Keyfiyyətli futbolçu lazımdı Kaxaber Sxadadze
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
"Qəbələ" Misli premyer-liqasının 12-ci turunda “Zirə”yə məğlub oldu - 1:0.
“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze media önünə çıxıb.
⁃ “Zirə”ni təbrik edirəm. Yaxşı mübarizə oldu. Futbolçularım əlimdən gələni etdi. Amma hər dəfə heç nədən qapımızda penalti görürük. Müdafiədə yaxşı idik. Amma təcrübə çatmır. Belə səhvlər olmaz. “Zirə” müdafiədə yaxşı oynayır. Standart vəziyyətlərimiz çox olsa da, təhlükə yarada bilmirik. Keyfiyyətli futbolçu lazımdı. Fiziki baxımdan çatdırmırıq. Azarkeşləri başa düşürəm. Amma onlar da bizi başa düşsün… Qışda güclənəcəyik.
⁃ “Qəbələ” 5-6 yerli futbolçuyla oynayır. Sizcə, əsas problem də bu deyil?
⁃ Bu mövzuya qayıtmaq istəmirəm. Bizdə futbolçu azdı. Ötən mövsüm 1-ci liqada oynayan yaxşı futbolçularımız var. Amma onların yanına təcrübəlilər də lazımdı. “Zirə”də 16 legioner futbolçu var, bizdə 9.
⁃ Komandada daimi penalti vuran futbolçu kimdi?
⁃ Sanqare, Ba Loua və Domi vurur. Kənardan müdaxilə etmirəm. Əsas odu qol olsun.
⁃ Qışa qədər maliyyəniz güclənə bilər? Qış transferləri necə olacaq?
⁃ Bu məsələyə mən qarışmıram. Fariz bəy elə insandı ki, hər şeyi düzgün edir. Rəhbərliklə görüşmüşük. Yerli, yaxşı futbolçular da lazımdı. Əvvəl işlədiyim klublarda da belə olub. Necə ki, indi Muradla, Səlahət var.
⁃ Qışda hansısa futbolçunu göndərmək nəzərdə tutulub?
⁃ Bəli.
⁃ Rza Cəfərovun gəlmək ehtimalı nə dərəcədə doğru məlumatdı?
⁃ Bu barədə nəsə deyə bilməyəcəm. O, yaxşı qapıçıdı. Təəssüf ki, klubunda oynamır.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 22 Noyabr 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















