Icma.az
close
up
RU
Esma Əsəd Səhhəti pisdir, sağ qalma şansı yüzdə 50dir Britaniya mətbuatı

Esma Əsəd Səhhəti pisdir, sağ qalma şansı yüzdə 50dir Britaniya mətbuatı

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyaya sığınan Suriya rejiminin devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Esma Əsəd boşanmaq istədiyi iddialarından sonra, indidə sağlamlıq vəziyyəti ilə gündəmə gəlib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərə mətbuatında çıxan xəbərdə may ayında diaqnozu qoyulan və müalicə olunan Esma Əsədin yenidən leykoz xəstəsi olduğu bildirilib.

Xəbərə görə, həkimlər ağır xəstəliyi olan Əsədin sağ qalma şansının 50 faiz olduğunu açıqlayıb. Mətbuata danışan başqa bir mənbə isə Əsədin həyat yoldaşının ölmək üzrə olduğunu bildirib.

Xəbərdə Esma Əsədin rejimin devrilməsindən sonra sığındıqları Rusiyanın paytaxtı Moskvada təcrid olunduğu və müalicəsinin davam etdiyi bildirilib. Əsədin çevrilişdən əvvəl Rusiyaya müalicə almaq üçün getdiyi iddia edilirdi. Esma Əsədə 2018-ci ildə döş xərçəngi diaqnozu qoyulub və o, 2019-cu ilin avqustunda xərçəngə qalib gəldiyini açıqlayıb.

Esma Əsədın Moskvadakı həyatından razı qalmadığı və boşanma ərizəsi ilə İngiltərənin paytaxtı Londona köçməyə qərar verdiyi iddia edilib. Esma Əsədin Rusiyada məhkəməyə müraciət etdiyi və Moskvanı tərk etmək üçün xüsusi icazə istədiyi iddia edilib. Kremlin sözçüsü Dmitriy Peskov açıqlamasında Esma Əsədin boşanmaq istəməsi xəbərinin "gerçəklərə uyğun gəlmədiyini" bildirib.

London əsilli Britaniya-Suriya ikili vətəndaşı Esma Əsəd 2000-ci ildə 25 yaşında Suriyaya köçüb və Bəşər Əsədlə ailə qurub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri