Icma.az
close
up
RU
Azərbaycanda rəqəmsal transformasiya: reallıqlar və perspektivlər

Azərbaycanda rəqəmsal transformasiya: reallıqlar və perspektivlər

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf Şurasının (RİŞ) ilk iclası dünən - iyunun 29-da keçirilib.

Şura bu il fevralın sonunda Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış yüksək səviyyəli dövlət strukturudur. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Şuraya sədr təyin edilib. Prezidentin uyğun sahələr üzrə köməkçiləri, eləcə də, rəqəmsal inkişaf və nəqliyyat, iqtisadiyyat, maliyyə, elm və təhsil, ədliyyə nazirliklərinin rəhbər şəxsləri, başqa yüksək vəzifəli şəxslər bu qurumun üzvləridir.

Şuranın qarşısında qoyulan vəzifələr məlumdur: rəqəmsallaşma üzrə dövlət siyasətinin əlaqələndirilməsi, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi,

rəqəmsal suverenliyin və texnoloji potensialın gücləndirilməsi,

dövlət qurumları arasında rəqəmsal transformasiya layihələrinin uzlaşdırılması, strateji proqram və fəaliyyət planlarının icrasına nəzarət.

Bəs belə bir yüksək sədrlik və üzvlük səviyyəsində Şuranın yaradılması hansı zərurətdən doğub?

Biz bütün dünyada nəhəng iqtisadi transformasiya prosesinin şahidiyik. Bu, rəqəmsal iqtisadiyyat modelinə keçiddir. Azərbaycan bu qlobal çağırışa cavab olaraq, ötən il rəqəmsal iqtisadiyyayın inkişafına dair dövlət proqramı qəbul edib. Bu strategiya əsasında rəqəmsal inkişaf konsepsiyası hazırlanıb və təsdiqlənib. Qarşıya qoyulan əsas hədəf mədən əsaslı iqtisadiyyatdan rəqımsal iqtisadiyyata keçidi reallaşdırmaqdır. Prosesə ölkə prezidenti şəxsən ümumi rəhbərlik edir, ümumi əlaqələndirməni, proqram və konsepsiyadakı vəzifələrin icrasına birbaşa nəzarət isə ölkənin vəzifəcə ikinci şəxsinə - birinci vitse-prezidentə həvalə olunub.

Elə buradan göründüyü kimi, qarşıya qoyulmuş hədəflər fövqəladə dərəcədə mühümdür.

Məlum olduğu kimi, dünyada informasiya-kommunikasiya texnologiyaları (İKT) sənayesi sürətlə böyüyür. Çin İKT cihazlarının, elektron məhsulların, avadanlıqların istehsalı və ixracı üzrə liderə çevrilib; bu ölkə ildə 800 milyard dollar həcmində İKT məhsulu istehsal edir. Ancaq ABŞ "rəqəmsal beyin" olaraq qalır və onun Çin üzərində daha bir üstünlüyü əsas elektron mikroçip istehsalının hamısını həyata keçirən Tayvanı himayə etməsidir. Çinin elektron cihaz və avasanlıqların istehsalında Tayvana müstəsna ehtiyacı var. Çin ixracda lider kimi görünsə də, həmin rəqəmdə Çində çalışan ABŞ şirkətlərinin xüsusi payı var. ABŞ, eləcə də, Avropa İttifaqı, Böyük Britaniya, Hindistan proqramlaşdırma, proqram təminatı üzrə çox ciddi uğurlar qazanıb. Başqa sözlə, Çinin istehsal etdiyi planşet, məsələn, Amerikada yaradılan proqram təminatı ilə çalışır.

Azərbaycan da bu sferalarda həm ABŞ-la, həm Çinlə, eləcə də, bir sıra başqa tərəfdaşlarla işbirliyi qurub, bunu irəlilətməyə çalışır.

Açıq demək lazımdır ki, Azərbaycan bu İKT sahəsində hətta Cənubi Qafqaz ölkələrindən - həm Gürcüstandan, həm də Ermənistandan geri qalır. Ümumdünya Əqli Mülkiyyət Agentliyinin və başqa uyğun beynəlxalq təşkilatların hesabatlarına görə, Gürcüstanda İKT məhsulları istehsalının illik dövriyyəsi 2,5 milyarda çatıb, ixracı 1,15 milyard dollardır. Ermənistanda 2,3-2,5 milyard dollar dövriyyə var, 979 milyon dollarlıq ixrac var. Azərbaycanda rəsmi statistikaya görə, İKT üzrə dövriyyə 1,5 milyard dollara çatır, ixrac isə 80-100 milyon dollar civarındadır.

Göründüyü kimi, Cənubi Qafqazda həm iqtisadi, həm demoqrafik, həm intellektual potensialına görə Azəebaycan ən böyük ölkə olsa da, İKT sahəsində Gürcüstandan və Ermənistandan geri qalır.

RİŞ qarşısında qoyulan əsas vəzifə, başlıca hədəf, sadəcə, qonşu ölkələrlə müqayisədə olan bu fərqi aradan qaldırmaq deyil, bütövlükdə ölkə iqtisadiyyatını tamamilə yeni model üzrə yenidən formalaşdırmaq, necə deyərlər, güncəlləməkdir. Əgər indiyədək iqtisadiyyat daha çox fiziki əsaslı mülkiyyət üzərində formalaşdırılmışdısa, indi əqli mülkiyyət əsaslı iqtisadi modelə xüsusi diqqət yetiriləcək. Bu, təkcə iqtisadi inkişaf məsələsi də deyil; rəqəmsal suverenlik milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrilib. Torpaq üzərində, suda, havada, yerin təkində suverenliyi təmin etməklə yanaşı rəqəmsal sferada da suverenliyi yaratmaq və qorumaq lazımdır. Bu baxımdan RİŞ-in üzərinə böyük missiya qoyulub. Eyni zamanda Azərbaycanın koqnitiv resurslarının - intellektual potensialının qorunması və prosesə cəlb olunması lazım gələcək. Buna nail olmaq üçün Azərbaycandan "beyin axını" tendensiyasının qarşısını almaq, innovativ inkişaf əsaslı təhsili stimullaşdırmaq, hətta "beyin idxalı" üçün şərtlər formalaşdırmaq zərurətə çevrilib. RİŞ-in bu məsələlərə xüsusi diqqət yetirəcəyi gözləntilər arasındadır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 İyun 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri