Icma.az
close
up
RU
Əsas odur ki, meydanda oyunumuz görünürdü Kaxaber Sxadadze

Əsas odur ki, meydanda oyunumuz görünürdü Kaxaber Sxadadze

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Çox gərgin oyun oldu. Bizdə 19-20 yaşlı uşaqlar inkişaf etməlidir. Onlara təcrübə lazımdır. Oyundan-oyuna onlarda artım gözləyirik".

QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 2-ci turunda bu gün "Zirə" ilə evdə keçirilən görüşdən sonra mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Ümumi götürəndə yaxşı oyun oldu. Zamanla daha yaxşı olacağımıza inanıram. Əsas odur ki, meydanda oyunumuz görünürdü. Qol vurmaq imkanlarımız oldu. Həmin epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik. Növbəti matçlarda daha yaxşı oyun nümayiş etdirə biləcəyik".

K.Sxadadze heyətin daha da gücləndirilməli olduğunu bildirib: "Bəli, heyətdə kasadlıq var. Bu işlə rəhbərlik məşğul olur. Biz əlimizdə olan heyətlə işləyirik. Əlbəttə ki, "Zirə" ilə müqayisə etsək, bizim imkanlarımız daha azdır. İstərdik ki, çoxlu oyunçularımız olsun".

"Qəbələ"nin çalışdırıcısı ki, futbolçularının təcrübə sarıdan əziyyət çəkdiklərini əlavə edib: "Eşqin Quliyevin yerində təcrübəli futbolçu olsaydı, o qərarı verməzdi. Amma Eşqin çox perspektivli oyunçudur. Ona inanırıq. "Zirə"nin müdafiəçiləri sadə oynayırdılar. Bu da onların təcrübəli olduğunu göstərir. Bu gün futbolçular çox çalışdılar. Amma nəticə belə oldu. Həyat davam edir. Gənc oyunçuların özlərinə inamı olmalıdır. Gənclərlə işləməyə davam edib legionerlərdən də çox şey tələb etməliyik. "Zirə" uzun müddətdir bir yerdə çıxış edən komandadır. Rəşad Sadıqov da xeyli zamandır orada işləyir. Komanda 2 ildir avrokuboklarda iştirak edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Avqust 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri