Icma.az
close
up
RU
1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər General

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər General

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın əsas neft kəmərləri Yevlax və Tərtərdən keçirdi, Naftalan yaxınlığında isə ön xətlə məsafə cəmi 23 km idi. Rusiya nümayəndəsi Kazimirov Prezident Heydər Əliyevlə görüşdə xəbərdarlıq etmişdi ki, əgər bu kontrakt (Əsrin müqaviləsi - red.) imzalansa, ermənilər Gəncə və Yevlaxı ələ keçirəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov Axar TV-yə müsahibəsində deyib.

“Bundan sonra Heydər Əliyev Bərdəyə gələrək böyük iclas keçirdi. Elə həmin günlər - aprelin 8-9-da ermənilər hücuma keçdilər. Mən getdim döyüş bölgəsinə.

Prezidentlə əlaqə saxlayaraq məlumat verdim ki, ermənilər üç istiqamətdə - Güllücə, Ağdərə-Tərtər və Suqovuşan-Talış-Naftalan istiqamətlərində böyük qüvvə ilə hücuma keçiblər. Aprelin 9-da Ağdərə-Tərtər istiqamətində 1500 canlı qüvvə, 30 texnika və 17 tankla hücum etmişdilər. Məqsəd Tərtəri ələ keçirmək idi.

Aprelin 9-dan 16-na qədər 5-6 hücum təşkil olundu. 2000 nəfərlik qüvvə Tap Qaraqoyunlu istiqamətinə atıldı, Naftalan fasiləsiz atəşə tutuldu. Düşmən Tərtərçaya qədər irəlilədi, Səhlabad və Qırmızı kəndlərini aldı və Tərtərə cəmi 800 metr qaldı.

May 3-ü Ulu Öndər mənə zəng vurdu: ay Orucov, vəziyyət nə yerdədir? Bildirdim ki, hücum edənlər arasında ermənilərlə yanaşı rus qoşunları da var. Sübut kimi 5 rus zabitinin əsir götürüldüyünü, onların arasında alay komandirinin müavininin də olduğunu qeyd etdim. Prezident həmin əsirlərin Bakıya göndərilməsini tapşırdı...”, - o bildirib.

General əlavə edib ki, vəziyyət çox ağır idi və ermənilərlə aramızda 800 metr məsafə qalmışdı:

"Dedilər ki, Elbrus Orucov, Tərtəri verəcəksiniz? Bu suala necə cavab verim? Ulu Öndər ermənilərin Tərtəri işğal etdiyini elan etmək istədiklərini dedi. Dedim: “Cənab Prezident, 800 metr qalıb. Biz döyüşürük. Heç kimə inanmayın”. Daha sonra söylədim ki, mənim taleyimdə ikinci Şuşa yazılmayacaq və mən Tərtəri verməyəcəyəm.

Tərtər batalyonundan İmayət, Pənah Məmmədov, Rövşən Əkbərov və digərlərini qərargaha yığdım. Gecə-gündüz çalışırıq. Onlar şəhərə daxil olsalar, Bərdə də gedəcək.

Qərargahdakılara əməliyyat planı hazırladığımı və qələmi masaya qoyduğumu dedim: “Ya şəhərin içində vuruşacağıq, ya da siz imtina edib silahı yerə qoyaraq gedəcəksiniz. Kim mənimlə döyüşməyə gedəcəksə, adının qarşısına imza atsın”.

Eldar Ağayev, Hikmət Mirzəyev, Rövşən Əkbərov, Lənkəran Əliyev - komandirlərimin hamısı orada toplaşmışdı.

Çölə çıxdım, arxamca komandirlərim gəlib, dedi ki, Elbrus müəllim, biz hazırıq. Gördüm komandirlərimin hamısı kağıza qol çəkib.

Onların yanındaca hörmətli Prezidentimizə zəng etdim və dedim: “Cənab Prezident, ermənilərə nə Tərtəri verəcəyik, nə də Tərtərin üzərindən keçib, Bərdəni almağa imkan verəcəyik”.

Ulu öndər onun və xalqımızın adından bizə, zabit və əsgərlərimizə minnətdarlığını çatdırmağı tapşırdı. Biz bu sözü eşitdikdən sonra döyüşə getdik. Həmin döyüşdə kapitan Seyidov qumbara bağlayıb, özünü tankın qarşısına atdı, həlak oldu. Tabor komandiri mayor Quliyev səngərdə qala-qala atışdı və çəkilmədi.

Əks-hücum əməliyyatına başladıq. Suqovuşana gedən yolun üstündə Mirzəyev, Fikrət Məmmədov və zabitlər ermənilərin üzərinə yürüdük, erməniləri ərizdən vurub, çıxardıq.

Mən Heydər Əliyevə əməliyyatı məruzə edəndə səhər saat 08:30 idi. Heydər Əliyev hər şeyi bildiyini və mənə general rütbəsini verdiyini dedi. Hətta bildirdi ki, yenidən zəng et və özünü general kimi təqdim et.

Mən də dedim: “Cənab Prezident, əgər elədirsə tabor komandiri Eldar Ağayevə polkovnik rütbəsi verilsin. Hikmət Mirzəyev və Fikrət Məmmədov “Azərbaycan Bayrağı”, kapitan Seyidovla, mayor Quliyev də - ölümündən sonra - təltif edilsin. Onlar qəhrəmandırlar. Əks-hücum əməliyyatına keçəndə 91 zabitlə hamımız canımızı qurban demişdik”.

Daha ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Mart 2026 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri