Icma.az
close
up
RU
Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bakı şəhərində Azərbaycan və Estoniya Xarici İşlər Nazirlikləri (XİN) arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Estoniya nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Martin Roger rəhbərlik edib.
Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Estoniya arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, ikitərəfli dialoqun davamlılığının təmin olunmasında qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda keçirilən görüşlərin rolu xüsusi qeyd edilib.
Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlamasından məmnunluq ifadə edilib.
Görüş zamanı iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
 

Eyni zamanda, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülən işlər, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə tədbirləri barədə müzakirələr aparıblar.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də diqqət mərkəzində olub.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 İyun 2026 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see304

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see278

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see278

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see267

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see261

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see247

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see241

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see237

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see232

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see227

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see226

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see224

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see213

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see212

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see205

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see198

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see196

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see190

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri