Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin kredit və nisyə ödənişləri ilə bağlı problemlər yaşaması zaman-zaman müzakirə obyekti olur. Bildirilir ki, xüsusilə, hərbi xidmətə yollanan şəxsin əvvəlcədən götürdüyü kredit və ya məhsula görə borcu qaldıqda, ödənişlərin davam etdirilməsi ailələr üçün çətinlik yarada bilər.

Hərbi xidmətə çağırılan şəxslərin kredit və digər borc öhdəlikləri ilə bağlı qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulub? Onlar xidmətdən qayıdana qədər ödənişlərin təxirə salınması mümkündürmü və bu məsələdə vətəndaşlar hansı hüquqi imkanlardan istifadə edə bilərlər?

Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, belə hallarda əsas məsələ ödənişlərin təxirə salınması və borc öhdəliklərinin icrası ilə bağlı mövcud hüquqi imkanlardır:

"Konstitusiyanın 76-cı maddəsinə əsasən, Vətənin müdafiəsi hər bir vətəndaşın borcudur. Lakin hərbi xidmətə çağırılma şəxsin əvvəlcədən yaranmış kredit və digər mülki-hüquqi öhdəliklərini avtomatik olaraq aradan qaldırmır. Mülki Məcəlləyə əsasən, borcalan müqavilədə müəyyən edilmiş müddətlərdə borcunu qaytarmalı və nəzərdə tutulan ödənişləri həyata keçirməlidir. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin bütün kredit ödənişlərinin xidmət başa çatanadək avtomatik dayandırılmasını nəzərdə tutan ümumi hüquqi qaydanın mövcudluğu təsdiqlənmir. Amma hərbi xidmətə çağırılan şəxslər kredit ödənişlərinin təxirə salınması, şərtlərinin dəyişdirilməsi üçün banka və ya digər kreditora müraciət edə bilərlər. Onlar əsas borcun ödənişinə möhlət verilməsini, kredit müddətinin uzadılmasını, aylıq ödənişlərin azaldılmasını və ya borcun restrukturizasiyasını xahiş etməlidirlər. Bu güzəştlər, bir qayda olaraq, kreditorun razılığı və tərəflər arasında müvafiq razılaşma əsasında tətbiq olunur. Müraciətə hərbi xidmətə çağırılmanı təsdiq edən sənədin və şəxsin maliyyə vəziyyətini əsaslandıran digər materialların əlavə edilməsi məqsədəuyğundur".

Hüquqşünas bildirib ki, diqqət yetirilməli məsələlərdən biri də faizlərin və gecikmə ilə bağlı ödənişlərin hesablanmasıdır:

"Əsas borcun ödənişinə möhlət verilməsi faizlərin də avtomatik dayandırılması demək deyil. Buna görə də bankla razılaşma əldə edilərkən möhlətin hansı ödənişlərə şamil olunduğu, faizlərin hesablanmasının davam edib-etmədiyi və yeni ödəniş qrafikinin şərtləri yazılı şəkildə müəyyən edilməlidir. Hərbi xidmətdə olmaq özlüyündə bütün faiz və cərimələrin qanunsuz hesablanması üçün əsas sayılmır. Tələb olunan məbləğlərin qanuniliyi müqavilə və qüvvədə olan qanunvericilik əsasında qiymətləndirilməlidir.

Kredit ödənişlərinin gecikdirilməsi borcalanın kredit tarixçəsinə mənfi təsir göstərə və müqavilə ilə qanunvericilikdə nəzərdə tutulan digər nəticələrə səbəb ola bilər. Kreditor qanuni əsaslar olduqda borcun tutulması üçün məhkəməyə müraciət edə bilər. Bütün borc növlərinə eyni hüquqi rejim tətbiq olunmur. Bank kreditləri, ipoteka öhdəlikləri, fiziki şəxslərdən alınmış borclar, istehlak kreditləri və digər müqavilə öhdəlikləri müvafiq müqavilələrin, qanunvericiliyin tələbləri nəzərə alınmaqla ayrıca qiymətləndirilməlidir. Borcalanın ailə üzvləri də yalnız qohumluq münasibətinə görə onun kredit borcuna görə avtomatik məsuliyyət daşımırlar. Belə məsuliyyət zaminlik, birgə borcalanlıq və ya digər qanuni əsaslar olduqda yaranır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Oktyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri