Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bir qardaş yanımızda idi, digəri şəhid olmuşdu Vətən müharibəsi iştirakçısı danışır

Bir qardaş yanımızda idi, digəri şəhid olmuşdu Vətən müharibəsi iştirakçısı danışır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 noyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsi Azərbaycan əsgərinin döyüş əzmini, xalqımızın birliyini və Vətən torpaqlarının azadlığı uğrunda göstərilən fədakarlığı tarixə yazdı. Həmin günlərdə döyüş meydanında formalaşan mənəvi birlik, silahdaşların bir-birinə dəstəyi, hətta tanımadıqları insanların həyatını xilas etmək üçün özlərini təhlükəyə atmaları müharibənin yaddaşlarda iz qoyan məqamlarındandır. Döyüşlərdə iştirak edənlərin xatirələri isə bu tarixi Zəfərin hansı çətinliklər və qurbanlar hesabına qazanıldığını gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xətai rayonu 221 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bədəl Hüseynov söyləyib. O bildirib ki, 2002-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Vətən müharibəsi başlayanda çalışdığı məktəbdə direktor müavini vəzifəsinə yeni təyin olunan Bədəl Hüseynov üçün cəbhəyə yollanmaq qərarı tərəddüd doğurmurdu. O, 2020-ci ilin iyulunda general-mayor Polad Həşimovun şəhid olmasından sonra könüllü olaraq qeydiyyata düşmüş, torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmağa hazır olduğunu bildirmişdi.

Vətən müharibəsi başlayanda isə könüllü qeydiyyata düşdüyü rayonun hərbi komissarlığı ilə əlaqə saxlayaraq çağırışçılar siyahısında olduğunu öyrənib: “Həmin dövrdə pandemiya ilə əlaqədar çətinliklər yaşansa da, xalq olaraq Qarabağ torpaqlarının azadlığı üçün əlimizdən gələni etməyə çalışırdıq. Oktyabrın 4-də ordu sıralarına qoşuldum. Hərbi hissəyə çatanda Suqovuşan artıq azad edilmişdi. Əvvəlcə ehtiyat taboruna təyin olundum. Əsgərlərin hazırlanmasında iştirak edirdim. Zərurət yarandıqca özüm də döyüş bölgələrinə göndərilirdim.

Müharibənin ilk günlərində insanın daxilində baş verənləri sözlə ifadə etmək çətindir. Döyüş səsləri uzaqdan vahiməli təsir bağışlasa da, müharibənin içərisinə düşəndə düşüncələrin dəyişir. Bütün diqqətini qarşıya qoyulan tapşırığın yerinə yetirilməsinə yönəldirsən. İnsan daxili gücü ilə böyük çətinliklərin öhdəsindən gələ bilir. Döyüş meydanına çatanda əvvəlki həyat sanki arxada qalır. Yalnız irəliləmək, verilən tapşırığı yerinə yetirmək haqqında düşünürsən. Bəzi hadisələrin ağırlığını həmin an dərk edə bilmirsən, onların təsirini sonradan xatırlayanda daha dərindən hiss edirsən.

Məni ən çox duyğulandıran məqamlardan biri döyüşə yollanan əsgərlərin doğmaları ilə vidalaşması idi. Bəziləri yaxınlarına zəng edir, vəsiyyətlərini söyləyirdilər. Yadımdadır, əsgərlərimizdən biri şəhid olacağı təqdirdə harada dəfn edilməsini yaxınlarına bildirmişdi. Bu mənzərəni unutmaq mümkün deyil.

Yaddaşımda dərin iz buraxan hadisələrdən biri də şəhid olan hərbçimizin cənazəsinin neytral zonada qalması ilə bağlıdır. Döyüş zamanı onun cənazəsini həmin vaxt ərazidən çıxarmaq mümkün olmadı. Silahdaşları düşmən tərəfinin cənazəni ələ keçirməməsi üçün onu gizlətdilər. Hadisənin ən ağır tərəfi isə şəhidimizin qardaşının da bizim bölmədə xidmət etməsi idi. Bir qardaş yanımızda idi, digəri isə şəhid olmuşdu və cənazəsi neytral zonada qalmışdı. Bu, çox ağır mənzərə idi. Həmin əsgərə heç cür təsəlli verə bilmirdik. Bir neçə gün sonra keçirilən həmlə nəticəsində şəhidimizin cənazəsini ərazidən çıxara bildik. Daha sonra aidiyyəti üzrə təhvil verilərək dəfn olundu. Bu hadisə müharibə dövründə yaşadığım ən ağır xatirələrdən biri kimi yaddaşıma həkk olunub”.

Əvvəllər zabit kimi hərbi xidmət keçən və Murovda xidmət edən Bədəl Hüseynov döyüş meydanında hərbçilər arasında qarşılıqlı dəstəyin və mənəvi bağlılığın fərqli səviyyəsinə şahidlik edib. Onun fikrincə, müharibə şəraitində insanın rütbəsindən daha çox cəsarəti, döyüş qabiliyyəti və mənəvi dayanıqlığı önəm daşıyır: “İnsanın hansı rütbəni daşımasından asılı olmayaraq, cəsarəti və daxili gücü varsa, hər kəs onun yanında olmaq istəyir. Cəsur komandir əsgəri üçün nümunəyə çevrilir. Orada çox güclü mənəvi birlik vardı. Hər hansı işi görmək lazım gələndə hamı birinci olmağa çalışırdı. Bir daşı bir yerdən başqa yerə aparmaq lazım idisə, onu götürmək üçün on nəfər birdən irəli atılırdı. Bir-birini əvvəlcədən tanımayan, Azərbaycanın müxtəlif bölgələrindən gələn insanlar qısa müddətdə doğma qardaşlara çevrilmişdilər. Mən Ordumuzun gücünü məhz orada öz gözlərimlə gördüm”.

Müsahibimiz bildirir ki, Vətən müharibəsində iştirakı onun pedaqoji fəaliyyətinə də yeni məzmun qazandırıb. Müharibədən əvvəl şagirdlərinə Vətən sevgisindən, torpaqlarımızın azad olunmasının vacibliyindən danışan müəllim bu gün həmin mövzuları tarixi Zəfərin yaratdığı reallıqlar fonunda daha böyük qürur hissi ilə tədris edir. Əvvəllər işğal altındakı torpaqlarımızdan kədər və təəssüf hissi ilə söz açdıqlarını, indi isə şagirdlərinə qalib ölkənin vətəndaşları kimi Vətən tarixini öyrətdiklərini vurğulayır.

Müəllim qeyd edir ki, şagirdləri onun müharibə iştirakçısı olduğunu bildikdən sonra döyüşlərin gedişatı, olduğu ərazilər, erməni hərbçiləri ilə qarşılaşması, eləcə də şəhid olan silahdaşları barədə çoxsaylı suallar ünvanlayırlar. Bədəl Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində olub.

Müxbir - Nərmin Muradzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri