə müsbət fikirdir. Olimpiyaçılar əvvəlcə daxillərindəki inamsızlıq maneəsini aşırlar. Bundan əvvəl qazanılmış rekordlardan da böyük rekordlar qazanmaq mümkün olduğuna inanırlar. Əgər bu belə olmasa idi, biz heç vaxt yeni rekordları görə bilməzdik. Əgər insanın daxilində heç bir maneə yoxdursa, onun müəyyən imkanlar çərçivəsində bacara bilmədiyi iş yoxdur. Sadəcə olaraq, mümkün olan bir şeyin mümkün olmadığına biz hökm veririk. Mümkünsüzlük isə başqa bir ifadə ilə müsbət inamın yoxluğundan başqa bir şey deyil. Con Stüart Mill inamlı bir insanın gücünün 99 nəfərin gücünə bərabər olduğunu deyir. “Nəhayətsiz Güc” kitabının müəllifi Entoni Robbins isə inamın əhəmiyyətindən bəhs edərək, “İnam insana onun dərinliyindəki potensialı üzə çıxarmağa imkan verir. İnsanın hərəkətlərini istiqamətləndirən qüvvələr arasında inamdan güclüsü yoxdur. Əslində, bəşəriyyətin tarixi inamın tarixidir”, - deyir.
Həkimlər də xəstəliklərlə mübarizədə inamın gücündən bəhs edirlər. Aparılan tədqiqatlar xəstələrə dərman adı ilə verilən boş dərmanların xəstələrə əsl dərman kimi təsir etdiyini göstərir. Tədqiqatlardan birində alimlər xəstələri iki qrupa ayırır, hər iki qrupa eyni dərmanları verirlər. Alimlər birinci qrupa xəstəliyi tam müalicə edən, ikinci qrupa isə hələ təsiri məlum olmayan yeni dərman verildiyini bildirirlər. Birinci qrupda xəstələrin 70 faizində, ikinci qrupda isə 25 faizində müsbət nəticə müşahidə olunur.
Ümumilikdə, inam hər iki halda (istər mənfi, istərsə də müsbət) güclüdür. Hər iki inam bizi uğur-uğursuzluq, pislik-yaxşılıq, xoşbəxtlik-bədbəxtlik kimi bir-birinə zidd dünyalara aparır. Elə isə əsas məsələ, nəyə inanmaq, necə inanmaq, hansı inamın bizim üçün daha yaxşı olduğunu bilməkdir.
İnamı formalaşdıran amillərdən biri də mühitdir. İnsanı əhatə edən mühitdə qətiyyətli, işlərində uğur qazanan insanlar varsa, onlardan nümunə götürmək, onlar kimi uğur qazanmaq olar. Təbii ki, bunun əksini də istisna etmək olmaz.
İnamı artırmaq üçün ikinci yol isə öyrənməkdir. Oxuyaraq, təcrübədən keçirərək, müşahidə edərək, yaşayaraq öyrənmək... Həyatlarında uğur qazanan insanların, böyük dövlət xadimlərinin, alimlərin, özündən çox başqaları üçün yaşayan insanların həyatını öyrənmək bu baxımdan son dərəcə əhəmiyyətlidir. İnamı artıran başqa bir amil isə əldə etdiyimiz uğurlardır. Buna görə də, uğurlarımızı, nəyə qadir olduğumuzu unutmamalıyıq. Bir sözlə, insanda xəyallarını və ideyalarını həyata keçirmək üçün kifayət qədər potensial və qabiliyyət var. Daha doğrusu, insan bu potensial və qabiliyyətdə yaradılmışdır. Əsas məsələ uğur qazanacağımıza inanmaqdır. İnamsız və ümidsiz insanlardan nə isə gözləmək əbəsdir.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 10 May 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri