Təmiz Şəhər ə dotasiya 26 faizə yaxın azaldılır
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Gələn il Azərbaycanın dövlət büdcəsindən bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün "Təmiz Şəhər" ASC-yə bu illə müqayisədə 25,85 % az - 17,5 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.
525.az xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Bundan başqa, büdcə zərfinə əsasən, gələn il mənzil və kommunal xərclər üçün 335,2 milyon manat məbləğində vəsait proqnozlaşdırılır. Bunun da 132,5 milyon manatı və yaxud 39,5 %-i kommunal təsərrüfata, 60 milyon manatı və yaxud 17,9 %-i mənzil təsərrüfatına, 15,7 milyon manatı və yaxud 4,7 %-i su təsərrüfatına, 6,3 milyon manatı və yaxud 1,9 %-i lift təsərrüfatına, 120,7 milyon manatı və yaxud 36 %-i mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək.
Baxış sayı:106
Bu xəbər 04 Noyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















