Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Əsgərləri ilə birlikdə şəhid olan mayor Vətən müharibəsi iştirakçısı Ramil Ağayev

Əsgərləri ilə birlikdə şəhid olan mayor Vətən müharibəsi iştirakçısı Ramil Ağayev

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 oktyabr, AZƏRTAC

…Həmin gün Ramil evə çox yorğun gəlmişdi, xeyli narahat təsir bağışlayırdı. Sabah tezdən ön cəbhəyə gedəcəyini dedi. Sentyabrın 26-da sübh tezdən durub yola hazırlaşdı. Evdən çıxanda üzünü həyat yoldaşına tutub dedi: “Torpaqlarımızın azadlığı uğrunda haqq savaşı başlayır. Mən sabah ön mövqedə olmalıyam. Sevil, uşaqları sənə əmanət edirəm. Onlardan muğayat ol”….

O, Aysunu və Zəhranı bağrına basıb çoxlu-çoxlu öpdü. Sevil ona tez-tez əlaqə saxlamağı, özü haqqında xəbər verməyi tapşırdı.

2020-ci il sentyabrın 27-si Vətən müharibəsinin ilk günündən başlayaraq mayor Ramil Ağayevin komandanlıq etdiyi artilleriya diviziyasının batareyalarının döyüş tapşırığı əsasən, düşmən istehkamlarını və müdafiə xəttini dağıtmaq, onları atəş altında saxlamaqdan ibarət idi. Onun komandanlığı altında 4 artilleriya batareyası və hər batareyada 6 top var idi. Toplar aramsız olaraq düşmən mövqelərini hədəfə alır və dəqiq atəşlə onları sıradan çıxarırdı.

...Dördgünlük ağır döyüşlərdən sonra düşmənin birinci xətdəki mövqeləri darmadağın olundu. Piyada qüvvələr düşməni sürətlə geri çəkilməyə məcbur etdikcə ehtiyat qüvvələr azad olunmuş mövqelərdə yerləşib, möhkəmləndirmə işlərinə başlayırdı. Artilleriya qüvvələrinə də dislokasiya yerlərini irəli çəkmək əmri verilmişdi. Uğurlu əməliyyatdan sonra düşmən əsgərləri meyitləri döyüş meydanlarında qoyub qaçırdı.

Oktyabrın 4-də hərbi hissəyə Horadiz kəndinə yola düşmək tapşırığı verildi. Milli Ordunun əsgərləri düşmənin güclü istehkamlarını darmadağın edərək sürətlə irəliləməyə başlamışdılar. Ətraf erməni əsgərlərinin meyitləri ilə dolu idi. Vəziyyətin gərginliyinə baxmayaraq, mayor Ramil Ağayev həmişə ayıq-sayıq idi, hər bir andan səmərəli istifadə edirdi. O, vəziyyəti qiymətləndirəndən sonra zirehli texnika, BMP və BTR-lər gətirdi və gecə səhərə qədər 6 top və 60 nəfərdən ibarət şəxsi heyət daha əlverişli mövqeyə yerləşdirildi.

…Cəbrayılın Daşkəsən kəndi ətrafında ağır döyüşlər gedirdi. Milli Ordunun texnika karvanı düşmən tərəfindən artilleriya atəşinə məruz qalmışdı. Aramsız artilleriya atəşləri altında döyüşçülər bir-birindən uzaqda yerləşməyə məcbur olmuşdu, onların arasında əlaqə yox idi. Onları xilas etmək, bir-birindən aralı düşən döyüşçüləri bir yerə toplamaq böyük təhlükə doğururdu. Mayor Ağayev cəsarət göstərərək bu işi öz üzərinə götürdü. O, taqıma yaxınlaşaraq pərən-pərən düşən üzvləri, bütün şəxsi heyəti bir yerə toplayaraq onları düşmənin artilleriya atəşi altından sağ-salamat çıxarmağa nail oldu. Lakin həmin döyüşdə ermənilər onu hədəfə almışdılar. Mayor Milli Ordunun əsgərləri üçün böyük təhlükə yaradan düşmən mövqelərini sıradan çıxarmaq istəyirdi. Ona görə də 5 döyüşçü ilə birlikdə düşmən toplarını məhv etmək üçün nişan alırdılar. Son hazırlıq işləri gedirdi. Düşmən toplarının külünü göyə sovurmaq üçün bəlkə də bir neçə saniyə lazım idi. Elə bu vaxt düşmən hərbçiləri onları nişan alırlar. Ermənilərin atdığı raketlərdən biri onların yaxınlığına düşür. Mayor da, onunla birlikdə əsgərlər də şəhid olurlar.

AZƏRTAC xatırladır ki, Ramil Ağayev 1984-cü il dekabrın 20-də Lerik rayonunda doğulub. O, Milli Qəhrəman, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 nömrəli tam orta məktəbdə oxuyub. Orta təhsilini başa vurduqdan sonra, 2002-ci ildə yüksək balla Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2006-cı ildə Ali Hərbi Məktəbi raket-artilleriya ixtisası üzrə bitirib, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunda təlimlər keçəndən sonra gənc leytenant Mingəçevir şəhərindəki “N” saylı hərbi hissəyə xidmətə göndərilib. Çox keçmir ki, öz xahişi ilə Murovdağ silsiləsində xidmətə göndərilib.

O, Aprel döyüşlərində minaatan batareyanın komandiri kimi Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. 2016-cı ilin mayında Naftalan şəhərindəki hərbi hissəyə diviziya komandirinin müavini vəzifəsinə təyin olunan gənc zabitə 1 il sonra mayor hərbi rütbəsi verilib.

Oktyabrın 8-də Ramil həyat yoldaşı Sevillə sonuncu dəfə telefonla danışıb: “Narahat olmayın, torpaqlar azad edildikcə irəli gedirik. Hər şey yaxşıdır. Əgər mənə zəng çatmasa, bundan narahat olmayın, vaxt olan kimi əlaqə saxlayacağam”.

Bu, onunla sonuncu telefon danışığı olur. Ramil çox sevdiyi Vətən uğrunda döyüşlərdə canını qurban verərək üçrəngli Bayrağa bükülərək qayıdıb. Onu Lerikdə atasının məzarının yanında dəfn ediblər.

Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Böyük qızı Aysu Azərbaycan İqtisad Universitetinin Qida mühəndisliyi, digər qızı Zəhra isə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq fakültələrinə qəbul olunublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri