Əsədin qohumları saxta pasportlarlarla Livanı tərk etmək istəyərkən saxlanıldı
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı saxta pasportlarla ölkəni tərk etmək istəyərkən Livan təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Livanın “An-Nahar” qəzeti məlumat yayıb.
Məlumata görə, onlar Beyrut beynəlxalq hava limanında saxlanılıb.
“Cümə günü Livan məhkəməsi Dureyd Əsədin həyat yoldaşı və qızının həbsinə qərar verib. Qeyd edək ki, Dureyd Əsəd devrilmiş prezident Bəşər Əsədin əmisi Rifat Əsədin oğludur”, - nəşr yazır.
Qeyd edək ki, bundan əvvəl Livanın hüquq-mühafizə orqanları yüksək rütbəli siyasətçilərin və Suriyanın keçmiş rəhbərliyinin nümayəndələrinin Livan ərazisində olması ilə bağlı məlumatları rəsmən təkzib etmişdilər.
Ləman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 27 Dekabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















