Icma.az
close
up
RU
Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir biri ilə toqquşmayan anlayış kimi görürük

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir biri ilə toqquşmayan anlayış kimi görürük

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 iyun, AZƏRTAC

Estoniyanın texnologiya sektoru 15 min 971 şirkəti əhatə edir. Biz qlobal kibertəhlükəsizlik indeksində üçüncü yerdəyik. Bu sektorda 38 min 942 işçi fəaliyyət göstərir. Bu sektor İKT sektorunun 11 faizini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Estoniya İKT Assosiasiyasının icraçı direktoru Doris Pold Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu” çərçivəsində təşkil olunan "Regional təcrübə və əməkdaşlıq" mövzusunda panel sesiyada çıxışı zamanı deyib.

"Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi ayrı-ayrılıqda və bir-biri ilə toqquşmayan anlayış kimi görürük. Estoniyada Kibertəhlükəsizlik Mərkəzi 2007-ci ildə fəaliyyətə başlayıb. Həmin vaxt ölkəmizə qarşı yönlənmiş ən böyük kiberhücumla üzləşmişdik. Bizim kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər məhz o andan başlayaraq inkişaf yoluna qədəm qoydu. Əlbəttə ki, həmin sektorda fəaliyyət göstərən müxtəlif şirkətlər arasında əməkdaşlıq qaçılmaz idi və onlar öz aralarında çox gözəl əməkdaşlıq etməyə başladı. Bu əməkdaşlığın arxasında 26 illik təcrübə dayanıb. Bu illər ərzində hər bir şirkət çox genişşaxəli təcrübə əldə edib. Bu sektor daha çox müdafiə sektoru ilə bağlıdır. Biz həm Müdafiə Sənayesi, həm də Müdafiə Nazirliyi ilə çox sıx əlaqədə işləyirik. Bu sektor daxilində bir istiqamət də yaratmışıq. Daha doğrusu, kibertəhlükəsizlik hücumlarına məruz qalmış şirkətlər tərəfindən yaradılıb. Artıq onlar öz aralarında geniş təcrübə mübadiləsi aparır, məlumatların artırılması kampaniyaları keçirir, əməkdaşlığın nəyə görə vacib olduğunu ictimaiyyətə çatdırır. Bununla yanaşı, biz bir neçə layihə üzrə əməkdaşlıq etmişik. Estoniya, Moldova, Ukrayna və Azərbaycanın iştirakı ilə qadınlar arasında kiberkonfrans keçirilib. Bu konfranslar çərçivəsində geniş şəkildə informasiya mübadiləsi aparılıb, müxtəlif layihələr həyata keçirilib. 21 partnyor həmin layihələrə qoşulub. Avropa İttifaqı çərçivəsində bu layihələr icra olunub", - deyə o diqqətə çatdırıb.

Müxbirlər - Göyçək Mahmudlu, Pərvanə Qafarova

Fotoqraf - İlkin Cavanşirov

Videooperator - Vüsal Taqiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see334

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see277

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see252

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see215

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see213

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see209

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see206

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see195

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see192

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see183

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see181

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see176

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see174

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see174

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see171

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see169

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see167

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see167

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see164

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri