Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

ƏSƏDİ DEVİRMƏKDƏ OLAN COLANİ KİMDİR? Onun vədlərinə inanmaq olarmı? AzPolitika onlayn siyasiictimai qəzet

ƏSƏDİ DEVİRMƏKDƏ OLAN COLANİ KİMDİR? Onun vədlərinə inanmaq olarmı? AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əsəd rejimini devirməkdə olan “Heyət Təhrir əl-Şam” (HTŞ) və ya “Dəməşqin Azadlıq Heyəti” kimi tanınan müxalif silahlı qruplaşma bütün dünyanın diqqət mərkəzinə gəlib. Qruplaşma rəhbərliyi əsas hədəfin Əsəd rejimini devirmək olduğunu bildirsə də, hətta Suriya prezidentinin bir çox müxalifləri də qorxur ki, cihadçılar onu devirməklə yanaşı, “Taliban”ın Əfqanıstanda qurduğuna bənzər fundamentalist islam nizamı tətbiq etsinlər. 

Nəzərə alsaq ki, “Heyət Təhrir əl-Şam” 2011-ci ildə “Əl-Qaidə”nin qolu kimi yaradılıb, onda bu qorxunun səbəbsiz olmadığını düşünməliyik. HTŞ rəhbəri Əbu Məhəmməd Colani ölkənin bütün sakinlərinə qarşı tolerant münasibət və mötədil sosial və dini siyasət vəd edir.

Bəs Əbu Məhəmməd Colani kimdir, onun vədlərinə etibar etmək olarmı?

Mühəndis oğlu, “Əl-Qaidə”nin tələbəsi

Colani (doğum adı Əhməd Hüseyn əl-Şaraa) 1982-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda anadan olub, atası burada neft sənayesində mühəndis işləyib. Ailə 1989-cu ildə Suriyaya qayıdıb və Dəməşq yaxınlığında məskunlaşıb. Onun Suriyadakı uşaqlığı haqqında çox az şey məlumdur. 2003-cü ildə 19 yaşında İraqa gedib, özünün dediyi kimi ABŞ-nin işğalına müqavimət göstərmək üçün “Əl-Qaidə” sıralarına qoşulduğu zaman cihadçılar arasında şöhrət qazanmağa başlayıb. 2006-cı ildə İraqda ABŞ qüvvələri tərəfindən həbs edilib və təxminən 5 il həbsdə yatıb. Azadlığa çıxandan dərhal sonra “Əl-Qaidə” ona Suriyada filial yaratmağı tapşırıb. 2012-ci ildə Suriyada Colaninin rəhbərliyi altında yaradılan “Cəbhət ən-Nusra” qrupu İraqdakı “İslam Dövləti”nin gələcək lideri Əbu Bəkr əl-Bağdadi ilə fəaliyyətini koordinasiya edərək, qısa zamanda böyük nüfuz qazandı.

“Əl-Qaidə” ilə yollar ayrılır

Əbu Məhəmməd Colani 2014-cü ildə “Əl-Qaidə”nin rəhbəri kimi televiziyaya verdiyi ilk müsahibəsində Suriyanın onun nəzarətinə keçəcəyi halda, ölkənin İslam qanunlarının şərhinə uyğun yaşayacağını bəyan edib. O, həmçinin ölkədə xristianlar və ələvilər kimi azlıqlara yer olmayacağını bildirib. Suriya azlıqlarının nümayəndələri HTŞ-nin yüksəlişi ilə bağlı həyəcanlarını izah edərkən məhz bu sözləri xatırlayırlar.

Bununla yanaşı 2016-cı ildən başlayaraq Colani ideoloji olaraq “Əl-Qaidə”dən uzaqlaşmağa başladı. Qlobal xilafət yaratmaq ideyası kənara qoyuldu. O, daha çox Suriya daxilində öz qrupunun mövqelərini gücləndirməyi əsas hədəf seçdi. Beləliklə, Colaninin başçılıq etdiyi və onun “Cəbhət Fateh əl-Şam” adlandırdığı kiçik qrup “Əl-Qaidə”nin bir qolu olaraq qalan “Ən-Nusra Cəbhəsi”ndən ayrıldı. 2017-ci ilin əvvəlində isə minlərlə üsyançı Hələbi işğal edən hökumət qoşunlarından qaçaraq, Colaninin həmin an olduğu İdlibə toplaşdı və onun ətrafında birləşdi, beləliklə də “Heyət Təhrir əl-Şam” qruplaşması meydana çıxdı.

Colaninin məqsədləri və onlara nail olmaq üsulları

“Heyət Təhrir əl-Şam”in yaranması ilə Colani hər cür yolla özünü digər silahlı qruplardan ayırmağa çalışıb və bununla da Suriyanın taleyində özünəməxsus missiyasını önə çəkib. HTŞ-nin bəyan etdiyi əsas məqsəd Suriyanı Əsədin avtoritar hökumətindən azad etmək və “İran silahlılarını” ölkədən çıxarmaqdır. Eyni zamanda, qrupun məqsədlərinə İslam qanunlarının öz şərhinə uyğun dövlət yaratmaq daxildir. Colani 2014-cü ildə, hələ “Əl-Qaidə” sıralarında olarkən eyni şeydən danışmışdı. Bu o deməkdirmi ki, onun fəlsəfəsi o vaxtdan bəri dəyişməyib? Suriyalı fəalların, jurnalistlərin və bir sıra Suriya icmalarının nümayəndələrinin ifadələrinə əsasən, HTŞ öz nəzarəti altında olan əraziləri “güclü əli” ilə idarə edir və müxalif fikirlərə dözmür. Həmçinin İdlib bölgəsində “Heyət Təhrir əl-Şam”ın siyasi müxaliflərə işgəncə verməsi faktları da var.

Terrorçu imicdən sivil islamçı görüntüsünədək

Maraqlıdır ki, 2021-ci ildən başlayaraq Colani öz qrupunun Qərbin gözündə imicini yaxşılaşdırmaq üçün hər cür cəhd edir. O, dəfələrlə qeyd edib ki, bir çox Qərb ölkələrinin “Heyət Təhrir əl-Şam”ı terrorçu adlandırması əbəsdir. Onun sözlərinə görə, təşkilatı “Əl-Qaidə” standartlarını tətbiq etmək, öldürmək, baş kəsmək niyyətində deyil, sadəcə Suriyanı xilas etmək istəyir.

Qruplaşma onu da bildirib ki, nəzarət etdiyi ərazilərdə qadınların üzlərini tamamilə örtməsini tələb etmir, siqaret çəkən kişilərə isə vərdişlərini davam etdirməyə icazə verilir. Qruplaşma öz internet kanallarında İdlib və digər işğal olunmuş ərazilərdəki xristianların təhdid və məhdudiyyət olmadan normal həyatlarını necə yaşadıqlarını göstərən videolar yayımlayır. Hələb arxiepiskopu Afram Maloui bu yaxınlarda bildirib ki, cihadçılarla razılaşaraq, şəhəri ələ keçirdikdən sonra dini mərasimlər əvvəlki qaydada keçiriləcək. Colani də bir neçə dəfə İdlib Universitetində tələbələrə müraciət edərək onları gələcək dövlətin yaradılmasına dəstək olaraq gördüyünü bildirib.

Suriya azlıqları, insan haqları fəalları və Qərb ümid edir ki, yaraqlılar xalqın rəğbətinə ehtiyac duymadıqları təqdirdə öz sözlərindən dönməyəcəklər.

Nəsimi

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Dekabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri