“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İspaniyanın “Espanyol” futbol klubu komandanın yeni baş məşqçisini rəsmən açıqlayıb.
İdman.Biz xəbər verir ki, komandanın sükanı arxasına Eder Sarabia gətirilib.
46 yaşlı ispaniyalı mütəxəssislə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.
Sarabia məşqçilik fəaliyyətinə “Danok Bat” klubunun aşağı yaş qruplarında başlayıb, daha sonra “Vilyarreal”ın gənclər komandalarında çalışıb.
O, peşəkar futbolda “Las-Palmas”, “Betis” və “Barselona” klublarında Kike Setyenin köməkçisi olub. Daha sonra müstəqil məşqçilik karyerasına başlayan Sarabia “Andorra” və “Elçe” komandalarına rəhbərlik edib.
Yeni baş məşqçi ilə birlikdə Yon Lopes, Yon Moreno, Aitor Unsue və Alvaro Qonsales də “Espanyol”un məşqçilər korpusuna qoşulublar. Vaxtilə Kataloniya klubunun heyətində 82 oyun keçirmiş sabiq futbolçu Alvaro Qonsales beləliklə, yenidən “Espanyol”a qayıdıb.
Klubun məlumatına görə, Sarabianın rəsmi təqdimatı çərşənbə axşamı Xuan Sequra Palomares auditoriyasında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Oktyabr 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















