ESCAP: Asiya Sakit Okean regionunda şəhər dayanıqlılığı üçün sistem islahatları vacibdir
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
WUF13 çərçivəsində keçirilən Şərqi Avropa və Mərkəzi Asiya regionları ilə bağlı konfransda müzakirə aparılıb.
APA xəbər verir ki, Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) rəsmisi Asiya-Sakit Okean regionunda şəhərlərin iqlim dəyişiklikləri, qeyri-formal yaşayış, infrastruktur çatışmazlığı və idarəetmə problemləri kimi bir-biri ilə əlaqəli risklərlə üz-üzə olduğunu və bu çağırışların həlli üçün inteqrasiya olunmuş yanaşmalar tələb olunduğunu bildirib.
Bildirilib ki, regionda 700 milyona yaxın insan qeyri-formal yaşayış məntəqələrində yaşayır və bu göstərici dünyadakı qeyri-formal yaşayış şəraitində yaşayan əhalinin təxminən 60 faizini təşkil edir.
Onun sözlərinə görə, bu vəziyyət yalnız mənzil çatışmazlığını yox, həm də idarəetmə və şəhərsalma sahəsində struktur boşluqları əks etdirir.
ESCAP rəsmisi qeyd edib ki, region BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində müəyyən edilmiş dayanıqlı şəhərlər və icmalar hədəfi üzrə geridə qalır. Bununla yanaşı, bəzi ölkələrdə fəlakət riskinin azaldılması strategiyalarının hazırlanması və hava keyfiyyətinin yaxşılaşdırılması istiqamətində irəliləyişlərin olduğu da diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 20 May 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















