Icma.az
close
up
RU
Əsədin Dəməşqdən qaçmasının yeni təfərrüatı...

Əsədin Dəməşqdən qaçmasının yeni təfərrüatı...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriya prezidenti Bəşər Əsəd Rusiya kəşfiyyat xidmətlərinin köməyi ilə ölkəni tərk edib, vəziyyətlə tanış olan mənbələr bildiriblər. 

Globalinfo.az lent.az-a istinadən bildirir ki, “Bloomberg“in məlumatına görə, qaçmaq qərarı Moskva ilə məsləhətləşmələrdən sonra qəbul edilib və Əsədə üsyançılara qarşı mübarizədə qaçılmaz məğlubiyyət barədə xəbərdarlıq edilib.

Suriyada vəziyyətin sürətlə pisləşməsindən xəbər tutan Rusiya prezidenti Vladimir Putin xüsusi xidmət orqanlarından Əsədin hakimiyyətinə təhlükənin niyə vaxtında müəyyən edilmədiyini izah etməyi tələb edib. Mənbələr bildirir ki, Kreml Suriya lideri və onun ailəsinə təhlükəsizlik zəmanəti və ölkəni dərhal tərk edəcəyi təqdirdə nəqliyyat təklif edib.

Qaçışın təşkili Rusiya kəşfiyyatına həvalə edilib. İnsayderlərin dediyinə görə, Əsəd və ailəsi Suriyadakı Rusiya aviabazasından keçərək transponderi ayrılan təyyarə ilə çıxarılıb və bu, onun izlənilməsinin mümkünlüyünü istisna edib.

Bu arada “Əl-Ərəbiyyə” suriyalı mənbələrə istinadən xəbər verir ki, qaçışdan yalnız Əsədin həyat yoldaşı və uşaqları xəbər tutub. Onun yaxın çevrəsinin bir neçə üzvü, o cümlədən qardaşı Mahir və əmisi oğlu Rami Maxlouf itkin düşüb. Raminin kiçik qardaşı İhab Maxluf  Livanla sərhədi keçmək istəyərkən üsyançılar tərəfindən öldürülüb və ondan 8 milyon dollar tapılıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Bəşər Əsədin Rusiyada təhlükəsiz olduğunu təsdiqləyib. Əsədin Beynəlxalq Cinayət Məhkəməsinə ekstradisiyasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Ryabkov xatırladıb ki, Rusiya Roma statutunu ratifikasiya etməyib.

Eyni zamanda, Kreml Suriya üsyançıları ilə əlaqə saxladığını elan edərək, bölgədəki bazalarını və diplomatik nümayəndəliklərini qorumaq prioritetini vurğulayır. “Financial Times” qeyd edir ki, Rusiya daha az əhəmiyyətli forpostlardakı mövcudluğunu azaltsa da, əsas dəniz və hava bazalarını saxlamağa davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri