Icma.az
close
up
RU
“Əşyaların interneti” konsepsiyası çərçivəsində sensor şəbəkələrinin elmi texniki problemləri təhlil edilib

“Əşyaların interneti” konsepsiyası çərçivəsində sensor şəbəkələrinin elmi texniki problemləri təhlil edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 13 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev və elmi işçi Məleykə Paşayevanın həmmüəllif olduqları elmi məqalə “Springer” nəşriyyatına daxil olan “İnsansız sistemlər: süni intellekt, dizayn və səmərəlilik üzrə beynəlxalq simpozium” (International Symposium on Unmanned Systems: Artificial Intelligence, Design & Efficiency – ISUDEF24) materiallarında dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Ağıllı sensorlar – intellektual idarəetmə və nəzarət sistemlərinin ayrılmaz hissəsi” (Smart Sensors as an Integral Part of Intelligent Management and Control Systems) adlı məqalədə “Əşyaların interneti” (Internet of Things – IoT) konsepsiyası çərçivəsində sensorlar və sensor şəbəkələrinin elmi-texniki problemləri, həmçinin mövcud vəziyyəti təhlil edilib.

Tədqiqatda müstəqil sensor qrupları və sensor şəbəkələri arasında qarşılıqlı əlaqələr, məlumat ötürmə protokolları (standartları) və şəbəkə marşrutlaşdırma sxemləri araşdırılıb. Məqalədə, həmçinin sensor sistemlərinin müxtəlif tətbiq sahələri – avtonom nəqliyyat şəbəkələri, pilotsuz uçuş aparatları və digər müasir texnoloji həllər nümunə kimi təqdim olunub.

PUA-larda istifadə edilən əsas və köməkçi sensorların funksional təyinatına görə təsnifatı aparılıb, onların idarəetmə və nəzarət sistemlərindəki rolu elmi əsaslarla izah olunub. Mülki təyinatlı PUA-ların funksional imkanlarının genişləndirilməsi məqsədilə onların idarəetmə sistemində əlavə olaraq bir neçə “ağıllı” sensorlardan istifadə məqsədəuyğunluğu əsaslandırılıb. Araşdırmada, “ağıllı” sensorların və onların simsiz şəbəkələrinin informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə konvergensiyası nəticəsində formalaşan “ağıllı” sistemlərin təkamül meyilləri təhlil edilib və bu istiqamətdə inkişaf perspektivlərinə dair mülahizələr irəli sürülüb.

ISUDEF24 beynəlxalq simpoziumunun materialları “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri