Icma.az
close
up
RU
“Espanyol”un qəfil yüksəlişinin səbəbləri nədi?

“Espanyol”un qəfil yüksəlişinin səbəbləri nədi?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Ardıcıl beş qələbə “Espanyol”u La Liqanın turnir cədvəlinin 5-ci pilləsində qərarlaşdırıb. Deməli, bu klubu daha yaxından izləməyin, ona qiymət verməyin vaxtıdı.

"Football-plus.az" xəbər verir ki, bu qələbə seriyasına kölgə salan məqam da var: kataloniyalılar ölkə kubokunun 1/32 finalında gözlənilmədən 4-cü divizion təmsilçisi “Baleares”ə uduzdu. Ancaq baş məşqçi Manolo Qonsalesin həmin fiaskoya reaksiyası, yəni “gəncləri yoxladıq”, “kubok əsas hədəfimiz deyil”, “bu gün bizim günümüz deyildi” kimi bəhanələrin arxasına sığınmaq əvəzinə gerçəyi dilə gətirməsi “Espanyol” azarkeşlərinin könlünü oxşadı:

“İlk növbədə sosyosdan və azarkeşlərdən üzr istəyirəm. Biz bura əsas heyəti gətirmişdik, ancaq nə qol vura, nə də qələbə qazana bildik. Biz öz səviyyəmizdə olmayanda belə hadisələr olur. Bu gün başverənlər sərt cəzadı. Mən adamları aldada bilmərəm. Növbəti mərhələyə adlamaq üçün gəlmişdik, anacaq bunu bacarmadıq. Bu oyuna görə çox qəzəbli və məyusam”.

Belə açıqlama həm diqqəti cəlb edir, həm də hörmət doğurur. Deməli, “Espnayol”un, bu komandanı irəli aparmaq istəyənlərin şərəfi və ləyaqəti var. Müasir futbolda heç də hər kəs belə keyfiyyətlər ilə öyünə bilməz.
Düzdü, bəzən qürur təkəbbürə, ləyaqət isə qərəzə çevrilir və bütün bunlar birlikdə dözümsüzlük yaradır. Məhz bu zərərli hiss bu yay – qapıçı Xoan Qarsiyanın “Barselona”ya keçmək üçün öz müqaviləsinin pulunu ödədiyi bəlli olanda “Espanyol”u və azarkeşlərini bürüdü. Dünənə qədər bütləşdirilən adam özü haqqında hər cür pis şeylər eşitdi, inkişaf etmək və həyatını yaxşılaşdırmaq istəyən futbolçuunun üzərinə əməllicə çirkab axıdıldı. Guya “Espanyol”dan “Barselona”ya, “Barselona”dan “Real”a keçmək olmaz və s. və i.a.
Düzdü, Xoan Qarsiyanın tükü də tərpənmədi – istənilən normal adam kimi istədiyi yerə getdi.
Və o, “Espanyol”un yayda transferinə görə pul əldə etdiyi yeganə futbolçu oldu. Həmin pula isə bir neçə baha olmayan, amma faydalı oyunçu alındı. İlk növbədə Roberto Fernandes alındı. Onun müqaviləsinin dəyəri 12 milyon avrodan artıqdı.
“Espanyol”un bu qədər pulu olmadığına görə futbolçunun transfer hüququna malik olan “Braqa” ilə məsələ belə razılaşdırıldı: 6,2 milyon dərhal ödənildi, məbləğin ikinci yarısı isə iki bərabər hissəyə bölünməklə iki il ərzində ödəniləcək. Yəni hətta Fernandes günlərin birində “Espanyol”a lazım olmasa da, ona görə pul ödəmək lazım gələcək. Avropanın həyatı belədi.
Yeri gəlmişkən, İspaniya gənclər yığmasının 23 yaşlı lideri hələ ki ümidləri doğruldur: o, son oyunlarda üç qol vurub, “Sevilya” ilə “Rayo Valyekano”nun qapısına vurduğu qollar “Espanyol”a qələbə qazandırıb. “Espanyol”un digər transfer ümidləri hələ ki kölgədədi. “Real Sosyedad”dan alınan Urko Qonsales dayaq zonasında ortabab statistika ilə yadda qalır. “Alaves”dən alınan Kike Qarsiya hələ yalnız üç qol vurub.
Hə, qapıçı Marko Dmitroviç “Barsa”ya yollanan Xoan Qarsiyanı layiqincə əvəz edir. Bəzən səhvlərə yol versə də, oyunların əksərində hədsiz etibarlı təsir bağışlayır. Və burda bir məqamı xüsusi qeyd etmək lazımdı: müdafiəçilər Xoana çox bel bağlayırdısa, o da komandanı xilas etmək üçün təkərdəki dələ kimi fırlanmalı olurdusa, əksinə, indi hər kəs Dmitroviçə yardıma tələsir, bu üzdən müdafiə xətti daha möhkəm və dost kimi görünməyə başlayıb.
Komandanı isə çiyinlərində köhnələr daşıyır. İki il əvvəl “Espanyol”u sequndadan yuxarı qaldırmaq üçün gələn Pere Milya kataloniyalılara vicdanla xidmət edir. İndi onun hesabında 6 qol var – komandanın La Liqadakı bombardiridi. Məhz Milya ilk turda – “Atletiko” ilə oyundakı sensasiyalı qələbənin memarı oldu. Uruqvaylı müdafiəçi Leandro Kabrera “Espanol”da artıq 7-ci mövsümünü keçirir, ancaq 34 yaşlı futbolçu məhz indi ən inamlı dövrünü yaşayır. Və əlbəttə, Eduardo Ekspozito da var – bütün yaradıcı fəaliyyət məhz onun üzərində qurulur, ideal şəkildə yerinə yetirdiyi künc zərbələri isə komandasına dəfələrlə xallar qazandırıb.
Bütün bu dediklərimizə əsasən uğurun əsas amilini asanlıqla müəyyənləşdirə bilərik: Manolo Qonsalesin komandası həm qapısı önündə, həm də yaratdığı qol vəziyyətlərində diqqətli olmağı öyrənib. Zəifliklərinin fərqinə varan kataloniyalılar hər şeydən əvvəl özünün cərimə meydançası önündə təhlükəsizliyi təmin etməyə çalışır, bunu diqqətlə, hətta dəqiqliklə edirlər, sonra isə artıq xoşbəxtliyi və sevinci rəqib qapısı önündə axtarmağa başlayırlar, ən kiçik qol imkanından belə yararlanmağa çalışırlar. Nəticədə onlar "Real" və "Atletiko” ilə eyni səviyyədə, "Barselona"dan isə daha az qol buraxırlar, eyni zamanda hər oyunda orta hesabla 1-dən bir qədər artıq qol vururlar. Yəni komanda, demək olar ki, yaratdığı bütün təhlükəli vəziyyətləri qola çevirir.
Çempionatda belə uzun qələbə seriyası müasir “Espanyol” üçün unikal hadisədi. Kataloniya klubu sonuncu dəfə 2009-cu ilin yazında belə uğurlu nəticələr göstərib. Onda “Espanyol” finişdə də inamlı oynamış, 10 oyunun 8-də qalib gəlmişdi. Düzdü, həmin uğurlar sonda mövsümü yalnız 10-cu yerdə bitirməyə imkan verdi. Əslində klub, adətən, turnir cədvəlində elə bu mövqe ətrafında var-gəl edir. Son illər isə vəziyyət bir qədər də pisləşib. “Espanyol” 2019-da avrokuboklardakı sıçrayışdan sonra artıq iki dəfə sequndaya yuvarlanıb.
Yeri gəlmişkən, komanda onda Avropa Liqasında tipik İspaniya təmsilçisi kimi oynadı: qrupdakı rəqiblərini asanlıqla arxada qoysa da, pley-offun elə ilk mərhələsində İngiltərə təmsilçisinə uduzdu. Ardından beşillik “liftçi” dönəmi başladı, komanda aşağı-yuxarı hərəkət etdi. Və indi deyəsən, həmin təyindən qurtulmağın zamanı gəlib.
Demək lazımdı ki, ingilislər “Espanyol”la birbaşa münasibət qurmaq niyyətindədi. Yayda klubun səhmlərinin 99,66 faizinin Böyük Britaniyanın VSL holdinqi (“Bernli” də bu holdinqə məxsusdu) alınacağı haqda xəbərlər yayıldı. Ondan sonra nə baş verdiyini, indi sövdələşmənin hansı mərhələdə olduğunu demək çətindi, amma maraqlı bir kolliziya yarana bilər. “Espanyol” bir növ "Kataloniyadakı ispanlar", “Barselona” isə əsl kataloniyalılar sayılır. Lakin bu yaxınlarda tanınmış “Espanyol azarkeşi” Maurisio Poçettino bu komandanın “Barselona”dan daha çox kataloniyalı olduğunu, daha çox katalon ruhunu, qoxusunu daşıdığını bildirdi.
Maraqlıdı, klub ingilislərin mülkiyyətinə keçəndən sonra daha çox ispan, yoxsa kataloniyalı olacaq? Bəlkə də Poçettinodan soruşmaq lazımdı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Yanvar 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri