Estoniya Ukraynaya 150 nəfərlik hərbi heyət göndərməyə hazır olduğunu açıqlayıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ukraynaya dəstək məqsədilə hərbi təlimatçılardan və qərargah zabitlərindən ibarət 150 nəfərlik heyət göndərməyə hazırıq”.
APA “err.ee” portalına istinadən xəbər verir ki, bu barədə açıqlamanı ölkənin Baş naziri Kristen Mixal verib.
O, ölkəsinin Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi və hazırda formalaşmaqda olan arzuedənlər koalisiyasının tərkibindəki missiyada iştirak etmək niyyətində olduğunu da bildirib.
K. Mixal söyləyib ki, müvafiq qərar layihəsi təsdiqlənməsi üçün Parlamentə təqdim olunacaq.
Estoniyanın hökumət başçısı Ukraynanın təhlükəsizliyinə təminat verilməsi yolunun NATO-ya üzvlükdən keçdiyini də sözlərinə əlavə edib:
"Şimali Atlantika Alyansına üzvlük məsələsində ləngimələr olsa Ukraynanın təhlükəsizliyi müttəfiqlərdən təşkil olunacaq hərbi qüvvələr tərəfindən təmin edilməlidir. Çünki burada söhbət həm də Avropanın təhlükəsizliyindən gedir. Avropa ailəsinə mənsub olan müstəqil və suveren Ukrayna Moskvanın imperializmi ilə mübarizə məsələsində ən uğurlu strateji zəmanətdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 30 Aprel 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















