Icma.az
close
up
RU
Əsəd rejiminin Azərbaycana münasibətinə baxın Foto

Əsəd rejiminin Azərbaycana münasibətinə baxın Foto

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra erməni siyasi cameəsində isterika yaşandığı və bu çevrilişin Ermənistana zərbə olacağı ilə bağlı panik şərhlər verildiyi bir vaxtda Azərbaycanda da kimlərsə Əsəd rejiminə qahmar çıxmağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.

O, Əsədlə bağlı “fikir müxtəlifliyi” səbəbindən bəzi hadisələri yada salıb:

“Birinci fotoda (aşağıda təqdim edilir - red.) Bəşər Əsədlə yanaşı oturan şəxs keçmiş rejimin baş müftisi Əhməd Bədrəddin Hassundur. Diktator Bəşər Əsədin qətliamlarına haqq qazandırması ilə tanınan Hassun keçmiş Dağlıq Qarabağda “erməni dövlətinin” qurulmasına tərəfdar olduğunu deyib. 2011-ci ildə Suriyanın dini icmaları ilə görüşündə çıxışında o bildirib: “Elə regionlar vardır ki, onların mübahisəli vəziyyətinə son qoymağın vaxtı çatıb. Məsələn, Dağlıq Qarabağ. Qarabağ üçün başlıca motivasiya erməni xalqının müstəqillik üçün göstərdiyi azadlıq istəyi, regionun tarixi keçmişi və müharibədə qələbədir. Hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağdakı erməni xalqının müstəqillik və azadlıq uğrunda səylərini dəstəkləyirəm. Bir daha qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, erməni xalqının azadlıq istəyidir. Bununla hesablaşmamaq olmaz”.

1. Suriyada xeyli sayda erməni silahlı Əsəd səflərində vuruşub və onun yaxın mühafizəsində olub;

2. Hələbdə dinc insanlara qarşı baş vermiş qətliamlar zamanı terrorçu erməni birlikləri xüsusi fəallıq göstərib. Türkman (Azərbaycan türkləri – red.) xalqının qətliamında iştirak ediblər;

3. Ermənistan hökumətinin Bəşər Əsədə və onu dəstəkləyən terrorçu qruplara yardım dolu təyyarə göndərdiyinin sübutları var;

4. Xocalı soyqırımı zamanı Suriyadan Əsədin xüsusi təyinatları ermənilərlə birgə iştirak edib. Gürcüstandan qalxan helikopterin pilotları Suriya ərəbi və Suriya ermənisi olub.

İkinci fotoya diqqətlə baxın:

“Mersedes” firmasının istehsalı olan “Gelandevagen” markalı maşını 1990-cı ildə Suriya Prezidenti Hafiz Əsəd Ermənistanın müdafiə naziri olan Vazgen Sərksiyana hədiyyə edib. Sərkisyan onu bir az sürüb, sonra gürcü biznesmenlə iki tanka dəyişib. Bu tanklar Qarabağda azərbaycanlılara qarşı müharibədə istifadə edilib.

1994-cü ildə Suriya prezidenti həmin maşını gürcü biznesmendən pulla geri alıb, yenidən Sərkisiyana hədiyyə edir!

İndi bu “Mersedes” Ermənistanda muzeydə saxlanılır.

Xocalıda günahsız insanların qatilləri (digərlərini hələ demirəm) olan ermənilərlə əlbir olan Bəşər Əsəd və onun baş müftisinə Azərbaycan xalqı necə yanaşmalıdır?”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Dekabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri