Icma.az
close
up
RU
Əsgər general olmaq istəyirdi

Əsgər general olmaq istəyirdi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranlı Milli Qəhrəmanın qeyrət dastanı

1995-ci ilin martında Azərbaycanda əmin-amanlığın, sabitliyin bərqərar olunmasını istəməyən qara qüvvələr dövlət çevrilişinə cəhd etdilər. O zaman xalqımızın mərd, vətənpərvər oğulları bu xəyanətin qarşısını qətiyyətlə aldılar. Bu yolda canlarından keçənlər də oldu. Belə qəhrəman oğullardan biri də Əsgər Əliyev idi.

Əsgər 1974-cü il noyabrın 8-də Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1982-ci ildə birinci sinfə gedib, 1989-cu ildə səkkizinci sinfi bitirib. 1990-cı ildən təhsilini Haftoni qəsəbə orta məktəbində davam etdirib. Atası Ələkbər kişi, anası Firayə xanım sadə peşə sahibləridir. Bu halal və mehriban ailədə 6 övlad böyüyüb boya-başa çatıb. Hamı bir-birinə qarşı çox mehriban olub, can deyib-can eşidib.

Əsgərin ən böyük arzusu Azərbaycan Ordusunun zabiti olmaq idi. Özü də general rütbəsinə qədər yüksəlmək niyyətində idi. Atası Hacı Ələkbər kişi oğlunun dilindən ilk dəfə onun Milli Ordunun generalı olmaq arzusunu eşidəndə sevinib, xeyir-dua verib, uğurlar arzulayıb. Əsgər 1992-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurub Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinə daxil olub. O, burada tərbiyəsi və intizamlılığı ilə hamının hörmətini qazanıb.

1995-ci ilin martında dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Milli Ordunun əsgərləri ilə bərabər, Ümumqoşun Komandirlər Məktəbinin kursantları da iştirak ediblər. Azərbaycan dövlətçiliyinin müdafiəsinə qalxanlar arasında Əsgər Əliyev də olub. O, silahlı qarşıdurma zamanı ilk andan cəsur və qətiyyətlə döyüşüb. Ayağından yaralansa da, 4 yaralı əsgəri güllə yağışı altından çıxarmağa müvəffəq olub. Acı təəssüf ki, axırıncı yaralını xilas etmək istəyərkən Əsgər Əliyev aldığı ikinci güllə yarasından dünyasını dəyişib. Doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli sərəncamı ilə Əsgər Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı yüksək fəxri adına layiq görülüb. Lənkəran şəhərində Əsgər Əliyevin adını daşıyan parkda büstü qoyulub, adına küçə verilib. Lənkəran rayonunun Haftoni qəsəbə tam orta məktəbində Əsgər Əliyevin “Xatirə guşəsi” yaradılıb.

...Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında ulu öndər Heydər Əliyevin iştirakı ilə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 1-ci ildönümünə həsr olunmuş ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edənlər mart hadisələrini törədənlərin bəd niyyətlərini ifşa ediblər. Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər də toplantıda çıxış edib. Atanın təsirli çıxışı müşavirə iştirakçılarını kövrəldib. Ulu öndər isə şəhid atasını hərarətlə bağrına basıb.

Ələkbər kişi həmin kövrək anları heç vaxt unutmur:

– Heydər Əliyev dahi siyasətçi idi, O böyük insan olmasaydı, xarici və daxili düşmənlər bu ölkəni parçalayıb dağıdacaqdılar. Allah Ulu öndərə qəni-qəni rəhmət eləsin!

...Tale elə gətirib ki, Hacı Ələkbər kişiyə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevlə ikinci dəfə 1998-ci il oktyabr ayının 5-də Lənkəranda görüşmək nəsib olub. Həmin gün prezident seçkiləri ərəfəsində Ulu öndərin cənub rayonlarının seçiciləri ilə görüşü keçirilirdi. Toplantıda Ələkbər kişiyə də söz verilib. O, əsl el ağsaqqalı kimi çıxış edərək seçiciləri Heydər Əliyevə səs verməyə çağırıb. Deyib ki, dahi dövlət adamı Heydər Əliyev öz müdrik siyasəti ilə övladlarımızı, gənclərimizi qoruyur. Atəşkəsdir, daha şəhid tabutları gəlmir, valideynlər orduya yola saldıqları övladları üçün qorxu, həyəcan keçirmirlər. Xalqımızın yeganə ümidi, dayağı çox hörmətli Heydər Əliyevdir!

Dahi siyasətçi toplantıda Əsgər Əliyevin qəhrəmanlığını yüksək qiymətləndirərək deyib:

– Martın 17-də Azərbaycanın müstəqilliyini qorumaq uğrunda döyüşən gənc Əsgər Əliyev həlak oldu. Milli Qəhrəman adı almış Əsgər Əliyevin atası burada çıxış etdi. Mən bu gün Əsgər Əliyevin xatirəsi qarşısında baş əyirəm. Onun atasına “Afərin, əhsən!” – deyirəm, belə övladları yetirən kişilərə “Sağ ol!” - deyirəm.

...Bu günlərdə 1995-ci ilin Hacı Ələkbərlə Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında həmsöhbət oluruq. O, Ulu öndərlə bağlı unudulmaz kövrək xatirələrini dilə gətirərək dedi:

– 1993-cü ilin yayında respublikanın ağır, böhranlı günlərində, müharibə gedən bir vaxtda cənub bölgəsində separatçı qüvvələr hakimiyyət, səlahiyyət uğrunda mübarizə aparırdı. Xalqımızın Ümummilli lideri, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində lənkəranlılar ayağa qalxaraq Azərbaycanın ərazi bütövlüyünü qorudular, Ulu öndərə sədaqətlərini, ölkəmizin azadlığı, müstəqilliyi, dövlətçiliyi uğrunda mübarizəyə hər an hazır olduqlarını əyani sübuta yetirdilər.

Ələkbər kişi sonra fəxrlə söylədi ki, Azərbaycanın hər yerində, eləcə də doğma Lənkəranda Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin xatirəsi daim əziz tutulur, haqqında xoş sözlər deyilir. Bir şəhid atası kimi, həm dövlətimizin, həm də sıravi insanların diqqəti, qədirbilənliyi ona bir təskinlik olur.

Ələkbər kişi birdən nəyisə xatırlayıb kövrək səslə dedi:

– Əsgər general olmaq arzusunda idi, Milli Qəhrəman oldu!

Mən isə yalnız bu sözləri deyə bildim:

– Ruhu şad olsun!

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri