Icma.az
close
up
RU
UNESCAP rəsmisi: Subregional şəhər dialoqları Asiya və Sakit Okean regionunda dayanıqlı inkişafı sürətləndirəcək

UNESCAP rəsmisi: Subregional şəhər dialoqları Asiya və Sakit Okean regionunda dayanıqlı inkişafı sürətləndirəcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 oktyabr, AZƏRTAC

Asiya-Sakit Okean regionunda davamlı şəhərsalma sahəsində dialoqun gücləndirilməsi üçün çoxsəviyyəli və sistemli platforma formalaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Davamlı Şəhər İnkişafı şöbəsinin rəhbəri Kurt Qarriqan Bakıda keçirilən ilk D-8 Yüksək Səviyyəli İqlim və Şəhərsalma Dialoqunda çıxışı zamanı deyib.

“Bizim regionda milli və subregional şəhər forumları fəaliyyət göstərir. Növbəti mərhələdə Mərkəzi Asiya üzrə subregional dialoqun da təşkilini planlaşdırırıq. Ümid edirik ki, 2027-ci ildə keçiriləcək Asiya-Sakit Okean Şəhər Forumunda Cənubi və Cənub-Qərbi Asiya üçün beşinci subregional dialoq da təşkil olunacaq. Bu struktur təkcə təcrübə mübadiləsini deyil, həm də yüksəksəviyyəli öhdəliklərin formalaşdırılmasını təmin edir. 2023-cü ildə Koreya Respublikasının Suvon şəhərində keçirilən Asiya-Sakit Okean Şəhər Forumunda 20 üzv dövlət davamlı şəhər inkişafına dair yüksəksəviyyəli kommünike qəbul edib. Üzv ölkələr qadınların, gənclərin, əlilliyi olan şəxslərin və həssas qrupların ehtiyaclarına cavab verən inklüziv şəhər siyasətlərini prioritetləşdirməyə, əlverişli mənzil, nəqliyyat və bərpa layihələrinə sərmayəni artırmağa, həmçinin şəhərlər arasında əməkdaşlıq mexanizmlərini gücləndirməyə razılaşıblar”, – deyə o bildirib.

K.Qarriqan əlavə edib ki, bu təşəbbüslər artıq BMT-nin hökumətlərarası platformalarına inteqrasiya olunub: “Bu ilin aprelində keçirilmiş UNESCAP-ın 81-ci sessiyasında üzv dövlətlər Asiya və Sakit Okean regionunda davamlı şəhərsalma sahəsində regional əməkdaşlığın təşviqi barədə qətnamə qəbul ediblər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri