Icma.az
close
up
RU
Ruhların səssiz addımladığı şəhər Xocalı

Ruhların səssiz addımladığı şəhər Xocalı

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Türkanə İsrafillinin "Ruhların səssiz addımladığı şəhər - Xocalı" adlı yazısını təqdim edir.

Xocalı elə bir şəhərdir ki, ora yaddaşımızda dağıntılarla, faciə ilə qalıb…
Adətən, hansısa rayonu, şəhəri xatırlayanda oradakı abidələr, görməli yerlər və sairə gözümüzün qabağına gəlir. Amma Xocalıda… Xocalı faciə ilə xatırlanan şəhərdir… Xocalıda qəribə bir hüzn var. Havası belə ağlayır...
Gəzdiyimiz hər qarışda bir şəhid var... İnsan ayağını yerə basmaq istəmir... “Göylə gedir” ifadəsinin təsvirini yaşamaq istəyir insan… Göylə getmək istəyir… Kiminsə üstündən keçərsən, kimisə tapdalayarsan deyə qorxursan... Ağırdır Xocalıda olmaq. Ağırdır bu torpağa ayaq basmaq… İnsanların mühasirədə olduğu yerdən dayanıb qaçdıqları meşəyə baxmaq… Burada insanların gözlərinin içinə baxmaq olmur… Hər baxışdan kədər sallanır… Ağırdır… Ağrılıdır… İnsan ağrının nə olduğunu burada dərindən hiss edir… Ağrının ən ağır təsviridir Xocalı… Burada insan nəfəs almağa utanır… Nəfəs alsan, ruhlara haqsızlıq olar deyə düşünürsən… Utanırsan… İçində tutursan nəfəsini... Qəhər boğazını yandırır. Xocalıda hər şey üçün utanırsan: gəzdiyin üçün, baxdığın üçün, eşitdiyin üçün, sağ olduğun üçün… Ağırdır…
Bu gün elə Xocalının özündən yazıram. Hər addımda bir tale, hər küncündə bir fəryad gizlənən şəhərdən...
Küçələr boş, amma xatirələrlə doludur. Ruhlar məskənidir bura. Məsum insanların ruhları gəzir yollarında. Sanki ruhlar səssiz-səmirsiz addımlayır bu küçələrdə. Burada hər şey başqadır – torpağın qoxusu, küləyin səsi...
Meşəyə gedən yol xilas yolu olmalıydı, amma əcəl yoluna döndü. Oradakı ağacların hər biri təbiətin canlı şahididir – gördüklərini danışa bilsəydilər, dilləri tutulardı dəhşətdən.
Xocalıya bahar da başqa cür gəlir. Çiçəklər utana-utana açır, quşlar kövrək-kövrək oxuyur. Təbiət də bilirki, bu torpaqda hər qarış bir məzardır. Otlar şəhidlərin qanı ilə sulandı, ağaclar göz yaşları ilə böyüdü...
Burada zaman donub. Tarix 25 fevralı göstərir hələdə... Sanki şəhər o gecədən çıxa bilmir, o dəhşətdən ayıla bilmir. Hər səhər eyni faciəni yaşayır, hər axşam eyni ağrını çəkir...
Xocalıda insanların gözlərinə baxmaq çətindir. O gözlərdə elə bir kədər var ki, baxan kimi insanın içi üşüyür. Gülüşlər yarımçıqdır, söhbətlər yarıda kəsilir... Hamı sanki nəsə deməyə çalışır, amma sözlər boğazlarda düyünlənir...
Məzarlıqda daşlar bir-birinə söykənib. Hər başdaşıda bir ömrün qırıq hekayəsi, hər məzarda bir nakam tale gizlənir...
Xocalı təkcə faciə deyil, o, köksümüzə, tariximizə vurulan sağalmaz bir yaradır ki, dayanmadan qövr edir... O, ürəkdağlayan bir haraydır – ədalət istəyən, haqq tələb edən bir haray... O bir dərsdir – unudulmaması, unutdurulmaması vacib olan bir dərs...
İnsan Xocalıda addımlarını yavaş atır, nəfəsini içində saxlayır. Hər addımda bir şəhidin ruhu var, hər qarışda bir qəhrəmanlıq dastanı yatır...
Xocalı artıq coğrafi məkan çərçivəsindən çıxıb. O, sadəcə bir şəhərin adından çox daha dərin məna daşıyır... Xocalı – ədalətin boğulduğu, amma həqiqətin ölmədiyi şəhərdir. İnsanlığın susduğu, amma vicdanların susmadığı yerdir. Dünyanın gözü qarşısında törədilmiş vəhşətin şahidi, eyni zamanda dünyaya haqqın, ədalətin səsini çatdıran bir kürsüdür...
Bu şəhər hər birimizin içində bir məşəldir – ədalət, həqiqət, azadlıq məşəli... Nəsildən-nəslə ötürülən, heç vaxt sönməyən, daim yanan bir məşəl...

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas Son illərdə çəkilən filmlərin sponsorları, dəstəkçiləri Russel Brand haqqında ittiham
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri