Əşyaları odunluq ərazidə tapılan 14 yaşlı qızdan xəbər var FOTOlar
Icma.az, Milli.az saytına istinadən bildirir.
Hakkarinin Çukurca rayonunda 16 iyulda itkin düşən 14 yaşlı Rojda Asmin Ediş Van şəhərində qohumlarından birinin evində tapılıb.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, əşyaları odunluq ərazidə aşkarlanan Rojdanı tapmaq üçün 90 nəfərlik axtarış qrupu günlərlə çalışıb.
Nəticədə yeniyetmə qızın sağ-salamat tapılması ailəsində böyük sevincə səbəb olub.
Çukurcanın Çığlı kəndində yaşayan Rojda Asmin Ediş 16 iyul tarixində evdən çıxmış və geri qayıtmamışdı. Məlumat verildikdən sonra qız Van şəhərində bir qohumunun evində aşkar olunub. Yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən ailəsinə təhvil verilib.
Əşyaları odunluqda tapılmışdı
Çığlı kəndində yaşayan Ediş ailəsi qızlarının yoxa çıxmasından sonra öncə özləri axtarış aparıb, nəticə əldə olunmadıqda isə polisə məlumat veriblər. Məlumat əsasında kəndə polis, AFAD, səhiyyə və UMKE qruplarından ibarət 90 nəfərlik heyyət cəlb olunub. Kənd və ətraf ərazilərdə genişmiqyaslı axtarış aparılıb. Bu zaman odunluq ərazidə Rojdaya aid olduğu ehtimal edilən paltarlar, şəxsiyyət vəsiqəsi və şəxsi əşyaların olduğu çanta tapılıb.
Hadisənin təfərruatı barədə məlumat verilmir.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 İyul 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















