Icma.az
close
up
RU
Deputat: “Azərbaycan sülhün əsas təminatçısı oldu”

Deputat: “Azərbaycan sülhün əsas təminatçısı oldu”

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Vətən müharibəsində qalib gəldikdən sonra Ermənistana sülh əlini uzadan ilk tərəf oldu. Faktiki olaraq ötən 5 il ərzində sülhü dəstəkləyən, sülhün əldə olunması üçün bütün mümkün alətləri səfərbər edən tərəf Azərbaycan idi. Ancaq təəssüf olsun ki, bu 5 il ərzində dəfələrlə Ermənistan tərəfinin təxribatlarını gördük və yaxud masadan qaçmalarına şahidlik etdik. Verdikləri sözü tutmadıqlarının şahidi olduq”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 
Deputat bildirib ki, Ermənistana təsir edən digər xarici qüvvələr və Ermənistanla Azərbaycan arasında sülh əldə edilməsinə maneçilik törədən beynəlxalq güclər var idi:
“Ancaq istənilən halda Azərbaycan öz mövqeyini sonuna qədər qorudu. Azərbaycanın birbaşa təkidi ilə Azərbaycan mövqeyi müdafiə olunaraq sülhə doğru daha da yaxınlaşıldı. Xüsusilə də Vaşinqton səfəri və sülh anlaşmasının paraflanması, ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan rəhbərliyi ilə keçirdiyi görüşlər onu deməyə imkan verir ki, hazırda biz sülhə daha yaxınıq. Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirsə və bu proses istədiyimiz kimi davam etsə, tezliklə sülh anlaşmasının imzalanmasına şahidlik edəcəyik. 
Bəs bu, regionumuz üçün nə verdi? İlk növbədə unutmamalıyıq ki, Azərbaycan uzun illərdir Şimal–Cənub və Şərq–Qərb marşrutu üzrə logistik yol formalaşdırıb və şərqdən qərbə uzanan ən sürətli yol məhz Azərbaycan ərazisindən keçir. Qara dəniz vasitəsilə, Gürcüstan–Türkiyə vasitəsilə, Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə biz yükdaşımaları reallaşdırırıq. Eyni zamanda Azərbaycan Avropanı əsas enerji ilə təmin edən ölkələrdən biridir. Hazırda yaşıl enerjini məhz Qara dənizin dibi ilə Avropaya çatdırmaq üçün layihə həyata keçirilir”.
Millət vəkili deyib ki, Azərbaycan bu layihələri daha da gücləndirmək və yükdaşımaların həcmini artırmaq üçün Zəngəzur dəhlizinin açılmasında israrlı idi:
“İnanırıq ki, Azərbaycan ərazisindən Naxçıvana maneəsiz hərəkəti təmin edə biləcəyik. Məhz bu anlaşma ilk növbədə bunu ehtiva edir. Bununla yanaşı, regionda maraqları olan qüvvələrin artıq Azərbaycan–Ermənistan münasibətləri ilə manipulyasiya etmək və sülhə maneçilik törətmək niyyətləri tamamilə kənarlaşdırıldı. 
Xüsusilə də, Ermənistandakı revanşist qüvvələrin nəhayət reallıqları dərk etməsi üçün çox ciddi bir addım atıldığını ümid edirik. Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörənliyi nəticəsində əldə edilmiş bu razılaşmalar regionumuzda uzunmüddətli və dayanıqlı sülhün əldə edilməsi üçün əla bir təminatdır. Çünki ABŞ dünyanın ən güclü dövlətidir və hazırda Azərbaycanın tərəfdaşları, Azərbaycanla çox yaxşı münasibətləri olan dövlətlər də ABŞ–Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını istəyirlər ki, bu da nəticə etibarilə maraqlara xidmət edir. Bütün bunlar nəticə etibarilə həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatının inkişafına gətirib çıxaracaq. 
Hazırda dünya dövlətlərinin liderləri Azərbaycan Prezidentini təbrik edir, ölkəmizə dəstək mesajları göndərirlər. Əldə edilmiş bu uğur həqiqətən də Azərbaycan üçün çox böyük nailiyyətdir. Xüsusilə də Prezidentin Ağ Evdə səmimi qarşılanması, Donald Tramp tərəfindən dəfələrlə onun haqqında müsbət və heyranlıq dolu fikirlərin səsləndirilməsi göstərir ki, Azərbaycan yeni reallıqlar yaradıb”. 
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Avqust 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri