Icma.az
close
up
RU
“BBC” Azərbaycana qərəzli münasibətinə görə qınanıldı

“BBC” Azərbaycana qərəzli münasibətinə görə qınanıldı

Icma.az, Unikal.az saytına istinadən bildirir.

“BBC” kimi qlobal nüfuza malik media qurumunun Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistana tərəfkeşlik etdiyi görünür.    

"Unikal" xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış jurnalist və siyasi şərhçi Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunan “BBC-nin qərəzi üzə çıxdı: Ermənistanı dəstəkləmək, qlobal yayımda İsraili ləkələmək” başlıqlı məqaləsində yazıb. Müəllif məqaləni “dünyanın ən nüfuzlu yayım orqanlarından birinin faktların təhrifi yolu ilə Qafqaz və Yaxın Şərqdəki münaqişələrdə fikir ayrılıqlarını alovlandırmasına dair araşdırma” adlandırıb.

Qeyd olunub ki, dünya mediasında saxta xəbərlər qlobal bir fenomenə çevrilib. Təəssüf ki, bu vəziyyət “BBC” kimi tanınmış və nüfuzlu media orqanına da sirayət edib. “BBC”-də bu yaxınlarda yayımlanan “Ermənistan Qafqazda Silikon Vadisi qurmağa necə çalışır?” başlıqlı məqalə bu xüsusda hər şeyi deyir. Məqalədə Ermənistanın texnoloji startapları cəlb etmək səylərinə və digər bu tip mövzulardan bəhs olunması gözlənildiyi halda əsas diqqət üç “LED” işığına qoşulmuş qutu yaradan 9 yaşlı erməni uşağına ayrılıb. Reyçel Avraham bu situasiyada məqalənin əsl məzmununu tamamilə təhrif edən başlığın seçilməsini Ermənistanı şöhrətləndirmək cəhdi kimi qiymətləndirib.

İsrailli politoloq sözügedən məkrli başlıq seçimindən əlavə “BBC”-nin məqaləsində həm Qafqazda, həm də xaricdə Azərbaycanın tərəfdarlarının hiddətinə səbəb olan məsələlərdən birinə diqqət çəkib: “2,7 milyon əhalisi ilə dənizə çıxışı olmayan Ermənistan Cənubi Qafqaz regionunda ən kiçik ölkədir və qonşuları - Azərbaycan və Türkiyə ilə sərhədləri həll edilməmiş ərazi mübahisələrinə görə onilliklər ərzində bağlıdır”. Daha sonra bununla bağlı tutarlı iradlarını bildirib. Ermənistanın coğrafi mövqeyinə, dənizə çıxışının olmamasına görə Azərbaycan və Türkiyənin məsuliyyət daşımadığını qeyd edərək həmin məsələ ilə bağlı vacib suallar ünvanlayıb: “Ermənistan sahil xəttinəmi köçürülməlidir? Yoxsa onun sərhədləri Xəzər dənizinə, Qara dənizə, hətta Aralıq dənizinə doğrumu genişləndirilməlidir? Bəlkə “BBC” Ermənistanın hər üç dənizə çatmağına üstünlük verir?!”. Müəllif erməni təbliğat orqanında deyil, neytral olması gözlənilən nüfuzlu Britaniya media qurumunda yer alan belə bir iddianı ciddi qəbul etməyi problemli məsələ adlandırıb.

Yazıda “BBC”-nin qərəzli davranışının təkcə Azərbaycanla məhdudlaşmadığı, onların dünyagörüşünü bölüşməyən digər ölkələrə, o cümlədən İsrailə də şamil edildiyi diqqətə çatdırılıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://thej.ca/2025/05/28/the-bbcs-bias-exposed-favoring-armenia-and-vilifying-israel-in-global-coverage/


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 İyun 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri