Icma.az
close
up
RU
Esmira Fuad: Fevralın 25 dən 26 na keçən gecə Xocalı “Şəhid şəhər”ə çevrilib

Esmira Fuad: Fevralın 25 dən 26 na keçən gecə Xocalı “Şəhid şəhər”ə çevrilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 26 fevral, AZƏRTAC

Torpaq¬larımızın iyirmi faizi işğal altında qaldı. Amma xalqımız ruhən işğal olunmadı, yenilməz xalq ruhunu diri saxladı. Qarabağın işğalından sonra ruhumuzu işğaldan qoruyan məhz Qələbə günü¬nün uzaqda olmadığını bildirən Ulu Öndər Heydər Əliyevin və Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin tarixi mesajları, Azərbaycan xalqının yenilməz iradəsi, yazarlarımızın qələmə aldıqları əsərlər və “Böyük Qayıdış”a ümidini itirməyən ədəbiyyatımız oldu.

Bunu AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, Əbədi Turan Kitab Fondunun sədri Esmira Fuad deyib.

O xatırladıb ki, Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. “1992-ci il fevralın 25-dən 26-na keçən o məşum gecədə Xocalı “Şəhid şəhər”ə çevrilib. Xocalı şəhəri 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad edilənə qədər bu ad qəhrəman Xocalının üstündə damğa olaraq qalıb. Xocalı ağrısı sinəsi dağlı yazarlarımızın ürəkağrısı olub, illər keçdikcə daha təsirli şəkildə ədəbiyyatımıza yansıyıb. Azərbaycan ədəbiyyatının ağrı ədəbiyyatı qolunu yaradıb. Xocalı faciəsi təkcə Azərbaycan yazarlarının ürəyində 31 il boyunca qapanma¬yan yara kimi sızıldamır, bəzi dünya aydınlarının da könül yarasına çevrilir. Türk araşdırmaçı yazar Fatih Ordu Xocalı şəhidlərinin əziz xatirəsinə “Bəyaz gülün tikanları” hekayəsini, şair Abdurrahim Karakoç “Kurşunlar sizdedir, sızı bizdedir”, Zeynalabdin Makas “Xocali şikestesi”, italiyalı şair və bəstəkar Davide Qualtieri¬ isə “Xocalı” şeirlərini həsr edir və son dərəcə ağrılı duyğularını sətirlərə sərir. Vahid Mustafayevin rejissoru olduğu “Xoca”, Aqil Abbasın eyniadlı romanı əsasında “Dolu” kimi çox təsirli filmlər çəkilib. Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində faciə ilə bağlı materiallar bütün dünyaya yayılıb və yayılmaqda davam edir. Ermənilərə sözümüzü analoqu olmayan döyüş taktikamızla, unikal Şuşa Zəfəri ilə dedik. Ancaq susmamalıyıq, unutmamalıyıq. Qazandığımız Zəfər bizə faciələrimizi unutmağa əsas verməməli, bu istiqamətdə daha güclü təbliğat aparmalıyıq”, - deyə Esmira Fuad diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Fevral 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri