Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Vətən müharibəsi iştirakçısı Mənsur Şükürov: Yanımda yoldaşlarımın şəhid olması belimi qırırdı

Vətən müharibəsi iştirakçısı Mənsur Şükürov: Yanımda yoldaşlarımın şəhid olması belimi qırırdı

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarix çox az millətə bu qədər çətin, amma şərəfli yollarla irəliləməyi nəsib edir. Azərbaycan xalqı da dəfələrlə sınanıb, döyüş meydanlarında sınmayıb, əksinə, daha da mətinləşib. Bu gün isə o şərəfli yolun baş tacı - Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

26 iyun - təkcə təqvimdə bir tarix deyil, bu, Vətən uğrunda can verənlərin, səngərdə yuxusuz gecələr keçirənlərin, "ön cəbhə" deyib, arxaya baxmayanların günüdür.

Vətən uğrunda döyüşən, İkinci Qarabağ müharibəsində öz şücaəti ilə seçilən hərbçilərdən biri də hazırda ehtiyatda olan polkovnik-leytenant Mənsur Şükürovdur.

Oxu.Az iyirmi iki il hərbi xidmətdə olan polkovnik-leytenant Mənsur Şükürovla müsahibəni təqdim edir:

- 1984-cü il fevralın 25-də Ağdam rayonu, Şıxbabalı kəndində anadan olmuşam. Ən sonuncu hərbi vəzifəm polkovnik-leytenant olub. Birinci Qarabağ müharibəsində atam iştirak edib. O da taqım komandiri olub. Hərbi xidmətə olan maraq və sevgi atamdan mənə keçib. Qismət oldu, İkinci Qarabağ müharibəsində atamın vəzifəsini mən davam etdirdim.

- Vətən müharibəsi başlayanda rütbəniz nə idi?

- 44 günlük Vətən müharibəsində tabor komandiri idim. Müharibəyə Lələtəpə, Horadiz kəndi, Füzuli rayonu, həmçinin Cəbrayılın Nüzgar kəndi istiqamətindən başladıq. O vaxt torpaqların işğaldan azad olunma xəbərlərindən üçü Nüzgar kəndində verilmişdi. Sol xəttin yarılmasında, adını çəkdiyim kəndlərin alınmasında iştirak etmişəm.

Bir həftə ərzində müəyyən yüksəklikləri nəzarətə götürdükdən sonra Hadruta yola düşdük. Hadrutda olanda sol cinahdan düşmən arxasına keçdik. Xüsusi təyinatlılar və 50 nəfər şəxsi heyətlə Hadrut istiqamətində iki dəfə mühasirəyə düşdük. Şəhidimiz, yaralımız oldu. Hər iki mühasirədə mən yaralanmışdım. İkinci dəfə mühasirəyə düşəndə çox çətin oldu. Üç gün yaralı vəziyyətdə mühasirədə qaldıq. Mənimlə bərabər silah yoldaşlarım da yaralı idilər. Daha sonra mühasirədən çıxarıldıq. O vaxt atam ürəyindən əməliyyat edilmişdi. Mənin yaralanmağımı atama deməmişdilər.

İki dəfə ölüm xəbərim çıxdı. Birinci dəfə döyüşdə olanda batalyon komandiri yoldaşım var idi, şəhid olmuşdu. O zaman elə bilmişdilər ki, mən şəhid olmuşam. Digəri də mühasirədə olanda üç gün məndən xəbər ala bilmədikləri üçün elə bilmişdilər ki, ölmüşəm.

- Vətən müharibəsində əsgərlərin döyüş əzmi necə idi?

- Çox gözəl idi. 18 yaşında olanlar hələ nəzərimizdə uşaq sayılırlar. Həmin yaşda olan əsgərlərdəki vətənpərvərlik, döyüş sevgisi sözlə ifadə edilə bilmir. Şəxsən mən təsəvvür edirdim ki, çəkinərlər, qorxarlar, necə də olmasa, uşaqdırlar, amma gözlədiyimin tam əksi oldu. Çağırışçılardansa həmin uşaqların döyüş əzmi daha çox idi.

- Düşməni necə xarakterizə edərdiniz?

- Düşmən güclü hazırlaşmışdı. Bir səngəri alıb, orada müdafiə qurmaq elə də asan deyildi. Təsəvvür edin, düşmən gecə ehtiyat yığırdı, gündüz qırğın başlayırdı. Əl çəkmirdilər, torpaqları vermək fikirləri yox idi.

- Müharibə vaxtı ən çox hansı məqamda çətinlik çəkmisiniz?

- Müharibə anında ailə yada düşmür. Ancaq döyüş yoldaşların nəzərində olur. Mənim olduğum vəzifə də üzərimə məsuliyyət yükləmişdi. 300 nəfərə yaxın şəxsi heyət idi. Yaralı, şəhid, bir sözlə, hamısının məsuliyyəti mənim üzərimdə idi. Elə etməli idin ki, nə şəxsi heyət itkisi, nə yaralı, nə də texnika itkisi olsun, həm də tapşırığı yerinə yetirə biləsən. Tapşırıq gəlirsə, onu vaxtında yerinə yetirmək lazımdır. Həmin vaxt bunların hamısını etmək çox çətin idi. Mənim yanımda olan da kiminsə uşağı idi, ona görə də o an ailəni düşünmək olmurdu. Onları qorumaq da bizim borcumuz idi.

Məsələn, iyirmi nəfərə bir istiqamət verirsən ki, get, oranı götür. Bir də görürsən ki, getdiyi yerdə minaatan, top mərmisi düşür, iyirmisi də şəhid olur, yaralanır. Bunun məsuliyyəti adamın belini qırır. İnsana pis təsir edir.

- Qələbə xəbərini ilk dəfə eşidəndə harada idiniz?

- Mən əməliyyat olunmuşdum. Evə gətirmişdilər. İlk dəfə gecə evdə eşitdim. Bu xəbər çox sevindirici idi. Qələbə uğrunda döyüşürdük. Düzdür, mülki şəxslərin sevinci tamam başqadır, hərbçilərin isə bir başqa. Çünki prosesə kənardan baxmaq bir ayrı təəssüratdır, biri də var ki, prosesin içərisində olub, onu yaşayırsan. Prosesin içində olub qələbə qazanmaq tamam fərqli sevinc hissidir.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 İyun 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see205

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see194

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see152

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see149

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see146

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri