Icma.az
close
up
RU
Norveçin “Geopolitika” nəşrində Azərbaycan Mərkəzi Asiya əməkdaşlığının genişlənməsi barədə məqalə dərc olunub

Norveçin “Geopolitika” nəşrində Azərbaycan Mərkəzi Asiya əməkdaşlığının genişlənməsi barədə məqalə dərc olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm, 21 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Norveçin “Geopolitika” nəşrində ölkəmizin İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədovun Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşündə tamhüquqlu iştirakı qərarının qəbul edilməsi barədə məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, diplomat bu addımı Avrasiya əməkdaşlığının yeni bir dövrünün başlanğıcını qoyan tarixi hadisə adlandırır. O bildirir ki, noyabrın 16-da Daşkənddə qəbul edilən qərar regional əməkdaşlığa yeni bir meyar əlavə edir — Azərbaycan və Orta Asiya ölkələri Asiya ilə Avropanı birləşdirən vahid strateji məkan yaradır.

Müəllif vurğulayır ki, Azərbaycan və region dövlətləri uzun müddətdir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrini inkişaf etdirir və hazırda bu tərəfdaşlıq keyfiyyətcə yeni səviyyəyə çatır, türk ölkələrini tarixi, mədəni və dil əlaqələri, eləcə də iqtisadi və siyasi maraqlar əsasında birləşdirir.

Səfirin məqaləsində Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında körpü roluna xüsusi diqqət yetirilir. O, Orta Dəhlizin inkişafı, Bakı Limanının modernləşdirilməsi və nəqliyyat infrastrukturunun genişləndirilməsi sayəsində Azərbaycandan keçən yükdaşımalarının həcminin 90% artdığını və bu marşrutun Avropa üçün getdikcə daha vacib hala gəldiyini qeyd edir.

Z.Əhmədov, həmçinin Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanla enerji, nəqliyyat və rəqəmsallaşdırma sahəsində əməkdaşlığın, habelə logistika və gömrük rəsmiləşdirilməsi üçün vahid standartların hazırlanmasının vacibliyini vurğulayır. O hesab edir ki, bu, ticarəti sürətləndirəcək və Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini artıracaq.

Diplomat məqalənin sonunda qeyd edir ki, yeni “Mərkəzi Asiya – Azərbaycan” platforması regionun sabitlik, qarşılıqlı hörmət və müstəqillik istəyinin rəmzinə çevrilir və Daşkənddə qəbul edilən qərar sürətlə dəyişən qlobal geosiyasət kontekstində vaxtında, strateji cəhətdən əsaslandırılmış bir addım olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri