Təhsildə rəqəmsal transformasiya
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Təhsil kimi mürəkkəb və dinamik sahə strategiyasız inkişaf edə bilməz. Uğurlu təhsil sistemləri quran bütün ölkələr ilkin olaraq müvafiq strategiya yaratmaqla işə başlamışlar. Beynəlxalq təcrübədə bu artıq hamı tərəfindən qəbul edilmiş paradiqmadır.
Təhsil islahatları da eyni ilə müvafiq strategiyalar və konepsiyalar əsasında reallaşır. Çünki, bu proses uzun müddətlidir, strategiya, müvafiq yol xəritələri olmadan, nəticə əldə etmək mümkün deyil. Növbəti mərhələlərdə isə bu strategiyanın reallaşması üçün uyğun taktikalar hazırlanır.
Bu gün dünya təhsil təcrübəsində islahatların ən mühüm istiqaməti təhsildə rəqəmsal transformasiya prosesləridir. Rəqəmsal transformasiyadan əvvəlki islahatlar (XX əsrin sonu, XXI əsrin əvvəli) təhsilin kompüterləşməsi, daha sonra da təhsil sisteminin informatlaşması kimi tanınırdı.
Rəqəmsal transformasiya İKT, süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və digər rəqəmsal həllərin tətbiqi ilə idarəetmə, istehsal, xidmət və cəmiyyətin bütün sahələrinin köklü şəkildə yenilənməsi prosesidir. Bu transformasiya yalnız texnologiyaların tətbiqini deyil, həm də idarəetmə modellərinin, iş proseslərinin və təşkilati mədəniyyətin dəyişməsini nəzərdə tutur.
Təhsildə rəqəmsal transformasiya isə tədris, öyrənmə, qiymətləndirmə və təhsilin idarə edilməsinin rəqəmsal texnologiyalar əsasında yenidən qurulmasıdır. Bu proses fərdi təlim, distant və hibrid təhsil, rəqəmsal təhsil platformaları, öyrənmə analitikası və süni intellekt əsaslı tədris alətlərinin geniş tətbiqini əhatə edir. Rəqəmsal transformasiya təhsilin əlçatanlığını, keyfiyyətini və çevikliyini artırmaqla yanaşı, tələbələrdə rəqəmsal səriştələrin, tənqidi düşüncənin və ömürboyu öyrənmə bacarıqlarının formalaşmasına şərait yaradır. Nəticədə təhsil sistemi rəqəmsal iqtisadiyyatın və bilik cəmiyyətinin tələblərinə cavab verən innovativ insan kapitalının hazırlanmasına xidmət edir.
Bizim təhsil təcrbəmizdə təhsilin informatlaşması istiqamətində 2 dövlət proqramı icra edilmişdir. Təhsilin informasiyalaşması üzrə ilk dövlət proqramı 2005-2007-ci illərdə məktəblərin kompüterlə təminatına, 2-ci dövlət proqramı isə 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşmasına həsr edilmişdir.
Artıq rəsmi olaraq çoxdandır “informasiyalaşma” terminindən itifadə edirik (25 ildir). Bu termin özlüyündə uğurlu və dəqiq ifadə deyil. 20 il əvvəl bu məsələyə dir məqaləmiz dərc edilmişdi. Hesab edirik ki, “informatlaşma” termini daha uyğundur, mahiyyəti daha düzgün ifadə edir, amma bizim bütün rəsmi sənədlərdə “informasiyalaşma” terminin işlədilir. Bu terminoloji dolaşıqlıq, həmən illərdə təhsilə dair qəbul edilmiş dövət proramlarının məzmununda da əks edilib. Bu səbədən hər iki dövlət proqramı məzmun baxımdan natamamdır.
Maraqlı budur ki, bu proqramların hazırlanması və reallaşması ölkədə təhsilin informatlaşmasına strateji və konseptual baxışlar olmadan yaradılmış və icra edilmişdir. Bu səbəbdən hər iki proqram uğursuz olmuş, başqa ölkələrdən fərqli olaraq, təhsilin keyfiyyətinə və inkişafına gözlənilən müsbət təsir etməmişdir.
Bu proqramlara ümumilikdə 100 milyon manatdan çox (o vaxt ki, kursla təxminən 130 milyon dollar) xərclənmişdir. Amma 21-ci əsrdə təhsilin informatlaşmasının əsas məqsədi olan distant təhsil sistemi nəinki qurulmamış, heç belə bir hədəf qarşıya qoyulmamışdı (təəssüf ki, hələ də belə bir hədəf yoxdur). Maraqlıdır ki, 21-ci əsrdə təhsilin informatlaşmasına dair 2 dövlət proqramı qəbul edilir, amma bu proqramlarda distant təhsil sisteminin yaradılması haqqında bir kəlmə belə yoxdur. Bu strateji səbatsızlıqdır, yoxsa səriştəsizlik? Sonralar bu istiqamətdə heç bir proqramlar hazırlanmamış, icra edilməmişdir, hərçənd ki, dünya təcrübəsində artıq bütün ölkələr bu sahəni təhsilin əsas prioriteti hesab edirdilər. 21-ci əsrin 25 ili ərzində ölkədə insan kapitalı yaradılmadı, çünki İnternet dövründə distant təhsil olmadan, keyfiyyətli və kütləvi insan kapitalı yaratmaq mümkün dehyildi.
Bu gün, süni intellekt dövründə rəqəmsal transformasiyadan, rəqəmsal insan kapitalından danışırıq, amma menecerlər yenə distant təhsili yaxına buraxmırlar. Bu nədir, səbatsızlıq və səriştəsizlik hələ də davam edir?
Digər problem isə, təhsil sisteminin informasiyalaşması ilə əlaqədar ölkədə elmi-metodik, proqram-texniki məsələləri həll edən ixtisaslaşmış qurumların yoxluğudur. Bu halda təbii ki, ölkənin təhsil sistemində informatlaşmaya (sonralar da rəqəmsallaşmaya) dair nə strategiya, nə inkişaf proqramları, nə yol xəritələri, nə də bütün bu proseslərin obyektiv elmi motitorinqləri aparılması mümkün deyil. Ölçülməyən proseslər necə idarə edilə bilər?
Bütün bu problemlər hələ də həll edilməyib. Uzun müddətdir ki, bəzi ekspertlər davamlı olaraq bu müəyyən işlər edirlər. Amma bu işlər 1-2 nəfərin özfəaliyyəti kimi, ictimai əsaslarla, koordinasiya edilmədən həll edilə bilməz.
Digər tərəfdən də məmurlar heç vaxt sahə üzrə ekspertlə məsləhətləşmir, təklif və təşəbbüsləri eşitmirlər. Bu, çox ziyanlı “ənənə”lərlə, elmsiz və sistemsizlik halda indi də təhsilin rəqəmsallaşmasına çalışırıq.
Bu problemlərə həsr edilmiş rəsmi tədbirdə iştirak edən təhsil naziri E. Əmrullayev təhsildəki rəqəmsallaşma prosesləri barədə məlumat verdi. O, təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, “Rəqəmsal məktəb” layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxundu. Bu işlərin çoxu əslində 20 il əvvəl başlayıb (qeyd etdiyimiz uğursuz proqramlarla), proseslər çox ləng gedib, hələ də bir yana çıxmayıb. Digər tərəfdən bu deyilənlərin hamısı yalnız məktəblərə aiddir, bəs universitet və kolleclərə dair niyə b heç nə deyilmədi? Çünki, son 20 ildə bu sahədə heç nə edilməyib. Nazir daha sonra dedi ki, növbəti mərhələdə tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur. Dünya təhsil sistemi 25-30 ildir tədrisi rəqəmsallaşdırıb, ETN isə hələ indi bu haqda düşünür. Distant təhsili qurmayan təhsil sistemi təbii ki, tədrisi də rəqəmsallaşdıra bilməzdi.
Ölkənin təhsil sistemi rəqəmsal baxımından hələ də yetkin deyil. Amma bu barədə nə ETN, nə də məmurlar heç nə demirlər. Nazir öz çıxışında təhsil sisteminin rəqəmsallaşma strategiyasından, təhsilin rəqəmsallaşma konsepsiyasından, strateji yol xəritəsindən, icra planından heç nə demədi. Çünkü, bu strateji sənədlərin heç biri hələ də yoxdur, hazırlanmayıb. Nazir bəzi layihələrdən danışdı, amma təhsilin rəqəmsallaşması üzrə ümumi strategiya və konsepsiya yoxdursa, ayrı-ayrı epizodik layihələrlə təhsil kimi mürəkkəb və dinamik sistemin rəqəmsallaşmasını təmin etmək mümkün deyil.
Deməli, biz növbəti səhv yolun başlanğıcındayıq. İndi də bu səhv yolla 5-6 il gedib, əbəs yerə vaxt və milyonlarla vəsait itirib, sonda da “təhsilimiz sanki tərsinə rəqəmsallaşıb” deməklə məsuliyyəti başqalarının (əvvəlki komandaların) üzərinə qoymağa cəhd edəcəyik?
Ölkənin rəqəmsal inkişafı təhsildən, insan kapitalından, ilk növbədə isə, ölkədə ditant təhsil sisteminin yaradılmasından başlanmalıdır. Bu sahədə uğurlu olan əksər ölkələr məhz bu yolla gediblər.
Azərbaycan təhsilinin rəqəmsallaşmasına qısa baxış
Rəqəmsal transformasiya XXI əsrdə dövlətlərin iqtisadi, elmi və sosial inkişafını müəyyən edən əsas amillərdən biridir. Xüsusilə süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və rəqəmsal platformaların sürətli inkişafı təhsil sisteminin də köklü şəkildə yenidən qurulmasını zəruri edir. Müasir təhsil siyasəti artıq təkcə məktəblərin kompüterləşdirilməsi və ya elektron xidmətlərin yaradılması ilə məhdudlaşmır. Rəqəmsal transformasiya təhsilin idarə olunması, məzmunu, metodologiyası, qiymətləndirilməsi, insan kapitalının inkişafı və ömürboyu öyrənmə sisteminin vahid strategiya əsasında yenidən layihələndirilməsini tələb edir.
Rəqəmsallaşma layihələr toplusu deyil, strateji transformasiya prosesidir
Beynəlxalq təcrübə göstərir ki, rəqəmsal transformasiya təsadüfi layihələrin məcmusu deyil. O, uzunmüddətli məqsədləri, prioritetləri, maliyyələşmə mexanizmlərini, məsul qurumları, icra mərhələlərini və nəticələrin qiymətləndirilməsi meyarlarını özündə birləşdirən sistemli idarəetmə modelidir. Məsələn, bir çox ölkələr rəqəmsal təhsil siyasətini aşağıdakı ardıcıllıqla qururlar: milli konsepsiya, inkişaf strategiyası, yol xəritəsi, fəaliyyət planı, monitorinq və qiymətləndirmə sistemi, nəticələrə əsaslanan davamlı yenilənmə. Belə ardıcıllıq olmadan həyata keçirilən layihələr müəyyən lokal nəticələr versə də, onların vahid sistem yaratmaq potensialı məhdud olur.
Strategiyanın olmaması ciddi risklər yaradır
Əgər təhsil sisteminin rəqəmsal transformasiyası üzrə vahid strateji sənəd mövcud deyilsə və ya bu sənəd ictimSİyyət üçün əlçatan deyilsə, onda bu problemlər yarana bilər: müxtəlif layihələr arasında əlaqələndirmənin zəifləməsi, resurslardan səmərəsiz istifadə, təkrarlanan funksiyalar və platformalar, uzunmüddətli prioritetlərin qeyri-müəyyənliyi, nəticələrin obyektiv qiymətləndirilməsinin çətinləşməsi. Rəqəmsal transformasiya yalnız texnologiyaların tətbiqi deyil, həm də idarəetmə fəlsəfəsinin dəyişməsidir. Bu dəyişiklik isə layihələrdən daha çox strateji planlaşdırma tələb edir.
Distant təhsil rəqəmsal transformasiyanın əsas komponenti olmalıdır
Müasir rəqəmsal təhsil sisteminin ayrılmaz elementlərindən biri distant və hibrid təhsil modelləridir. Pandemiya dövrü göstərdi ki, distant təhsil fövqəladə vəziyyət üçün müvəqqəti həll deyil, ali və fasiləsiz təhsilin mühüm inkişaf istiqamətidir. Dünyanın aparıcı universitetləri artıq Sİ əsaslı distant proqramlar, mikrosertifikatlar, rəqəmsal diplomlar və ömürboyu öyrənmə platformaları qururlar.
Bu baxımdan Azərbaycan üçün də bu suallar strateji əhəmiyyət daşıyır: Distant təhsilin hüquqi bazasının inkişafı hansı mərhələdədir? Onun geniş tətbiqi üçün institusional və texnoloji hazırlıq necə təmin ediləcək? Təhsil keyfiyyətinin qorunması və akademik dürüstlük hansı mexanizmlərlə təmin olunacaq? Bu sualların cavabları milli rəqəmsal təhsil strategiyasının ayrılmaz hissəsi olmalıdır.
Süni intellekt dövründə təhsilə yeni yanaşma
Generativ süni intellektin inkişafı rəqəmsallaşmaya yeni məzmun verir. Artıq söhbət yalnız elektron jurnal və ya onlayn xidmətlərdən getmir. Yeni nəsil təhsil sistemləri Sİ əsaslı fərdiləşdirilmiş öyrənmə, öyrənmə analitikası, rəqəmsal səriştə pasportları, virtual laboratoriyalar, Sİ köməkçiləri, adaptiv qiymətləndirmə, universitet–startap–sənaye rəqəmsal platformaları kimi elementləri əhatə edir. Bu komponentlər vahid konseptual çərçivə olmadan parçalı şəkildə tətbiq edildikdə, onların sinerji effekti zəifləyir.
Təhsilin rəqəmsal transformasiyası üçün hansı strateji sənədlər vacibdir ?
Rəqəmsal transformasiyanın sistemli həyata keçirilməsi üçün Azərbaycan Təhsil Sisteminin Rəqəmsal Transformasiya Konsepsiyası, 2026–2035-ci illər üzrə Rəqəmsal Təhsil Strategiyası, Milli Distant Təhsil İnkişaf Proqramı, Sİ əsaslı Təhsil üzrə Yol Xəritəsi, Milli Learning Analytics və İnsan Kapitalı Monitorinq Platforması konsepsiyası, rəqəmsal transformasiya üzrə ölçülə bilən göstəricilər (KPI) sistemi kimi sənədlərin hazırlanması məqsədəuyğun görünür. Bu sənədlər təhsil siyasətinin ardıcıllığını və hesabatlılığını gücləndirə bilər.
“Milli Distant Təhsil İnkişaf Proqramı” hələ 2005-ci ildə tərəfimizdən TN-ə təqdim edilsə də, nazirliyin operativliyi və “uzaqgörən” təhsil siyasəti nəticəsində hələ də bu sənəd rəflərdə yatır. Eyniilə də müxtəlif illərdə TN və ETN-ə bu sahədə təkliflər versək də, heç bir təşəbbüs bu qurum tərəfindən heç vaxt dəstəklənməyib. Ən qəribəsi budur ki, özün də bilməyəsən, bilənləri də eşitməyəsən, sonda da deyəsən ki, “təhsilimiz tərsinə qurulub”.
Davamı var
İlham Əhmədov
ADPU-nin dosenti
pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 İyul 2026 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















